AZAL Təbrizə reys açır və Tehrana reyslərin sayını artırır

Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) marşrut şəbəkəsini genişləndirərək iyunun 15-dən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlayacaq. SİA AZAL-a istinadən xəbər verir ki, biletlər bu gün satışa çıxarılacaq. Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək. Təbriz qədim tarixi, memarlıq abidələri, muzeyləri və zəngin mədəni irsi ilə tanınır. Bakı–Təbriz–Bakı marşrutunun açılması Azərbaycan və İran arasında səyahət imkanlarını genişləndirir, mədəni və iqtisadi əlaqələrin inkişafına şərait yaradır. AZAL eyni zamanda İranın paytaxtı Tehran şəhərinə də müntəzəm reyslərin sayını artırır. Bakı–Tehran–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd…

Daha çox

Milli Məclis meşə fondunda tikinti işlərinin aparılması qaydalarının dəyişdirilməsini təsdiq edib

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında Azərbaycanın meşə fondunda tikinti işlərinin aparılması qaydaları dəyişdirilməsi ilə bağlı qanun layihəsi qəbul olunub. SİA xəbər verir ki, sənədə əsasən, Meşə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilib. Qanun layihəsi “Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 may 2023-cü il tarixli qanunun icrası və qanunvericilikdə olan normalar arasında uyğunluğun təmin edilməsi məqsədilə hazırlanıb. Bu qanunla şəhərsalma və tikinti fəaliyyəti sahəsində müvafiq qərarların qəbul edilməsini təmin etmək məqsədi…

Daha çox

Yol polisi hərəkət iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Bu barədə SİA-ya İdarədən məlumat verilib. Bildirilib ki, sinoptiklərin məlumatına əsasən, hazırda ölkə ərazisində külək və yağışla müşahidə olunan qeyri-sabit hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir. Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava…

Daha çox

Yermak ABŞ-yə getdi

Ukrayna prezidentinin Ofisinin rəhbəri Andrey Yermak ABŞ-yə səfərə yollanıb. SİA xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “RBK-Ukraina” yayıb. Bununla belə, səfərin detalları açıqlanmayıb. Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski dünən bildirib ki, Ukrayna iqtisadi və müdafiə sahəsində sazişlərə dair ABŞ ilə danışıqlar aparır. Onun sözlərinə görə, Ukrayna, həmçinin ABŞ-yə azad ticarət barədə saziş təklif etmək istəyir.

Daha çox

Sabaha olan hava proqnozu AÇIQLANDI

Sabah Bakıda külək zəifləyəcək, rayonlarda güclənəcək. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 3-dən 4-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşama doğru zəifləyəcək. Havanın temperaturu gecə 17-20° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli…

Daha çox

“Şahdəniz Kompressiya” layihəsi ilə bağlı yekun investisiya qərarı imzalanıb

Bu gün “Şahdəniz” konsorsiumu Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” qaz yatağının işlənməsinin növbəti mərhələsi olan yeni “Şahdəniz Kompressiya” (ŞDK) layihəsi üçün yekun investisiya qərarını elan edib. SİA bp-nin yaydığı məlumata istinadən xəbər verir ki, dəyəri 2,9 milyard dollar olan ŞDK layihəsi yatağın işlənməsinin əvvəlki iki mərhələsinin davamıdır. Bu layihədə məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan…

Daha çox

Azərbaycan Ordusu atəşli reaktiv sistemlərdən döyüş atışları icra edib

Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, olana əsasən, bölmələrin daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə yerləşməsi, texnikaların döyüşə hazır vəziyyətə gətirilməsi və atəş mövqelərinin tutulması üzrə tapşırıqlar icra olunub. Təlimlərdə bölmələr haubitsalardan və yaylım atəşli reaktiv sistemlərdən döyüş atışları icra edib. Şərti düşmən hədəflərinin sərrast artilleriya atışları ilə məhv edildiyi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Təlimin keçirilməsində əsas məqsəd komandir heyətinin çevik qərar qəbuletmə qabiliyyətinin, bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması,…

Daha çox

BP Xəzərdə iki kəşfiyyat və işlənmə blokunda pay alıb

Bu gün BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən iki dəniz kəşfiyyat və işlənmə blokunda iştirak payları almasını başa çatdırıb elan edib. SİA BP şirkətinə istinadən xəbər verir ki, sövdələşməni rəsmiləşdirən sazişlər bu gün BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Bakı Enerji Həftəsi çərçivəsində imzalanıb. Birinci blok Bakıdan 120 km şərqdə, Günəşli yatağından 20–25 km məsafədə, suyun 150–200 metr dərinliyində yerləşən Qarabağ neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış Risk Xidməti Sazişi (RXS) mövcuddur. İkinci blok Bakıdan 90–110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən “Əşrəfi-Dan ulduzu-Aypara” (ADUA)…

Daha çox

Azərbaycan parlamenti büdcənin icrasını I oxunuşda müzakirə edir

Milli Məclisin növbət plenar iclası başlayıb. SİA xəbər verir ki, iclasda “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi I oxunuşda müzakirə edilir. Ötən il büdcənin gəlirləri 37 milyard 161,8 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,5 %, proqnozdan isə 2,1 % çoxdur. Büdcənin xərcləri isə 37 milyard 713,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,4 % çox, proqnozdan isə 5,1 % azdır. İl ərzində büdcənin kəsiri 551,8 milyon manat və yaxud ÜDM-in 0,4 %-ni təşkil edib.

Daha çox