Mayın 30-da Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsinin olimpiada mərhələsinə mediatur təşkil olunub. Mediaturda Elm və Təhsil Nazirliyinin rəsmiləri, İctimai şuranın nümayəndələri, sahə üzrə ekspertlər və media nümayəndələri iştirak ediblər. “Milli Hakaton”un seçim mərhələsində yüksək nəticə göstərmiş 1640 şagird olimpiada mərhələsində iştirak edib. Şagirdlərə mərkəzləşdirilmiş qaydada təşkil olunmuş imtahanda 3 saat ərzində bilik və bacarıqlarını nümayiş etdirmələri üçün 10 tapşırıq təqdim olunub. Burada şagirdlər “Kombinatorika”, “Məntiqi ifadələr”, “Cədvəllər”, “Oyun nəzəriyyəsi”, “Alqoritmlərin təhlili”, “Məntiqi tənliklər” və digər mövzuları əhatə edən sualları cavablandırıblar. İmtahan…
Daha çoxDay: May 31, 2025
Dövlət Xidməti şəhid övladları üçün bayram təşkil edib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində şəhid övladları üçün bayram tədbiri təşkil edib. SİA xəbər verir ki, tədbir “Səbail Peşəkar Futbol Klubu”nun təşkilatçılığı və Cəlal Qurbanovun “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində həyata keçirilib. Tədbirin rəsmi hissəsində “Səbail” PFK-nın icraçı direktoru Firuz Abdulla, Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov və İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov çıxış ediblər. Çıxışlar zamanı Vətən Müharibəsi, Azərbaycanın suverenliyinin bərpası, tarix yazan şəhidlərin qəhrəmanlığı və digər mühüm məsələlər barədə ətraflı…
Daha çoxƏdəbiyyat Türk dünyasının ortaq nəfəsidir
Yaxud ümumtürk ədəbiyyatı ortaq yaddaşımızı formalaşadırmaqla bizi ortaq gələcəyə aparır Üçüncü məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasına başlayıb. 1 may 30 sentyabr tarixləri arasında reallaşdırılacaq layihə müasir dövrdə Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində atılan addımlara dəstək xarakteri daşıyır. Biz, ortaq dəyərlərimizi, ortaq mirasımız bilmədən etibarlı ortaq gələcək qura bilmərik. Prezident İlham Əliyevin bəyan etdiyi kimi bizim ailəmiz…
Daha çoxTürkiyə və Gürcüstandan olan din xadimlərinin Şuşaya səfəri başlayıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Azərbaycana səfər edən Türkiyə və Gürcüstandan olan din xadimləri Şuşa şəhərinə gəliblər. SİA xəbər verir ki, din xadimlərindən ibarət nümayəndə heyəti mayın 31-də Şuşa şəhərində tarixi məkanlar, o cümlədən Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri və Cıdır düzü ilə tanış olacaq. Qeyd edək ki, səfər xaricdə yaşayan həmvətənlərlə dini-mənəvi əlaqələrin, birlik və həmrəylik bağlarının daha da gücləndirilməsi məqsədi daşıyır. 30-dan çox azərbaycanlı din xadiminin qatıldığı səfər iyunun 2-dək davam edəcək.
Daha çoxAzərbaycan nefti ucuzlaşmaqda davam edir
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,86 ABŞ dolları, yaxud 1,28 % azalaraq 66,29 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 63,83 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,83 ABŞ dolları və ya 1,26 % azalaraq 65,09 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…
Daha çoxAzərbaycan Ordusunda “Ən yaxşı hərbi orkestr” müsabiqəsi keçirilib
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, qoşun növlərinin, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi orkestrləri arasında “Ən yaxşı hərbi orkestr” adı uğrunda müsabiqə keçirilib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müsabiqənin Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən açılış mərasimində Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni ifa olunub. Qeyd edək…
Daha çoxABŞ silah alışı sisteminə yanaşmasını dəyişir
ABŞ Ukraynadakı müharibə təcrübəsini öyrənir və silah alışı sisteminə yanaşmasını dəyişir. SİA-nın məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset deyib. “Bir çoxlarınız kimi biz də Ukrayna müharibəsindən öyrəndik ki, müharibənin xarakteri sürətlə dəyişir. Biz artıq müdafiə satınalmalarını keçmişdə olduğu kimi apara bilmərik. Gec və büdcədən artıq təhvil veriləcək qüsursuz sistemləri gözləmək üçün aylar və illər sərf etmək artıq mümkün deyil”, – deyə o bildirib. Pentaqon rəhbəri əlavə edib ki, ABŞ yeni texnologiyaların sürətlə tətbiqi üzərində işləyir, çünki bu, onlara düşmənlərinin qarşısını daha yaxşı almağa imkan verəcək.
Daha çoxNazir kriptovalyuta qalmaqalına görə istefa verdi
Çexiyanın ədliyyə naziri Pavel Blaşak departamentdəki kriptovalyuta qalmaqalına görə istefa verib. SİA xəbər verir ki, bu barədə ČTK xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, Blaşakın istefa qərarının səbəbi onun rəhbərlik etdiyi nazirliyinn hədiyyə olaraq qəbul etdiyi təxminən 1 milyard kron (təxminən 40 milyon avro) dəyərində bitkoinlərlə bağlı iş olub. İddialara görə, kriptovalyuta narkotik maddələrin qanunsuz dövriyyəsinə görə məhkum edilmiş şəxsdən alınıb. Blaşak bildirib ki, o, nazirliyin sözügedən məbləği qəbul etməsinə icazə verilməsində qanunsuz bir şey görmür, lakin hakimiyyətin reputasiyasına xələl gəlməsin deyə istefa verib.
Daha çoxPapa XIV Leo yay iqamətgahına köçə bilər
Papa XIV Leo İtaliyanın paytaxtından təxminən bir saatlıq məsafədə yerləşən Kastel Qandolfo qəsəbəsindəki Roma papalarının yayda istirahət etdiyi iqamətgaha köçmək niyyətindədir. SİA xəbər verir ki, Roma Katolik Kilsəsinin rəhbəri Albano vulkanik gölünün sahilində yerləşən bu sarayı ziyarət edib. İtaliya mediası yay iqamətgahının uzun müddət sonra XIV Leo tərəfindən yenidən istifadə oluna biləcəyini yazır. Xatırladaq ki, mərhum Papa Fransisk iqamətgahdan istifadədən imtina etmiş və 2016-cı ildən buranın turistlər üçün açıq muzey kimi istifadə olunması göstərişini vermişdi. Fransisk papalıq dövründə heç vaxt Vatikandan kənarda qalmayıb. İqamətgahda yaşayan sonuncu Papa XVI Benedikt olub.…
Daha çoxLaçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Laçın rayonunun yenidən qurulan Bəylik kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. SİA xəbər verir ki, bu mərhələdə Bəylik kəndinə 38 ailə – 153 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər…
Daha çox