Ukrayna ordusunun Zaporojya vilayətində qatarı partlatdığı məlum olub. SİA xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Akimovka rayonunda, Melitopol yaxınlığında qatarı partladıb.
Bu barədə Rusiyanın Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
“Telegram” kanalları isə yazır ki, hadisə mayın 31-nə keçən gecə baş verib. “Dəmir yolu partladıldı, yanacaq çənləri olan qatar relsdən çıxdı”, – deyə qeyd edilir.
Xatırladaq ki, mayın 31-də Bryansk vilayətində avtomobillərin olduğu körpü partladılıb. İyunun 1-nə keçən gecə isə Kursk vilayətində Trosna – Kalinovka magistralının 48-ci km-də dəmir yolu körpüsü uçub.