Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ənənəvi yüksək dəyərlərin təbliği” layihəsinin icrasına başlayır. 2025-ci il iyunun 1-dən avqustun 31-nə qədər davam edəcək layihə çərçivəsində əhalinin müxtəlif təbəqələri ilə görüşlərin və müzakirələrin aparılması nəzərdə tutulur.
Ümumilikdə layihə çərçivəsində Bakı, Şirvan şəhərlərində, eləcə də Quba və İsmayıllı rayonlarında tədbirlərin, “Səs” İnternet TV-də isə mövzu üzrə 6 verilişin təşkil edilməsi planlaşdırılır. Tədbirlərdə 30-35 nəfərlik yaşı 18-35 aralığında olan tələbə-gənclər, müəllimlərlərin və digər cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə 40 dəqiqəlik ailənin cəmiyyətdə rolundan, yetişməkdə olan gənc nəslin, tələbələrin ailə ilə bağlı bilgiləriləri nə dərəcədə yetərlidir, müasir dövrün yenilikləri ailə dəyərlərinə təsiri narahatlıq yaradırmı? mövzuları ətrafında müzakirələrin aparılması təmin ediləcək. TV verişlərdə qonaq qismində iştirak edən ekspert ailə dəyərləri, ailənin cəmiyyət də rolu ilə bağlı çıxışlar edəcək, aparıcının suallarını cavablandırılacaq.
Tədbirdə çıxış etmək və mövzu ilə bağlı fikirlərini bildirmək istəyən iştirakçılara şərat yaradılacaq. Tədbirdə KİV nümayəndələri iştirak edərsə, layihə rəhbəri onları maraqlandıran sualları cavablandıracaq.