Britaniyada partiya ianələri bitkoinlə qəbul edəcək

Britaniyanın “Reform UK” partiyasının lideri Naycel Faraj partiyanın artıq bitkoin və digər kriptovalyutalarla ianə qəbul edəcəyini elan edib. SİA xəbər verir ki, bu barədə o, Las-Veqasda keçirilən bitkoin konfransında çıxışı zamanı məlumat verib. Artıq “Reform UK” partiyasının vebsaytı kriptovalyuta ilə ianələri qəbul edə biləcək şəkildə yenilənib. Saytda yerləşdirilmiş açıqlamada qeyd olunur ki, bütün ianələr Seçki Komissiyasının qaydalarına tabedir və anonim ianələrə icazə verilmir.

Daha çox

Fransa və Polşa Gürcüstan iqtisadiyyatına zərbə vurmağa çalışır

“Xarici ölkələrin siyasətçilərinin Gürcüstan siyasətinə uğursuz hücumlarından sonra Gürcüstan iqtisadiyyatına hücumlar başlayıb və bu da çox narahatedicidir”. SİA xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkə hesabında yazıb. Ş.Papuaşvili deyib: “Veymar üçbucağının üzvləri olan Polşa və Fransa səfirlikləri öz vətəndaşlarına xəbərdarlıq edərək, onları Gürcüstana gəlməzdən əvvəl yüz dəfə düşünməyə çağırıb. Bu da guya, Gürcüstan sərhədində ölkəyə girişin rədd edilməsi hallarının çoxalması ilə bağlıdır”. Parlament sədrinin sözlərinə görə, Polşa və Fransa səfirliklərinin xəbərdarlıqları Gürcüstan iqtisadiyyatının əsas sahələrindən biri və xalqın firavanlıq mənbəyi olan turizmə əsassız hücumdur. Qeyd…

Daha çox

ABŞ Prezidenti Emmanuel Makrona məsləhət verib

ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun Vyetnama səfər zamanı təyyarədən enməzdən əvvəl həyat yoldaşı Bricit Makron tərəfindən şillələnməsi ilə bağlı ona evlilik məsləhəti verib. Şüa-nın məlumatına görə, Tramp videogörüntü ilə bağlı jurnalistin sualını şərh edib və Makrona “qapının bağlı olduğuna əmin olun” tövsiyəsini verib. “Bu, yaxşı deyil. Mən onunla danışdım və onlar yaxşıdırlar. Bunun nə ilə bağlı olduğunu bilmirəm, amma mən onları yaxşı tanıyıram, yaxşıdırlar”,- deyə Tramp əlavə edib.

Daha çox

Nigeriyada daşqınlar nəticəsində ölənlərin sayı 115-ə çatıb

Nigeriyada daşqınlar nəticəsində ölənlərin sayı 115-ə çatıb. SİA xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Bildirilib ki, ölənlərin sayının artacağı gözlənilir. Qeyd edək ki, Nigeriya tez-tez mövsümi daşqınlarla üzləşir. Keçən ilin sentyabrında oxşar hadisədə Nigeriyanın şimal-şərqindəki Maiduquri bölgəsində leysan yağışları şiddətli daşqınlara səbəb olub, milyonlarla insan evlərini tərk edib.

Daha çox

Azərbaycan XİN-nin müavini İstanbulda COP29-un nəticələrindən danışdı

Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev 30 may 2025-ci il tarixində Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən “COP29 ilə COP30-u birləşdirmə: diplomatiya, fəaliyyət və iqlimə dair qarşıdakı yol” adlı konfransda iştirak edib. XİN-dən SİA-ya bildirilib ki, tədbirə İstanbulda akkreditə olunan beynəlxalq təşkilatlar, baş konsulluqlar və beynəlxalq medianın nümayəndələri qatılıb. Konfrans çərçivəsində baş tutan panel müzakirələrində nazir müavini Y.Rəfiyev ilə yanaşı Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank, Boğaziçi Universitetinin rektor müavini Prof.Dr. Gürkan Selçuk Kumbaroğlu və…

Daha çox

Ərdoğan Zelenskiyə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, telefon danışığı zamanı ikitərəfli əlaqələr, regional və qlobal proseslər müzakirə edilib. Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasında ədalətli və davamlı sülhün təmin olunması üçün səylərini davam etdirəcəyini, ölkəsinin İstanbulda iki ölkə nümayəndə heyətləri arasında başlayan danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu bildirib. Dövlət başçısı, həmçinin danışıqlarda əsir mübadiləsi barədə əldə olunan razılaşmanın qısa zamanda həyata keçirilməsindən məmnun olduğunu söyləyib. Prezident Ərdoğan İstanbulda keçirilməsi…

Daha çox

Miqrantlar pravoslav qızlarla evlənib Rusiyanı İslam ölkəsinə çevirirlər?

