”Yanacaq sərfiyyatını artıran bir çox amil var ki, sürücülərin çoxu bunlara diqqət yetirmir. Məsələn, kondisioner mühərrikin əlavə güc sərf etməsinə səbəb olur və bu da yanacaq xərclərini artırır. Yay aylarında bu təsir daha da hiss olunur”. Bu sözləri SİA-ya açıqlamasında Performance Center Satış sonrası xidmət departamentinin rəhbəri Razil Nağıyev deyib. Razil Nağıyev sözlərinə belə davam edib: “Təkərlərin təzyiqi də mühüm rol oynayır. Əgər təkərlərdə hava azdırsa, yol ilə sürtünmə artır və nəticədə avtomobil daha çox yanacaq sərf edir. Yayın isti günlərində hava təzyiqi dəyişkən olur, buna görə də təkərləri vaxtaşırı…
Daha çoxDay: June 3, 2025
Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Keniyanın Baş naziri, eyni zamanda xarici və diaspora işləri naziri Musalia Mudavadi arasında görüş keçirilir. SİA xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” hesabında məlumat yayıb. Qeyd edilib ki, tərəflər iki ölkə arasında qarşılıqlı maraq doğuran geniş spektrli ikitərəfli və çoxtərəfli məsələlər üzrə fikir mübadiləsi aparmaq üçün təkbətək görüşür.
Daha çoxİsveçrədə dörd ildə ilk dəfə deflyasiya qeydə alınıb
İsveçrədə may ayında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz ucuzlaşıb. SİA xəbər verir ki, İsveçrənin Federal Statistika İdarəsinin məlumatına görə, bu 2021-ci ilin martından bəri qeydə alınan ilk deflyasiyadır. Ötən ay ölkədə nəqliyyat xidmətlərinin qiymətləri 3,7 faiz, məişət malları və xidmətlərinin qiymətləri 2,6 faiz, ərzaq və alkoqolsuz içkilərin qiymətləri 0,3 faiz ucuzlaşıb. Eyni zamanda, alkoqolu içkilərin və tütün məmulatlarının qiymətləri 1,6 faiz, restoran və mehmanxana xidmətləri 1,3 faiz, kommunal xidmətlər və enerji qiymətləri isə 1,1 faiz bahalaşıb. Qida və enerji xərclərini nəzərə almayan əsas inflyasiya göstəriciləri…
Daha çoxBirinci Qarabağ müharibəsinin itkin şəhidi Sahil İbrahimovla vida mərasimi keçirilib
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan Sahil Nurəddin oğlu İbrahimovla vida mərasimi keçirilib. SİA-nın məlumatına görə, şəhidin ailə üzvlərinə məxsus evdə keçirilən vida mərasimində onun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra şəhid Sahil İbrahimovun nəşinin qalıqları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsinin qəbiristanlığında dəfn olunacaq. Qeyd edək ki, Sahil İbrahimov 1970-ci il iyulun 23-də Ermənistanın Amasiya rayonu, Çivinli kəndində anadan olub. O, Ağdərə rayonunun Mehmanə kəndi ərazisində itkin düşmüş sayılırdı.
Daha çox“Azərbaycan Xəzərin enerji mərkəzi kimi inkişafında tamamilə yeni bir strateji səhifə açır”
Energetika naziri Pərviz Şahbazov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Bakı Enerji Forumunda “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” mövzusunda plenar sessiyada çıxış edib. SİA xəbər verir ki, çıxışda qeyd edilib ki, son 30 il ərzində bu platforma Ulu Öndər Heydər Əliyevin dayanıqlı enerji müstəqilliyi və enerji təhlükəsizliyinə yönəlmiş, diversifikasiya, əməkdaşlıq və uzaqgörən planlaşdırmaya əsaslanan siyasətinin müdrikliyinə, yalnız neft-təbii qazın deyil, həm də “yaşıl enerji” layihələrinin inkişafına və beynəlxalq əməkdaşlığın əhatə dairəsinin genişlənməsinə şahidlik edib. Xəzər dənizini beynəlxalq enerji bazarları ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz…
Daha çoxPrezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevi təbrik edib. SİA xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli Kasım-Jomart Kemeleviç, “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanmasının 20 illiyi münasibətilə mənə ünvanladığınız təbrik məktubunuza görə Sizə təşəkkür edirəm. Mən də öz növbəmdə bu əlamətdar ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Sizinlə tam razıyam ki, bu mühüm sənəd Azərbaycan-Qazaxıstan əlaqələrinin tarixində yeni səhifə açaraq əməkdaşlığımızı daha da möhkəmləndirmişdir. Dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini özündə əyani şəkildə əks etdirən bu tarixi sənəd bütün səviyyələrdə fəal siyasi…
Daha çoxCinsiyyətə görə övlada fərq qoymaq XXI əsrdə niyə davam edir?
