Azərbaycan “TotalEnergies” ilə metan emissiyalarının azadolmasını müzakirə edib


Azərbaycan “TotalEnergies” şirkəti ilə “yaşıl enerji” tədarükü və metan emissiyalarının azadılması üzrə əməkdaşlıq məsələlərini müzakirə edib. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir bildirib ki, Bakı Enerji Forumu çərçivəsində “TotalEnergies” şirkətinin kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Jean-Luc Guiziou ilə görüşüb.

Görüşdə “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi – Faza-1 layihəsinin icrası, habelə 250 MVt gücündə külək stansiyası, enerji saxlanc sistemi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqəli Xəbərlər