Ərdoğan Türkiyənin əsas niyyətini


Türkiyə Rusiya və Ukrayna arasında İstanbulda görüşü təmin etmək üçün çalışır”. SİA xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bolqarıstanlı həmkarı Rumen Radev ilə telefon danışığı zamanı bəyan edib. “Ukrayna ilə Rusiya arasında müharibəni bitirmək üçün səylər davam edir… Türkiyə bölgədə sülhü təmin etmək üçün tərəfləri İstanbulda bir araya gətirməyə çalışır”, – Türkiyə lideri bildirib. Ərdoğan və Radev arasında söhbət zamanı Türkiyə ilə Bolqarıstan arasında ikitərəfli münasibətlər , regional və qlobal məsələlər müzakirə edilib.

Əlaqəli Xəbərlər