İqtisadiyyat Nazirliyində Macarıstanın “MOL Group” şirkətinin prezidenti ilə görüşdə enerji sahəsində fəaliyyətin şaxələndirilməsi müzakirə edilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı Enerji Həftəsi çərçivəsində ölkəmizdə səfərdə olan Macarıstanın “MOL Group” şirkətinin prezidenti Zolt Hernadi ilə görüşüb. Görüşdə “MOL Group” şirkəti ilə səmərəli əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib. Enerji təhlükəsizliyi məsələləri və enerji resurslarının şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın bu istiqamətdə etibarlı tərəfdaş kimi rolu qeyd edilib. Tərəflər “Mol Group”un ölkəmizdəki fəaliyyəti və gələcək işbirliyi imkanlarını müzakirə ediblər. “MOL Group” və SOCAR arasında tərəfdaşlığın inkişafı və…
Daha çoxDay: June 3, 2025
Azərbaycan TRACECA layihəsində çox mühüm yer tutur
Azərbaycan TRACECA layihəsində çox mühüm yer tutur. Coğrafi mövqeyinə görə Azərbaycan Avropa ilə Asiya arasında tranzit rolu oynayır. SİA xəbər verir ki, xəbər verir ki, bu sözləri 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisində təşkil olunan “Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması” panel müzakirəsində çıxışı zamanı TRACECA HAK DK-nın baş katibi Asset Assavbayev deyib. O bildirib ki, belə sərgilərin və müzakirələrin təşkili olduqca faydalıdır. “Burada dəmir yollarının rəqəmsallaşdırılması müzakirə ediləcək. Rəqəmsallaşma artıq həyatımızın bütün sahələrinə nüfuz edib. Dəmir yolu nəqliyyatı da istisna deyil. TRACECA iştirakçısı olan ölkələr, o cümlədən Azərbaycan bu…
Daha çox“Azərkosmos” ICESCO-nun qrant müsabiqəsinin qalibi olub
Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən keçirilən beynəlxalq qrant müsabiqəsində qalib olub. SİA xəbər verir ki, bu barədə “Azərkosmos”dan məlumat verilib. “Azərkosmos” kosmik tibb üzrə elmi-praktik təlimdə sıfır cazibə qüvvəsi çəkisi altında tibbi təcrübənin öyrənilməsi üzrə nəzəri və praktiki kurs təqdim edib. Təlimdə mövzular arasında, həmçinin peyk texnologiyaları və qabaqcıl həllər, kosmik tibb, mikroqravitasiya və qravitasiya, kosmosda cərrahiyə, əzələ və sümük toxumasının tənzimlənməsi, qan dövranı və digər tibbi aspektlər yer alıb. Qeyd edək ki, müasir elm kosmik tibbi yalnız cazibə qüvvəsi şəraitində…
Daha çoxTarixi ədalətin bərpası üçün beynəlxalq həmrəylik vacibdir
Tarixi ədalətin bərpası üçün beynəlxalq həmrəylik vacibdir. SİA xəbər verir ki, bunu Afrika Əsilli Xalqların Daimi Forumunun (PFPAD) üzvü, kolumbiyalı pastor Elias Murillo Martinez Bakıda keçirilən “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı söyləyib. O, kolonializmin vurduğu zərərlərin ödənilməsi məsələsinə toxunaraq, bir sıra mühüm məqamları diqqətə çatdırıb: “Artıq bəzi dövlətlər bu tarixi ədalətsizliklərin aradan qaldırılması üçün konkret təşəbbüslərlə çıxış edirlər. Xüsusilə Kolumbiya hökuməti Haitiyə vurulmuş zərərin ödənilməsi məqsədilə maliyyə yardımına hazırdır və bu prosesə digər dövlətlərin də qoşulması vacibdir”. “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar”…
Daha çoxBir həftə ərzində naməlum səbəbdən altı balina özünü sahilə atıb…
ABŞ-da, San Fransisko körfəzi sahillərində bir həftə ərzində altı balina cəsədi tapılıb. SİA-nın məlumatına görə, bu barədə ABC News yazır. Mayın 21-dən 28-dək körfəzin çimərliklərində altı boz balina tapılıb. Kaliforniya Elmlər Akademiyası və Dəniz Məməliləri Mərkəzi hadisənin səbəbinin hələlik məlum olmadığını qeyd edib. Təşkilatların nümayəndələrinin sözlərinə görə, vəziyyəti aydınlaşdırmaq üçün yarılma lazımdır, lakin onu aparmaq çətindir: bəzi cəsədlər əlçatmaz yerlərdə, digərləri isə çox çürümüşdür. Mütəxəssislər öyrənmə üçün yetişməmiş erkək heyvanın yalnız bir cəmdəyini götürə bildiklərini deyirlər. Hələ də araşdırılır. İndiyə qədər Kaliforniya Elmlər Akademiyasının və Dəniz Məməliləri Mərkəzinin əməkdaşları yalnız…
Daha çoxAMB və ADB yeni layihələrin həyata keçirilməsini müzakirə edib
Azərbaycan Mərkəzi Bankı (AMB) və Asiya İnkişaf Bankı (ADB) arasında yeni layihələrin həyata keçirilməsini müzakirə edilib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun sədri Taleh Kazımov ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının Cənubi, Mərkəzi və Qərbi Asiya regionu üzrə vitse-prezidenti Yinmin Yanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı ölkəmizin makroiqtisadi vəziyyəti və inkişaf meyilləri, rəqəmsal texnologiyaların və yaşıl maliyyələşmənin təşviqi məsələləri, həmçinin “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində müəyyənləşdirilmiş prioritetləri üzrə fikir mübadiləsi aparılıb. Bundan əlavə, ADB ilə texniki yardım layihələrinin genişləndirilməsi və qarşılıqlı…
Daha çoxKomendat pulları hansı hallarda yığıla bilər?
