Dronları daşla vurmaq üçün bir sıra cəhdlər olub…






Ətrafdakılar dronların yük maşınlarından havaya qalxmasının qarşısını almağa çalışıblar



İrkutsk vilayətində yanacaqdoldurma məntəqəsində dayanmış yük maşınından pilotsuz təyyarələr qəfil uçub.

SİA-nın məlumatına görə, Mash Telegram kanalı yazır ki, şahidlər PUA-nın buraxılmasına mane olmağa çalışıblar. Telekanalın məlumatına görə, kamikadze pilotsuz təyyarələr yük maşını tərk etməyə başladıqdan sonra bir neçə nəfər onun damına çıxaraq mexanizmlərin qarşısını almağa çalışıb. Jurnalistlər qeyd ediblər ki, hadisə şahidləri də dronları daşla vurmaq üçün bir sıra cəhdlər ediblər.

Daha əvvəl hüquq-mühafizə orqanları İrkutsk vilayətinə təhlükəli yük aparan yük maşınının sürücüsü ilə hüquq-mühafizə orqanlarının əməkdaşlarının işlədiyini bildirib.

Əli Babayev

Əlaqəli Xəbərlər