Azərbaycan regionun əsas enerji qovşağı kimi mövqeyini gündən-günə daha da möhkəmləndirir, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Hər il ənənəvi keçirilən Beynəlxalq Neft və Qaz sərgiləri ölkəmizin ötən müddətdə enerji sektorunda qazandığı uğurların təhlilini zərurətə çevirir. Bu sərgilər həm də qarşıdakı dövrün hədəflərini müəyyənləşdirir. İyunun 2-də öz işinə başlayan Bakı Enerji Həftəsi çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində Prezident İlham Əliyevin nitqi,…
Daha çoxDay: June 3, 2025
Təyyarəni yandırmaq istədi və indi yüz minlərlə rubl cərimə ödəyəcək…
…“Pobeda” Hava Yollarına məxsus təyyarəni alışqanla yandırmağa cəhd edən rusiyalı qadın indi yüz minlərlə rubl cərimə ödəyəcək. SİA xəbər verir ki, bu barədə Sankt-Peterburq Məhkəmələrinin Birləşmiş Mətbuat Xidməti özünün Telegram kanalında məlumat yayıb. Bildirilir ki, Vıborq Rayon Məhkəməsi şirkətin Zemfira Qlazyrinaya qarşı dəymiş ziyanın ödənilməsi ilə bağlı iddiasını təmin edib. …Daşıyıcı küylü qadından 378 min rubl tələb edib. Hadisə 2024-cü ilin yanvarında Soçi-Sankt-Peterburqda baş verib. Peterburq reysi. Qlazyrina bütün uçuş boyu özünü əsəbi aparıb: o, göyərtədə elektron siqaret çəkib, yoldaşları ilə kobud davranıb, sakitləşmək tələblərinə cavab verməyib, ekipaj üzvlərini təhqir…
Daha çoxBakı-Sumqayıt qatarlarının Qurban bayramı günlərindəki qrafiki açıqlanıb
Qurban bayramı ilə əlaqədar istirahət günü elan edilmiş 6, 7 və 9 iyun tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkəti həftənin şənbə gününün cədvəli əsasında təşkil ediləcək. SİA bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir. Məlumata görə, 8 iyunda isə qatarlar ənənəvi bazar günü qrafiki ilə hərəkət edəcəklər.
Daha çoxLombardlarda faiz dərəcələri necə tənzimlənir?
“Lombard kreditləri, adətən qısa müddətli və girov əsasında verilən kredit növüdür və faiz dərəcələri bu xüsusiyyətlərə uyğun şəkildə formalaşmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Beynəlxalq bankında Biznes kreditlər üzrə ekspert Fərid Tanrıverdiyev deyib. Onun sözlərinə görə, lombardlarda faiz dərəcələrinin şəffaf, ədalətli və iqtisadi reallıqlara uyğun tənzimlənməsi çox vacibdir: “Bu, həm kredit alanların, həm də lombard xidmətlərinin dayanıqlı fəaliyyət göstərməsi üçün önəmlidir. Lombardlarda tənzimləmə qaydaları necə olmalıdır? 1. Faizlər həm müştərilər üçün əlçatan, həm də lombardların maliyyə risklərini qarşılayacaq səviyyədə olmalıdır. Aşırı yüksək faiz dərəcələri kredit alanların yükünü artıraraq sosial problemlərə…
Daha çox“Uğurlu siyasətin nəticələri göz önündədir”
“Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan “Əsrin müqaviləsi” Azərbaycanın dünənki və bu günkü, eləcə də gələcək inkişafında böyük əhəmiyyətə malikdir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib. Komitə sədri vurğulayıb ki, 30 il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayan Xəzər Neft və Qaz Sərgisi enerji sektorumuza birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. “Enerji siyasətinin bütün əsas istiqamətlərini – neft, qaz, kəşfiyyat, hasilat, emal, nəqliyyat, eləcə də ,yaşıl enerji sahələrini əhatə edən “Bakı Enerji Həftəsi” adlandırılan 39 ölkədən 267…
Daha çoxReşetnikov Rusiya iqtisadiyyatının soyumasının əlamətlərini qeyd edib
Rusiyanın real sektorunun getdikcə hasilatın daha çox azalması müşahidə olunur. SİA-nın məlumatına görə, bunu Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov deyib. Onun sözlərinə görə, bu barədə “İnterfaks” məlumat yayıb. Bu, nazirin izah etdiyi kimi, Rusiya iqtisadiyyatının iki illik yüksək artımdan sonra daxil olduğu soyuma dövrünün əlamətlərindən biridir. Bundan əlavə, tendensiya istehlak tələbinin yavaş artım tempi ilə təsdiqlənir, rusların gəlirlərindəki artım isə əvvəlki kimi əmanətlərə gedir. Onun sözlərinə görə, Rusiya hazırda soyuma dövrünü məharətlə keçməlidir. Nazir bununla bağlı qeyd edib ki, “Prezidentin qeyd etdiyi üç faizlik artım tempini uzunmüddətli perspektivdə…
Daha çoxXankəndiyə güclü yağış və dolu yağıb
Bu gün Xankəndi şəhərinə və ətraf yaşayış məntəqələrinə küləklə müşahidə olunan leysan xarakterli yağış yağıb, dolu düşüb. SİA xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, günün ikinci yarısından etibarən davam edən qeyri-sabit hava şəraiti şəhər təsərrüfatına ziyan vurmayıb. Şəhərin komunal təsərrüfatında elektrik enerjisi, içməli su və təbii qaz verilişində məhdudiyyət yaranmayıb. Vurğulanıb ki, bu dəqiqələrdə də yağış yağır, güclü şimşək çaxır.
Daha çoxAzərbaycan Pakistanla enerji layihələrinə investisiya imkanlarını müzakirə edib
Azərbaycan və Pakistan arasında enerji infrastrukturu layihələrinə investisiya imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb. Nazir bildirib ki, Pakistanın federal energetika naziri (neft məsələləri üzrə) Ali Pervaiz Malik ilə görüşüb. Görüşdə enerji sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Daha çox“Böyük Qayıdış proqramı dövlət səviyyəsində həyata keçirilir”
“Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrinə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə və planlı şəkildə qayıdışı intensiv formada həyata keçirilir. Bu proses dövlət tərəfindən həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilir və gözlənildiyindən daha sürətli inkişaf dinamikası nümayiş etdirir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, artıq bir sıra yaşayış məntəqələrinə həmin torpaqların əsil sakinləri qayıtmış və daimi məskunlaşmışlar: “Bununla yanaşı, bölgələrdə sosial infrastrukturun yenidən qurulması və fəaliyyəti də sürətləndirilib. Belə ki, artıq məktəblər fəaliyyətə başlayıb, səhiyyə müəssisələri xidmət göstərir, yeni iş yerləri yaradılır və…
Daha çoxAzərbaycanın iki boksçusu dopinqə görə cəzalandırılıb
Azərbaycanın iki boksçusu antidopinq qaydalarını pozduqları üçün cəzalandırılıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib. Bunlar Ömər Aslanlı və Məsud Yusifzadədir. Ö.Aslanlı qadağan edilmiş maddənin mövcudluğu və istifadəsinə görə 24, M.Yusifzadə isə nümunə toplanmasından yayınma, imtina və nümunə təqdim etməməyə görə 36 ay müddətinə diskvalifikasiya edilib.
Daha çox