Rus keşiş deyir ki, bu pravoslav qızların İslamı qəbul etməsi ilə nəticələnir …Rus Pravoslav Kilsəsinin keşişi Kirill (İvanov) bəyan edib ki, miqrantlar pravoslav qızlarla evlənməklə Rusiyanı İslam ölkəsinə çevirmək istəyirlər. SİA-nın məlumatına görə, “YouTube” kanalında yayımlanan videoda keşiş iddia edir ki, “islam miqrantları, ilk növbədə radikallaşmış müsəlmanlar” axını səbəbindən dinlərarası nikahlar məsələsi “çox kəskinləşib”. …Onun sözlərinə görə, onların çoxu rus qızlarına evlilik təklifi edir ki, bu da “bəzi hallarda onların İslamı qəbul etməsi ilə nəticələnir”. Qeyd edək ki, İvanov Balkanları misal çəkib. Onun sözlərinə görə,…

Daha çox

Rusiyaya qarşı sanksiyalar: Respublikaçılar hücuma keçirlər…

Trampın ətrafı əmindir ki… …Deməli, Konqresdəki bir sıra respublikaçılar, eləcə də Ağ Ev müşavirləri prezident Donald Trampı Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləməyə çağırırlar. SİA-nın məlumatına görə, bu barədə “Reuters” yazıb. Deyilənlərə görə, Kremlə qarşı sanksiyaların tətbiqi təxirə salınmışdı, niyə? Çünki, dediyimiz kimi, respublikaçı və müşavirlər Amerika liderinin Rusiya rəhbəri Vladimir Putinlə Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması ilə bağlı danışıqların nəticələrinə ümid edirdilər. Amma məlum olduğu kimi, bu ümidlər doğrlmadı. Yəni Putin, necə deyərlər…“istədiyini edir”..? Maraqlıdır ki, Tramp da “əntiqə bir əsas” tapıb və sanksiyaların səmərəsiz…

Daha çox

Sualtı qayıqlar dünyasında inqilab: ABŞ sensasiyalı qərar verdi…

İlk baxışdan Pentaqonun ideyası paradoksal görünür… …Sensasiyalı xəbərlər hərbi dünyanı sarsıtdı: ABŞ Hərbi Dəniz Qüvvələri düşmən donanmalarını gizli və effektiv şəkildə vura bilən müasir dizel-elektrik sualtı qayıqların layihələndirilməsi və qurulması imkanlarını ciddi şəkildə nəzərdən keçirir. SİA-nın məlumatına görə, bu barədə 19FortyFive yazır. …İlk baxışdan dizel sualtı qayıqlarına qayıtmaq fikri paradoksal görünür. Bir çoxları üçün bu, geriyə doğru bir addım kimi də səslənir, çünki 1954-cü ildə dünyanın ilk nüvə sualtı qayığı USS Nautilus-u (SSN-571) işə salan ABŞ nüvə sualtı donanmasına öncülük etmişdi. Nüvə sualtı qayıqlarının meydana…

Daha çox

Ruslar Yaponiyaya səyahət etməkdən niyə qorxurlar..?

Maraqlıdır, rusiyalı turistlər Yaponiyaya səyahət etməkdən imtina etməyə başlayıblar. SİA rus saytlarına istinadən xəbər verir ki, Novosibirskdən olan səyahət agentinin dediyinə görə, buna səbəb Ryo Tatsukinin “Gördüyüm gələcək” manqasındakı peyğəmbərlikdir. Deməli, Novosibirskdən olan bir turizm agenti dünyanın hər yerindən gələn turistlərin Yaponiyaya səyahətini niyə dayandırdıqlarına dair izahat tapıb. Beləliklə, sifarişlərin sayı 50 faiz azalıb. Turizm agentinin sözlərinə görə, söhbət Ryo Tatsukinin “Gördüyüm gələcək” manqasından gedir. Bu, 2025-ci ilin iyulunda ölkədə fəlakətin baş verəcəyinə dair bir peyğəmbərliyi ehtiva edir. Bu proqnoz, bu müddət ərzində Yaponiyaya səfərlər planlaşdıran xarici turistlər arasında narahatlıq…

Daha çox