Ukrayna və Rusiya nümayəndə heyətləri İstanbulda danışıqların ikinci mərhələsini yekunlaşdırıblar.
Ukrayna prezidenti Vladimir Zelenskinin Vilnüsdə keçirdiyi mətbuat konfransında bildirdiyi kimi, yeni məhbus mübadiləsi hazırlanır.
…İstanbulda danışıqlar indicə yekunlaşıb. Mən sadəcə cənab Umerovun tam hesabatını gözləyirəm. Onlar fikir mübadiləsi aparıblar və biz yeni hərbi əsir mübadiləsini hazırlayırıq.
SİA-nın məlumatına görə, bunu Zelenski deyib.
İyunun 2-də keçirilən görüş bir saatdan bir qədər çox çəkib. Rusiyanın dövlət xəbər agentliyi TASS mənbəyə istinadən qeyd edir ki, bu gün danışıqların davamı olmayacaq və nümayəndə heyətləri vətənə qayıdacaqlar.
Qeyd olunur ki, danışıqlar zamanı Rusiya Federasiyası ilə Ukrayna arasında mübadilələr ətraflı müzakirə olunub və bu barədə rəsmi məlumat veriləcək.
Qeyd edək ki, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakın verdiyi məlumata görə, görüşdə Ukrayna vətənə qayıtmaq istədiyi uşaqların siyahısını ruslara verib.
Onun sözlərinə görə, söhbət rusların “qeyri-qanuni deportasiya etdiyi, zorla köçürüldüyü və ya müvəqqəti işğal olunmuş ərazilərdə saxladığı” “yüzlərlə” uşaqdan gedir.
…Ukraynalı uşaqların geri qaytarılması ədalətli və davamlı sülhün ayrılmaz hissəsidir və etimadın əsas elementidir, niyyətlərin səmimiliyinin ilk sınağıdır
Yermak deyib bunu.
Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Rusiya və Ukrayna nümayəndə heyətləri görüşdən sonra nahara gediblər. Onun sözlərinə görə, danışıqlar “mənfi deyil”.
Əli Babayev