Monqolustanın Baş naziri istefa verib

Monqolustanın Baş naziri Oyun-Erdene Luvsannamsrayn parlamentdəki etimad səsverməsində deputatlardan kifayət qədər dəstək ala bilmədiyi üçün istefa verib. SİA “The Guardian” nəşrinə istinadla xəbər verir ki, Baş naziri deputatların yalnız 44 nəfəri dəstəkləyib. Halbuki bunun üçün minimum 64 səs tələb olunurdu. Səsvermə Baş nazirin oğlunun həddən artıq pul xərcləməsi ilə bağlı xəbərlərin ortaya çıxmasından sonra başlayan etiraz aksiyaları fonunda baş tutub.

Daha çox

Azercell abunəçilərinə tarif ödənişi əsasında fasiləsiz istifadə imkanı yaradır

19 iyun 2025-ci il tarixindən etibarən “Azercell Telekom” fakturasız (SimSim) xətt istifadəçiləri üçün mobil rabitə xidmətlərindən daha rahat və şəffaf şəkildə istifadəni təmin edən yeni tarif mexanizmini tətbiq edir. Yeni qaydalara əsasən, abunəçi balansına tarif haqqı qədər vəsait əlavə etdikdə – misal üçün, 2 AZN – tarif avtomatik olaraq yenilənəcək və nömrə 30 gün müddətində aktiv qalacaq. Bu, təqdim olunan tarifdaxili danışıq və internet resurslarından tam və fasiləsiz istifadə üçünimkan yaradacaq. Qeyd edək ki, əvvəlki sistemdə nömrənin aktiv qalma müddəti balansayüklənən məbləğə əsasən müəyyən edilirdi.Müddət bitdikdə balansda istifadə olunmamış resurslar…

Daha çox

Azərbaycan “TotalEnergies” ilə metan emissiyalarının azadolmasını müzakirə edib

Azərbaycan “TotalEnergies” şirkəti ilə “yaşıl enerji” tədarükü və metan emissiyalarının azadılması üzrə əməkdaşlıq məsələlərini müzakirə edib. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb. Nazir bildirib ki, Bakı Enerji Forumu çərçivəsində “TotalEnergies” şirkətinin kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Jean-Luc Guiziou ilə görüşüb. Görüşdə “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi – Faza-1 layihəsinin icrası, habelə 250 MVt gücündə külək stansiyası, enerji saxlanc sistemi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha çox

Ərizəçi fərdi sahibkar kimi qeydiyyata alınmayıb

Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. SİA xəbər verir ki, işin hallarına görə, fiziki şəxs kommersiya fəaliyyəti nəticəsində yaranmış borcları əsas götürərək məhkəməyə müflis elan olunmaq üçün müraciət edib. Ərizəçi fərdi sahibkar kimi qeydiyyata alınmayıb. Birinci və apellyasiya instansiyası məhkəmələri ərizəçinin borc öhdəliklərini yerinə yetirmək qabiliyyətinin olmadığı barədə yetərli sübut təqdim etmədiyini əsas gətirərək ərizəni təmin etməyiblər. Bundan sonra ərizəçi Ali Məhkəməyə müraciət edib. Məhkəmə qəbul etdiyi qərarında qeyd edib ki, “Müflisləşmə və iflas haqqında” Qanunun qeyd olunan tələblərinə görə, məhkəməyə iflas haqqında ərizə…

Daha çox

İmtahan təzyiqi uşaqların ruhunu əzir”

“Hər imtahan mövsümündə yenə eyni səhnə: “Filankəsin uşağı 650 bal yığdı, sən niyə belə etmədin?” — bu cümlə sadəcə bir müqayisə deyil, uşaqların qəlbinə saplanan bir oxdur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib. Onun sözlərinə görə, hər il təəssüf ki, imtahanlarla bağlı intihar xəbərləri eşidirik: “Bu, artıq sadəcə təhsil problemi deyil, bu, cəmiyyətin, ailələrin və məktəbin psixoloji yanaşma problemidir. İmtahan bir nəticədir, şəxsiyyət isə bir proses. Valideynlər övladlarının şəxsiyyətini nəticə üzərindən dəyərləndirməyə çalışdıqda, onların özünəinamını sarsıdır, sevilməyə yalnız “uğur qazandıqları halda layiq olduqları” mesajını ötürürlər. Bu isə…

