AZAL kollektivi Fəxri xiyabanı ziyarət edib


2 İyun – Azərbaycanda Mülki aviasiya işçilərinin peşə bayramı günü münasibətilə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət edib. SİA AZAL-a istinadən xəbər verir ki, ziyarət zamanı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Həmçinin Ulu Öndərin həyat yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub və üzərinə gül dəstələri düzülüb.

Əlaqəli Xəbərlər