Ölkədə MTK-lar qanun nəzarətsizliyindən istifadə edərək komendant pulu yığırlar. Lakin komendatların binaların sakinlərə təhvil verilməsində heç bir maraqları yoxdur. Komendantlar yaşayış binalarında istədikləri tarifləri təyin edərək vətəndaşlardan pul vəsaiti tələb edirlər. Sakinlər komendant pulunu ödəmədiyi halda isə liftdən və digər istifadə etdikləri əlaqələri məhdudlaşdırırlar. Bəs bu kimi hallar qanunla necə tənzimlənir? SİA bu barədə reportaj edib. Mövzu ilə bağlı əmlak üzrə ekspert Elnur Azadov bildirib ki, Azərbaycanda çoxmənzilli binaların idarə olunması mənzil məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir: “Təəssüflər olsun ki, bu kimi qaydalara tikinti şirkətləri əməl etmirlər. Baxmayaraq ki, tikinti…
Daha çox“Yeganə sevinc yerimiz “Qarabağ” futbol klubudur”
“Cənab Prezidentin mini futbol üzrə milli komandamızı qəbul etməsi, dövlət başçımızın idmana və qazanılan qələbələrə göstərdiyi böyük hörmət və ehtiramın bariz nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. O bildirib ki, ümumiyyətlə, Cənab Prezidentin idmana olan diqqət və qayğısı hər zaman yüksək səviyyədə olmuşdur: “Eyni zamanda, olimpiyaçılarımıza da dövlət tərəfindən daim yüksək dəstək göstərilmişdir. Lakin son illərdə futbol sahəsində ürəkaçan nəticələrin və göstəricilərin olmaması bizləri ciddi şəkildə narahat edir. Bu fonda yalnız “Qarabağ” futbol klubunun fəaliyyəti ümidvericidir. Klub həm Avropa Liqasında, həm də Çempionlar Liqasında qrup mərhələsində iştirak…
Daha çoxNATO-nun Avropa ölkələrindən xahişi…
…NATO alyansın avropalı üzvlərindən yerüstü hava hücumundan müdafiə qüvvələrini beş dəfə artırmağı xahiş edir. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb. Onlar deyirlər ki, bu yolla NATO “Rusiyanın təcavüzü təhlükəsi”nə cavab olaraq əsas boşluğu doldurmağa çalışır. …NATO alyansın avropalı üzvlərindən yerüstü hava hücumundan müdafiə imkanlarını 5 dəfə artırmağı xahiş edir,- deyən mənbələr məsələnin iyunun 5-də Brüsseldə blokun müdafiə nazirlərinin görüşündə müzakirə ediləcəyini qeyd ediblər. Bloomberg mənbələri həmçinin hava hücumundan müdafiə imkanlarının beş dəfə artırılmasının bütün Avropa NATO üzvləri üçün ümumi məqsəd olacağını, lakin…
Daha çoxSabah hava necə olacaq ?
“İyunun 4-ü və 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, gündüz saatlarında isə əsasən yağmursuz keçəcəyi gözlənilir”. Bu barədə SİA-ya Hidrometeoroloji proqnozlar bürosunun şöbə rəisi Gülşad Məmmədova açıqlamasında bildirib. Onun sözlərinə görə, gecə və səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var: “Gündüz saatlarında əsəcək şimal-qərb küləyi 4-ü axşama doğru tədricən zəifləyəcək, 5-də isə mülayim şimal-qərb küləyi müşahidə olunacaq. Havanın maksimal temperaturu 23–28 dərəcə isti olacaq. Bölgələrdə də bəzi yerlərdə yağıntılı hava şəraiti davam edəcək, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, dolu…
Daha çox