Bakıda Fransa kolonializminə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Bakıda Fransa kolonializminə həsr olunmuş “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilir. SİA xəbər verir ki, tədbir Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur. Qeyd edək ki, bu, BMT-nin müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan, eləcə də bu sahə üzrə ixtisaslaşmış alimlərin ilk beynəlxalq konfransıdır. Elmi konfransda BMT-nin dekolonizasiya sahəsi üzrə təcrübəli ekspertləri, Fransanın keçmiş və hazırkı müstəmləkələrində fəaliyyət göstərən tanınmış alimlər, beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssislər, xarici ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri, eləcə də deputatlar və s. iştirak edir. Tədbirdə müstəmləkəçilik siyasətinin ağır fəsadları, kolonial dövlətlərin…

Daha çox

Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0.33% azalaraq 3 386,10 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 1.01% azalaraq 34,35 ABŞ dolları olub.

Daha çox

“Baku Energy Forum”u öz işinə start verib

Bu gün Bakı Konqres Mərkəzində yubiley “Baku Energy Forum”u öz işinə başlayıb. SİA xəbər verir ki, bu il “Baku Energy Week”in tərkib hissəsi olan “Baku Energy Forum” 30 illik yubileyini qeyd edir. Əsası qoyulduğu gündən etibarən forum beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, qabaqcıl təcrübələr mübadiləsi və yalnız Azərbaycanın deyil, bütövlükdə regionun enerji sektorunun inkişafına təsir edən sazişlərin imzalanması üçün əsas platformaya çevrilib. Forum enerji sahəsinin liderlərini, biznes nümayəndələrini və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir. Bakı Enerji Forumuna Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Dövlət Neft…

Daha çox

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 8. Heydər Əliyev prospekti, əsas yol, mərkəz…

Daha çox

Cənubi Koreyada prezident seçkisi keçirilir

Cənubi Koreyada prezident seçkisi keçirilir. SİA xəbər verir ki, yerli vaxtla saat 06:00-da 14 min 295 seçki məntəqəsində səsvermə başlayıb. Ölkə üzrə 44 milyon 390 min seçici var. Səsvermə hüququ olanların sayı 2022-ci ildəki prezident seçkisi ilə müqayisədə 195 minə yaxın artıb. Qadın seçicilərin sayı kişilərə nisbətdə cüzi üstünlük (1 faiz) təşkil edir. Ən çox seçici Kyonqgi vilayətində (26,4 faiz) və paytaxt Seulda (18,7) qeydiyyatda olan vətəndaşlardır. Səsvermə saat 20:00-dək davam edəcək. Seçicilərin 34,74 faizi mayın 29-30-da keçirilmiş erkən səsvermədə səs verib. Cənubi Koreya tarixində 21-ci dəfə keçiriləcək prezident seçkisində…

Daha çox

Britaniya ordusunun sayını artırır

Böyük Britaniya ordusunun sayını 76 min hərbçiyə qədər artıracaq. SİA xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Con Hili məlumat verib. “Bütöv bir nəsil ərzində ilk dəfə olaraq məhz bizim hökumətimiz daimi ordunun ölçüsünü artırmaq istəyir”, – Hili vurğulayıb. Qeyd edək ki, hazırda Britaniya ordusunun sayı təxminən 72,5 min hərbçidən ibarətdir.

Daha çox

Amazoniyada qeyri-qanuni qızıl hasilatı torpaqların qurumasını kəskin şəkildə sürətləndirir

Beynəlxalq ekoloqlar kollektivi müəyyən edib ki, Amazoniyada qeyri-qanuni qızıl hasilatından sonra meşələrin bərpası xüsusilə yavaş baş verir. Səbəb isə qızıl çıxarmaq üçün ən çox istifadə edilən metodun torpağın kəskin qurumasına və onun yüksək temperaturlara qədər qızmasına səbəb olmasıdır. Sİas xəbər verir ki, bu barədə ABŞ-ın Cənubi Kaliforniya Universitetinin (USC) mətbuat xidməti məlumat yayıb. “Biz çoxdan bilirik ki, torpağın deqradasiyası meşələrin bərpasını ləngidir, lakin bu dəfə başqa bir fenomenlə qarşılaşmışıq. Qızıl hasilatı yerli torpaqları qurudur, bu isə Amazoniyanın qırılmış meşələrində yeni ağacların böyüməsi üçün xüsusilə əlverişsiz şərait yaradır”, — deyə USC…

Daha çox

Kanadada meşə yanğınlarına görə 25 mindən çox insan təxliyə edilib

Kanadanın Alberta, Manitoba və Saskaçevan əyalətlərində davam edən meşə yanğınları səbəbilə 25 mindən çox sakin evlərini tərk etməyə məcbur olub. SİA xəbər verir ki, bu barədə “CTV” telekanalı məlumat yayıb. Həmin bölgələrdə 100-dən artıq meşə yanğını qeydə alınıb. İsti və quraq hava şəraiti səbəbindən yanğınların qarşısını almaq hələlik mümkün deyil. Yerli yanğınsöndürənlərə dəstək məqsədilə Kanadanın digər bölgələrindən xilasedicilər cəlb olunub.

Daha çox