Xankəndi, Ağdərə və Xocalıda 2 minə yaxın iş yeri yaradılıb


Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında emal müəssisələri ilə bərabər, kənd təsərrüfatı da inkişaf etdirilir. SİA-nın bölgə müxbiri xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunun panelində çıxışı zamanı deyib.

Bildirib ki, indiyədək Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında tikinti şirkətləri ilə 450-yə yaxın müqavilə bağlanılıb. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 2 minə yaxın iş yeri yaradılıb. Bölgəyə özəl sektor tərəfindən 45 milyon manat investisiya qoyulub. 2025-ci ilin sonuna qədər daha 3 minə yaxın iş yerinin açılması nəzərdə tutulub. Bölgədə yeni mərmər istehsal müəssisəsi, daş kəsim sexləri açılacaq. Bundan başqa, bölgədə kənd təsərrüfatının inkişaf etdirilməsi də nəzərdə tutulub. Bölgənin əkinəyararlı, məhsuldar torpaq sahələri kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək.

E.Yusubov fermerləri bu sahədə aktiv olmağa və investisiya qoymağa çağırıb: “Bu sahədə dövlət fermerlərə müvafiq güzəştlər verir. Gələcəkdə güzəştlərin miqyasının artırılması da nəzərdə tutulub”

Əlaqəli Xəbərlər