Daha çox

“Turizm bazarının canlanması əsasən iyun ayının ortalarına təsadüf edir”

“Turizm bazarının canlanması əsasən iyun ayının ortalarına təsadüf edir. Çünki Azərbaycanda məktəblərin, xüsusən də ümumtəhsil məktəblərinin bağlanması yerli turistlərin bölgələrə səfərinə şərait yaradır. Həmçinin, xarici ölkələrdən gələn ailəvi turistlərin sayında da xeyli canlanma müşahidə olunur. Ümumiyyətlə, “pik sezon” adlanan yüksək mövsüm sentyabr ayının 15-nə qədər davam edir”. Bu sözləri SİA-ya açıqlamasında turizm-eksperti Cabir Dövlətzadə deyib. Onun sözlərinə görə, iyun ayından başlayır və sentyabrın ortalarına qədər mütəmadi olaraq turist sayının artması ilə müşahidə olunur: “Bayram tətillərində isə vətəndaşlar üçün tur paketlərini əldə etmək asan olmur. Çünki bu paketlər ya əvvəlcədən baha…

Daha çox

Bakıda küləyin sürəti 28 m/s təşkil edir

Azərbaycanda iyunun 3-ü saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bir sıra ərazilərdə külək əsir, bəzi bölgələrdə yağış yağır. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Naftalanda 22, Gəncədə 18, Altıağacda 17, Şabran, Yevlax və Bərdədə 15 m/s-dək çatır. Dənizdə dalğanın hündürlüyü 3,8 metrə çatır. Düşən yağıntının miqdarı Daşkəsəndə 20, Gədəbəydə 9, Ağstafada 5, Şəmkirdə 4, Gəncədə 3, Naftalan, Zaqatala, Balakən, Göygöl və Tovuzda 1 mm-dir. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti…

Daha çox

Müstəqillik Günümüzə yeni rəng və məna qatmış tədbir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mayın 28-də Laçında 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert keçirildi. Konsert proqramından öncə ölkələrin rəhbərləri tədbir iştirakçılarının qarşısında çıxış edərək olduqca mühüm mesajlar səsləndirdilər. Heç şübhəsiz ki, səsləndirilmiş mesajların beynəlxalq konteksti dünyanın aparıcı mətbu orqanlarının səhifələrində hələ çox müzakirə və şərh olunacaq. Ən azından ona görə ki, bütün mesajlar dünyada sülhə və ölkələr arasında ədalətli münasibətlərə çağırış motivli idi. Ancaq mövcud yazıda oxucuların diqqətini bilavasitə daxili…

Daha çox

“Kristal Abşeron” rebrendinq etdi – Yeni ad, yeni loqo, yeni yanaşma

Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri olan “Kristal Abşeron” rebrendinq həyata keçirib. 31 may tarixində “Gülüstan” sarayında keçirilən tədbirdə şirkət yeni ad və brend kimliyini ictimaiyyətə təqdim edib. Bu gündən etibarən şirkət fəaliyyətini “Kristal” adı ilə davam etdirəcək. SİA xəbər verir ki, tədbirin açılış nitqini “Kristal”ın Müşahidə Şurasının sədri Məhayət Nəbiyev səsləndirib. O, çıxışında şirkətin 22 illik fəaliyyəti ərzində formalaşan əsas dəyərlərdən danışıb və rebrendinqin bu dəyərləri qorumaqla yanaşı, onları daha çağdaş yanaşmalarla zənginləşdirməyə xidmət etdiyini qeyd edib. Yeni kommunikasiya strategiyası insan mərkəzli yanaşmaya əsaslanır. Bu kontekstdə şirkətin rəsmi veb-saytı da…

Daha çox