…OPEC+ və tərəfdaşları iyulda neft hasilatının sutkada 411 min bareldən çox artırılmasını müzakirə etmək niyyətindədirlər.
SİA-nın məlumatına görə, “Reuters” karteldəki mənbələrə istinadən xəbər verir.
O, artıq nefti sürətlə bazara qaytarır ki, bu da qiymətləri aşağı salır. Səkkiz ölkədən olan nümayəndələr şənbə günü onlayn iclas keçirəcək və orada iyul ayında orta gündəlik hasilatı 411 min barel artırmağa qərar verə bilərlər.
Bundan əvvəl kartel gözlənilmədən may və iyun aylarında bu həcm üçün istehsal kvotalarını artırmaq qərarına gəlib. OPEC+ çərçivəsində müzakirələrlə tanış olan iki nəfər və qrupa daxil olan ölkələrdən iki nümayəndə agentliyə bildiriblər ki, indi yeni artım nəinki daha bir ay uzadıla bilər – daha böyük həcm də müzakirə oluna bilər.
Mənbələrin bildirdiyinə görə, OPEC+ çərçivəsində əlavə müzakirələrə Qazaxıstanın cümə axşamı günü verdiyi kvotaya çatmaq üçün hasilatı azaltmayacağı barədə açıqlaması səbəb olub.
Onlardan biri deyib ki, amil iştirakçıları şənbə günü hasilatın daha böyük artımına sövq edə bilər. Qazaxıstan ilin əvvəlindən lazım olandan artıq məhsul istehsal edir. İyun ayında o, Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə Novorossiyskə neft ixracını sutkada 1,65-1,7 milyon barelə çatdırmağı planlaşdırır.
Bloomberg bunu əvvəllər tədarüklərlə tanış olan insanlara istinadən xəbər verib.
May ayında isə faktiki hasilat 1,75 milyon təşkil edə bilər, agentlik Qazaxıstanın Energetika Nazirliyinin məlumatlarına əsasən hesablayıb.
Bu arada, onun may ayı üçün kvotası gündə 1,4 milyon bareldir və 1,7 milyon barel Qazaxıstanın Tengiz yatağının genişləndirilməsindən sonra yalnız fevral ayında əldə etdiyi rekord göstəricidir.
… Yeri gəlmişkən, cümə günü ticarət zamanı Brent markalı neftin qiyməti 0,4 faiz azalaraq 63,9 dollara, WTI isə 0,1faiz azalaraq 60,87 dollar/barelə bərabər olub.
Əli Babayev