Müqaviləli əsgərlərə birdəfəlik ödənişlərin azaldılmasına etiraz…

…Müdafiə Nazirliyi ilə müqavilə imzalandıqdan sonra birdəfəlik ödənişlərin həcminin azaldılması Başqırdıstanda elə də yaxşı qarşılanmayıb. SİA-nın məlumatına görə, respublika başçısının imzaladığı müvafiq fərman iyunun 5-dən qüvvəyə minir. Deməli, Başqırdıstan Respublikasının başçısı Radiy Xabirov fərman imzalayıb, ona əsasən, iyunun 5-dən etibarən region Müdafiə Nazirliyi ilə müqavilə bağlayarkən birdəfəlik ödənişin həcmini əhəmiyyətli dərəcədə azaldacaq. Belə ki, bu gün müqaviləli əsgərlərə 1,6 milyon rubl təklif edilirsə, bir neçə gündən sonra bu məbləğ 1 milyona düşəcək. …Üstəlik, birbaşa Ufada işə götürülənlər 1,2 milyon deyil, cəmi 600 min rubl alacaqlar. Buna baxmayaraq, onlar 700 min…

Daha çox

Bali adası zibildən qurtulmağa çalışır…

Ada bir litrdən az qablaşdırılmış suyun istehsalını məhdudlaşdıracaq..? …Bali səlahiyyətliləri artan zibilliklərin turistləri qorxutacağından ehtiyat edirlər, buna görə də plastikdən xilas olmaq üçün ciddi tədbirlər görürlər. İndi adada 1 litrdən az həcmdə qablaşdırılmış suyun istehsalı qadağandır. SİA-nın məlumatına görə, Bali adası zibildən qurtulmağa çalışır. Qubernator Vayan Koster plastiklə dolu poliqonların təmizlənməsinə kömək etmək üçün yeni tədbirləri təsdiqləyib. Belə ki, yerli hakimiyyət müəssisələrə 1 litrdən az həcmdə qablaşdırılmış su ehtiyatlarını satmağı tapşırıb. Sonradan onlara suyu yalnız bir litrdən böyük şüşələrdə doldurmağa icazə verilir. Qubernator xatırladıb ki,…

Daha çox

Bir sıra məhkəmələrə hakimlər təyin edilib

Bir sıra birinci instansiya məhkəmələrə hakimlər təyin edilib, bəzi birinci instansiya məhkəmələri hakimlərinin isə vəzifələri dəyişdirilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər: hərbi məhkəmələr üzrə: Füzuli Hərbi Məhkəməsi Quliyev Seymur Səhyəddin oğlu Tərtər Hərbi Məhkəməsi Şəfiyeva Könül Səməd qızı Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə: Naxçıvan Şəhər Məhkəməsi Heydarov Aslan Nazim oğlu Şərur Rayon Məhkəməsi Zeynalov İlkin Cəlal oğlu Bakı şəhərinin rayon məhkəmələri üzrə: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Rzayev Anar Nurəddin oğlu…

Daha çox

Beynəlxalq konfransın birinci günü yekunlaşıb…

Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransın birinci günü yekunlaşıb. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir BMT-nin müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan, eləcə də bu sahə üzrə ixtisaslaşmış alimlərin ilk beynəlxalq konfransıdır. Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov dünyada dekolonizasiya prosesinə dəstək verən qlobal platformaya və kolonializmdən əziyyət çəkən xalqlar üçün ümid mənbəyinə çevrilmiş BTQ-nin təşkilatçılığı ilə keçirilən konfransda müstəmləkəçilik probleminin elmi cəhətdən müzakirə ediləcəyini və onun beynəlxalq təşkilatların prizmasından nəzərdən keçiriləcəyini diqqətə çatdırıb. Bu xüsusda, kolonializmdən…

