SİA-nın məlumatına görə, AP xəbər verir ki, İsveç hökuməti Rusiyanın kölgə donanmasına qarşı mübarizə aparmaq məqsədilə xarici gəmi sığortaçılarına daha sərt nəzarət elan edib.
İyulun 1-dən etibarən İsveç Sahil Mühafizəsi və İsveç Dəniz Administrasiyası təkcə İsveç limanlarına gələn gəmilər üçün deyil, həm də ölkənin ərazi suları və müstəsna iqtisadi zonasından keçən gəmilər üçün sığorta məlumatlarını toplayacaq.
Krallığın baş naziri Ulf Kristerssonun sözlərinə görə, bu tədbir İsveçin Baltik dənizində “aydın mövcudluğunu” vurğulayacaq və bu, özlüyündə çəkindirici təsir göstərəcək. “Bu, həmçinin İsveçə və müttəfiqlərimizə gəmilər haqqında mühüm məlumat verir ki, bu da sanksiyalar siyahısına daha çox kölgə donanması gəmilərinin əlavə edilməsi üçün əsas kimi istifadə oluna bilər”, – o deyib.
Nazlı Almuradova