Sabirabadda veloyürüşə 100-ə yaxın velosipedçi qoşulub

3 İyun – Dünya Velosiped Günü münasibətilə Sabirabad rayonunda veloyürüş keçirilib. SIA xəbər verir ki, Sabirabad Gənclər Evinin qarşısından başlayaraq 4 kilometr məsafəni əhatə edən marşrut Kür və Araz çaylarının qovuşduğu məkanda başa çatıb. Finiş nöqtəsində yürüş iştirakçıları ilə birlikdə tədbir keçirilib. Yürüşdə 100-ə yaxın həvəskar velosipedçi, həmçinin şəhər sakinləri iştirak ediblər. Kütləvi idman tədbirinin təşkilində məqsəd velosiped idman növünün əhali arasında tanıdılması, sağlam həyat tərzinin təbliği və bu nəqliyyat vasitəsindən istifadə etməklə ətraf mühitin qorunmasıdır.

Daha çox

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyunun 3-də davam etdirilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində…

Daha çox

Hərbi bloqer Sumi rayonunda gedən döyüşlərdən danəşır…

…Rusiya qoşunları Sumi bölgəsinə doğru fəal şəkildə irəliləyir. SİA-nın məlumatına görə, bu barədə hərbi bloger Boris Rojin öz Telegram kanalında danışıb. …Rusiya ordusunun qüvvələri Ukrayna qoşunlarını geri çəkməyə və mühüm ərazilərdə mövqelərini möhkəmləndirməyə çalışaraq Sumı bölgəsinin dərinliklərində fəal şəkildə irəliləməyə davam edir,-o yazıb. Hərbi bloqqer qeyd edib ki, əsas döyüşlər bir neçə məskunlaşan ərazidə cəmləşib. Onun sözlərinə görə, rus hərbçiləri Kondratovkada irəliləyir, kəndin şimal hissəsində möhkəmlənməyə çalışırlar. Eyni zamanda, onlar FPV dronlarından istifadə edərək aktiv şəkildə hücum əməliyyatları həyata keçirirlər. Əli Babayev

Daha çox

Azərbaycanın xarici işlər naziri Keniya Prezidenti ilə görüşüb

İyunun 3-də xarici işlər naziri Ceyhun Bayramov Keniyaya səfəri çərçivəsində bu ölkənin prezidenti Vilyam Samoei Ruto tərəfindən qəbul edilib. SİA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə tərəflər, yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi dialoqun və qurumlararası təmasların əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıblar. Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkərək, tərəfdaşlığın bütün sahələrdə möhkəmlənəcəyinə dair əminlik ifadə ediblər. Bununla yanaşı, iqtisadiyyat, enerji, kənd təsərrüfatı, təhsil, mədəniyyət, turizm və idarəçilik sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. İnformasiya və kommunikasiya texnologiyaları, rəqəmsal iqtisadiyyat, enerji və faydalı qazıntılar…

Daha çox

“Bayden Rusiyanı məhv etmək istəyir…”

… SİA-nın məlumatına görə, Braziliya prezidenti Luiz İnasio Lula da Silva Fransanın “Le Monde” qəzetinə deyib ki, ABŞ-ın keçmiş prezidenti Cozef Bayden “Rusiyanı məhv etməyin” lazım olduğuna inanır…. Braziliya lideri qeyd edib ki, Avropa bu məsələdə Vaşinqtonun tərəfini tutub və hazırda Rusiya Federasiyasının təhlükəsindən ehtiyat edərək yenidən silahlanmaya milyardlar xərcləyir. Braziliya prezidenti özü də münaqişənin həlli üçün Rusiya və Ukrayna arasında danışıqları dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyib. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp sələfi Cozef Baydeni Ukraynada hərbi münaqişəyə başlamaqda ittiham etmişdi. Ağ Ev rəhbəri qeyd edib ki, Bayden…

Daha çox

Bakıda küləyin maksimal sürəti saniyədə 28 metrə çatır

İyunun 3-ü saat 17:00-a olan məlumata əsasən ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti müşahidə edilir. SİA-nın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, Kəlbəcər, Xankəndi, Laçın, Şuşa, Ağdam, Xocalı, Ağdərə, Daşkəsən, Gədəbəy, Tərtər, Mingəçevir, Göygöl, Yevlax, Gəncə, Goranboy, Naftalan, Şəmkir, Balakən, İmişli, Şamaxı, Ağsu, Qəbələ, Şəki, Zaqatala, İsmayıllı, Xınalıq, Qrız, Qusar, Quba, Xaltan, Sabirabadda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır. Şahdağa isə qar yağması müşahidə edilir. Saat 16:21-16:24 radələrində Xankəndi şəhərinə diametri 8-10 millimetr olan dolu düşüb. Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal…