Əvvəlki nəsildən olan bəzi kişilərin (xüsusilə patriarxal düşüncənin güclü olduğu dövrlərdə) qız uşaqlarına qarşı soyuq, laqeyd və bəzən aqressiv münasibəti tarixi, sosial və psixoloji səbəblərlə izah olunur. Bu münasibət tək-tük fərdlərə aid olmayıb, zaman-zaman bütöv cəmiyyətlərdə müşahidə olunub. Bəs, köhnə kişilərin qız uşaqlarına qarşı aqressiyasının səbəbləri nələrdir? SİA mövzu ilə bağlı araşdırma aparıb. Patriarxal düşüncə tərzi • Cəmiyyətlərdə uzun illər boyu oğlan uşaqları ailənin varisi, ad-soy daşıyıcısı, əmək qüvvəsi və iqtisadi dayağı kimi görülüb. • Qız uşaqları isə “qeyri-faydalı”, “başqasına gedəcək”, “xərcli” övlad kimi düşünülüb. • Bu yanaşma qız uşaqlarına…
Daha çoxAqrar Tədqiqatlar Mərkəzi Yay Təcrübə Proqramı təşkil edir
Aqrar Tədqiqatlar Mərkəzi Yay Təcrübə Proqramı təşkil edir. SİA xəbər verir ki, “Aqrar elmə doğru ilk addım” adlı Proqramda yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin sonuncu kurs bakalavr və ya magistr pilləsinin iqtisadiyyat və maliyyə ixtisası istiqamətləri üzrə təhsil alan tələbələri və ya yeni məzun olmuş şəxslərin iştirakı nəzərdə tutulur. Təcrübə proqramının məqsədi gənclərin aqrar sahə ilə bağlı biliklərinin artırılması, ölkədə kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərlə tanışlıq, Mərkəzdə aparılan tədqiqat işlərində iştiraklarının təmin edilməsidir. Bu isə sonda iştirakçılara bilik və bacarıqlarının artırılması ilə yanaşı, tədqiqat və araşdırma…
Daha çoxQaraməryəm-İsmayıllı-Şəki magistralını Oğuzun altı kəndi ilə birləşdirən yollar əsaslı təmir olunacaq
Qaraməryəm-İsmayıllı-Şəki magistralını Oğuz rayonunun altı kəndi ilə birləşdirən avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Qaraməryəm-İsmayıllı-Şəki magistralını dörd min nəfər əhalinin yaşadığı Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.
Daha çox“Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur”
“Bütün dünyada incəsənət sahəsində olduğu kimi, Azərbaycan musiqisində də müxtəlif janrlarda və estetik səviyyələrdə mahnılar, musiqilər, böyük bəstəkarların əsərləri həmişə olub. Təəssüf ki, bir çox ölkələrdə olduğu kimi, bizdə də daha çox orta və aşağı təbəqəyə xitab edən, keyfiyyətsiz mahnılar daha sürətlə inkişaf edir”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, bəzən özümüzü Avropa ölkələri ilə yox, musiqi səviyyəsinin aşağı olduğu ABŞ, Türkiyə, Rusiya, ərəb və şərq ölkələri, Hindistanla müqayisə edirik. Bu isə düzgün yanaşma deyil: “Peşəkar musiqi və estetik sənət deyəndə əsasən Avropa ölkələri,…
Daha çox