…müharibəni dayandırmağa çağırdı: Ukraynalılar çox möhkəm olduqlarını sübut ediblər və təslim olmaq fikrində də deyillər…
…Deməli, Z-blogger Maksim Kalaşnikov cəbhə bölgəsinə gedib, orada Rusiya hərbçiləri ilə söhbət edib. Qayıdandan sonra belə qənaətə gəldi ki, müharibəni təcili dayandırmaq lazımdır.
SİA-nın məlumatına görə, görüntüləri “Ukrayna 365” Telegram kanalında görmək olar.
Kalaşnikov Kursk vilayətində cəbhədə olan Rusiya Silahlı Qüvvələrinin yüksək rütbəli zabiti ilə müsahibəni lentə alıb. O, bəyan edib ki, müharibə indi başa çatmalıdır, çünki ukraynalılar çox möhkəm olduqlarını sübut ediblər və təslim olmaq fikrində də deyillər.
…Mən müharibəni tamamilə dayandırmaq istərdim. Təəssüf ki, bu müharibənin sonu yoxdur. Biz axmaqcasına bir-birimizi öldürənə qədər. Onlar da bizim kimidirlər. Təslim olmayacaqlar… Mən sadəcə olaraq deyərdim: “…elədir, dayan”.
Qeyd edilməlidir ki, sonuncu ifadəni içlədən rus əsgəri ilə Kalaşnikov da razılaşıb.
Kalaşnikov, qondarma “Xüsusi hərbi əməliyyat”ın uğursuzluğunu, Rusiya ordusunun cəbhə xəttində dönüş nöqtəsinə nail ola bilməməsini qeyd edib.
…Biz ya müharibənin axarını kəskin şəkildə dəyişdirməliyik, ya da bu mənasız qırğınları dayandırmalıyıq…
Uşaqlar, indi orada o qədər çox cəsəd var! Bu formada “azadlıq kampaniyası” mənasızdır. Bizim “azad etmək” istədiklərimiz bizə nifrət edəcəklər! Və onlar artıq çoxlu səhvlərə yol veriblər. Mənim dərin inancım odur ki, indiki sistem belə bir blitskrieg davam etdirə bilməyəcək. fasilə lazımdır.
Z-patriot deyib bunu…
Əli Babayev