Daha çox

Kral Çarlzın Vindzor qəsrinə icazəsiz daxil olan şəxs saxlanılıb

İngiltərədə yerləşən Vindzor qəsrində təhlükəsizlik insidenti baş verib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Kral ailəsinin üzvlərinin yaşadığı bu əraziyə icazəsiz daxil olan bir şəxs polis tərəfindən saxlanılıb. Saxlanılan şəxsin 30 yaşlarında olduğu və onun üzərində A sinif narkotik maddələr aşkarlandığı açıqlanıb. Şəxsin zaminə buraxıldığı və hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi bildirilib. Qeyd edək ki, 2005-ci il tarixli “Ciddi Təşkilatlanmış Cinayətkarlıq və Polis Aktı”na əsasən, Kral ailəsinə məxsus ərazilər də daxil olmaqla, mühafizə olunan ərazilərə izinsiz daxil olmaq cinayət sayılır. Kral ailəsinin üzvləri, aprel-sentyabr ayları arasında xüsusilə də…

Daha çox

“Rusiyanın tələblərini əks etdirən bir memorandum təqdim etmişdi”

“Rusiya–Ukrayna müharibəsində vəziyyət ciddi hadisələr baş verməsə belə, dramatik şəkildə dəyişə bilər. Yəni tərəflərdən hər hansı birinin iddialarından geri çəkilməsi, Rusiyanın maksimalist tələblərindən imtina etməsi və yaxud da Ukraynanın Rusiyanın tələbləri qarşısında razılaşmasını təmin edəcək proseslər, hadisələr baş verməmişdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib. Onun sözlərinə görə, iki gün əvvəl Ukrayna əks-kəşfiyyat xidmətinin həyata keçirdiyi əməliyyat Rusiya–Ukrayna müharibəsi dövründə Ukraynanın azsaylı uğurlarındandır və çox ciddi addım kimi qiymətləndirilə bilər: “Amma çox təəssüf ki, bunlar epizodik xarakter daşıyır, taktiki gedişlərdir və Rusiya–Ukrayna müharibəsinin strateji baxımdan yekunlaşmasına xidmət edə…

Daha çox

Ruslar Krım körpüsünə təkrar hücum edildiyini bildirirlər…

…Zədələnmiş Krım körpüsünə təkrar hücum barədə məlumat internetdə yayılır. Rusiya ictimaiyyəti körpünün hasarlarından keçən keçidin yarılması və onun bağlanması haqqında yazır; Xüsusilə, 3 iyun saat 15.16-a olan bu cür məlumatları Rusiyanın Lpr1 təbliğat Telegram kanalı dərc edib. SİA xəbər verir ki, məlumatlarda körpüyə hücumun davam etdiyi və oradakı nəqliyyatın müvəqqəti olaraq bağlandığı qeyd edilib.. …Biz körpüdə və yoxlama zonasında olanlardan sakit olmağı və nəqliyyat təhlükəsizliyi işçilərinin göstərişlərinə əməl etmələrini xahiş edirik, – deyə kanal xəbər verir. Körpüdəki vəziyyəti işıqlandıran və Roskomnadzorun siyahısına daxil olan “Krım Körpüsü: Əməliyyat Məlumatı” Telegram kanalı…

Daha çox

ADY Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində stendlə təmsil olunur

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı Ekspo Mərkəzində keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində (“TransLogistica Caspian”) xüsusi stendlə təmsil olunur. SİA ADY-yə istinadən xəbər verir ki, iyunun 4-dək davam edəcək sərgidə səhmdar cəmiyyətin stendinə yaxınlaşan ziyarətçilər ADY-nin beynəlxalq dəhlizlər üzrə yükdaşıma əməliyyatları, Qarabağ və Şərqi Zəngəzurda icra edilən dəmiryol layihələri və infrastruktur quruculuğu, ADY-nin dayanıqlılıq üzrə fəaliyyəti, xidmətləri, tətbiq etdiyi rəqəmsal həllər və Bakı Limanı haqqında ətraflı məlumat ala bilərlər. Bildirilib ki, sərgidə ziyarətçilər ADY-nin pavilyonuna böyük maraq göstərir.

Daha çox