Daha çox

Fransada irqçi cinayətin yeni qurbanı tunislidir

Fransada artan irqçilik və anti-İslam əhvali-ruhiyyəsi daha bir faciəyə səbəb olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Puget-sur-Argens (Var) kommunasında 46 yaşlı Tunis əsilli bərbər İşem Miraui qonşusu tərəfindən irqçi motivlərlə qətlə yetirilib. Qatil əvvəllər sosial şəbəkələrdə xarici əsilli insanlara qarşı zorakılığa çağıran və irqçi ifadələr səsləndirən videolar yayırmış. Qurbanın ailəsinin vəkili M.Battix cinayətdən sonra verdiyi açıqlamada Fransada hökm sürən siyasi və ictimai mühiti sərt tənqid edib. O, irqçiliyin dövlət strukturlarında susqunluqla qarşılanmasını qınayaraq deyib: “Yanğınsöndürənlər özləri törətdikləri yanğını söndürməyə gəlirlər”. Vəkilin sözlərinə görə, İşem Mirauinin ölümü son illərdə…

Daha çox

Əli Əsədov Olivye Bukal ilə görüşüb…

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 3-də Seneqalın dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri Olivye Bukal ilə görüşüb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycanın Afrika dövlətləri, o cümlədən Seneqal ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyi bildirilib. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olunub. O.Bukalın səfəri çərçivəsində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət” ilə Seneqalın Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Görüşdə Azərbaycan-Seneqal…

Daha çox

Təriqət rusların poçt qutularına anlaşılmaz broşuralarla hücum edir..?

Sankt-Peterburqun Nevski rayonunda sakinlər poçt qutularında islahatdan əvvəlki rus dilini xatırladan arxaik dildə yazılmış sirli broşuralar aşkar ediblər. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu MK v Pitere yazır. Məlum olduğu kimi, mətnlər onilliklər ərzində tərəfdarları kölgədə qalan “Yeqovçular-İlyintsev” konspirativ təşkilatının sekta hərəkatına aid ola bilər. Sektant Aleksandr Dvorkinin sözlərinə görə, broşuralarda 1840-cı illərdə bu dini hərəkatın əsasını qoyan Nikolay İlinin davamçıları tərəfindən yaradılmış inqilabdan əvvəlki materialların təkrar nəşrləri var. Maraqlıdır ki, vərəqələrdə qrupa qoşulmaq üçün çağırışlar, kontaktlar və görüşlərin ünvanları yoxdur. Ekspert təsdiq edib ki, yayılan broşürlərdən ikisi…

Daha çox

Ölkədə yaşanan siyasi həmrəyliyin təcəssümü

Siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə birgə səfərləri Azərbaycan cəmiyyəti tərəfindən artıq formalaşmış demokratik ənənə kimi qəbul olunur. Prezident İlham Əliyevin təşəbbüsü ilə fəal şəkildə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində siyasi partiya sədrlərinin birgə səfərləri siyasi müstəvidə tərəflər arasında yaşanan etibarlı münasibətlərin göstəricisidir. Odur ki, müsbət ənənəyə çevrilmiş sözügedən səfərlər artıq ölkənin siyasi gündəliyinin ayrılmaz parçasıdır. Təsadüfi deyil ki, milli həmrəylik təzahürü ilə təcəssüm olunan sözügedən demokratik təcrübə ictimaiyyət tərəfindən təqdir olunur və dəstəklənir. SİA-nın məlumatına görə, iyunun 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti…

Daha çox

Fransada dəmiryolçular tətilə çağırış ediblər

Fransanın Dəmir Yolları Milli Şirkətinin (SNCF) Həmkarlar İttifaqları bütün qatar sürücülərini tətilə çağırıb. İyunun 4 və 5-də qatarların hərəkətində fasilələr olacağı bildirilir. Ölkədə peşələrarası tətil planlaşdırılıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, “SNCF Voyageurs”, TGV, “Intercités”, RER B, RER D qatarları, eləcə də “Transilien” qatarlarının hərəkətində fasilələr olacaq. Dəmiryol işçiləri pensiya islahatına etirazlarını bildirirlər. Həmçinin “CGT-Cheminots” Həmkarlar İttifaqı iyunun 11-də tətil planlaşdırıb. Növbəti tətildə bütün qatar sürücüləri səfərbər olacaqlar. Həmkarlar İttifaqı bütün sektorlardan olan peşəkarları güc balansını artırmağa çağırıb. Tətilçilər pensiyanın və maaşların dərhal artırılmasını, həmçinin 2023-cü il pensiya…

Daha çox