Mərkəzi Bankın sədri Taleh Kazımov ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Cənubi, Mərkəzi və Qərbi Asiya regionu üzrə vitse-prezidenti Yinmin Yanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, Mərkəzi Bankdan bildirilib ki, görüş zamanı ölkəmizin makroiqtisadi vəziyyəti və inkişaf meyilləri, rəqəmsal texnologiyaların və yaşıl maliyyələşmənin təşviqi məsələləri, həmçinin “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində müəyyənləşdirilmiş prioritetləri üzrə fikir mübadiləsi aparılıb. Bundan əlavə, AİB ilə texniki yardım layihələrinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişafı imkanları müzakirə olunub. Görüşün nəticəsi olaraq tərəflər arasında qarşılıqlı…
Daha çoxDay: June 3, 2025
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki mesajları
Müasir dünyada enerji təhlükəsizliyinin təmin olunması sahəsində atılan addımlar,neft və qaz sektoruna maraq,alternativ enerji resursları ilə bağlı yeni layihələrin hazırlanması məsələləri diqqət mərkəzində qalmaqda davam edir.Bu baxımdan ölkəmizdə son illərdə keçirilən beynəlxalq tədbirlər,sərgilər,layihələr öz aktuallığını qorumaqla yanaşı bu sahəyə marağın artırılmasında xüsusi əhəmiyyət daşıyır.2025-ci il 2 iyun tarixində Bakı Ekspo Mərkəzində öz işinə başlayan və 4 iyunadək davam edəcək Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu “Baku Energy…
Daha çoxRus əsgərləri döyüşsüz təslim olublar…
Ukrayna Silahlı Qüvvələri Kramatorsk yaxınlığında rusları əsir götürüb …Kramatorsk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin 82-ci ayrı-ayrı desant-hücum briqadasının döyüşçüləri rus əsgərlərini əsir götürüblər. SİA-nın məlumatına görə, briqadanın rabitə şöbəsindən qeyd edildiyi kimi, düşmən növbəti müqavimətin mənasız olduğunu anlayaraq döyüşsüz təslim olub. Yayımlanan videoda məhbusların artıq Ukrayna hərbçilərinin nəzarəti altında olduğu an əks olunub. Dindirildikdən sonra düşmənin mövqelərinin yeri və onların Ukrayna ərazisinə keçdiyi marşrutlar barədə mühüm məlumatlar əldə etmək mümkün olub. Əli Babayev
Daha çoxMəişət zorakılığından zərər çəkmiş 38 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu il məişət zorakılığından zərər çəkmiş 38 nəfəri sosial reabilitasiya xidmətlərinə cəlb edib. SİA xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin şəxslər agentliyin müvafiq müəssisəsində 2021-ci ildən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində xidmətlərlə əhatə olunublar. Onların sosial reabilitasiyası və sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə tədbirlər görülüb. Müasir tələblərə uyğun şəraitin yaradıldığı şöbəyə qəbul edilən şəxslərə sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial və sosial-məsləhət yardımı xidmətləri göstərilir.
Daha çoxNeftçala Sənaye Məhəlləsində istehsal 6 dəfədən çox artıb
Neftçala Sənaye Məhəlləsində hazırda investisiya portfeli 63 milyon manatdan çox olan 6 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bunlardan 5-i fəaliyyət göstərir. SİA xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib ki, sahibkarlar tərəfindən bu günədək görülən işlərə 50 milyon manata yaxın investisiya yatırılıb, 317 nəfərlik daimi iş yeri yaradılıb. İndiyədək Neftçala Sənaye Məhəlləsinin rezidentləri tərəfindən 228 milyon manatlıq məhsul satışı həyata keçirilib, bunun da 1,4 milyon manatlıq hissəsi ixracın payına düşür. 2025-ci ilin I rübü ərzində Sənaye Məhəlləsində 17,2 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin analoji…
Daha çox“Əməkdaşlıq gələcəkdə də davam etdiriləcək”
“Prezidentlərin iştirakı ilə keçirilən müştərək zirvə görüşü, şübhəsiz ki, dostluğun, qardaşlığın və sağlam əməkdaşlığın bariz nümunəsidir. Bu, eyni zamanda beynəlxalq ictimaiyyətə ünvanlanmış bir mesajdır – əmin-amanlıq, azadlıq və qarşılıqlı hörmət mesajı. Azərbaycan, Türkiyə və Pakistan uzun illərdir ki, qarşılıqlı əməkdaşlıq və dostluq münasibətləri əsasında bir-birinin dövlət suverenliyinə və beynəlxalq hüquq çərçivəsində tanınmış mövqelərinə hörmətlə yanaşır, bu dəyərləri dünya ictimaiyyətinə də açıq şəkildə nümayiş etdirirlər”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Onun sözlərinə görə, bu üç dövlətin birliyi eyni zamanda mühüm bir güc mərkəzi kimi çıxış edir:…
Daha çoxBryansk və Kurskda törədilən terror aktlarının hədəfi məlum olub…
Ukrayna Təhlükəsizlik Xidmətinin göstərişi ilə Bryansk və Kursk vilayətlərində partlayışlar törədən terrorçular yüzlərlə vətəndaşa qarşı hücumlar planlaşdırırdılar. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Cinayətlər mümkün qədər çox insana zərər vermək üçün son dərəcə dəqiqliklə hazırlanmışdır. Əli Babayev
Daha çoxQurbanlıq heyvan necə seçilməli və kəsilməlidir?
Üç səmavi dinin – Yəhudilik, Xristianlıq və İslamın hər üçündə də müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur. İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Bütün dinlərdə icra edilən qurban İslamda hicrətin ikinci ilində əmr edilmişdir. İslama görə, qurban “Allaha yaxınlaşdıran şey” mənasına gəlir. Bir başqa sözlə ifadə etsək, qurban Allaha yaxınlaşaraq, onun rizasını qazanmaq üçün Qurban bayramı günündə ibadət niyyəti ilə və Allahın adıyla…
Daha çoxƏməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi üzrə fəaliyyətlər naziri Viriato Luis Soares Cassama ilə görüşüb. SİA xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, nazir Məcnun Məmmədov ölkədə aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, Prezident İlham Əliyev Afrika ölkələri, o cümlədən Qvineya-Bisau ilə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir. Nazir vurğulayıb ki, kənd təsərrüfatı gələcək əməkdaşlıq üçün ən perspektivli sahələrdən biridir. O, iki ölkə arasında aqrar…
Daha çoxAzərbaycan və Serbiya hərbi nümayəndələri arasında görüş keçirilib
Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda iki ölkənin Müdafiə Nazirliyinin əməkdaşları arasında görüş keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə tərəflər birgə əməkdaşlıq çərçivəsində görülən işlərin cari vəziyyətini təhlil edib, perspektiv planlara dair müzakirələr aparıb və qarşılıqlı maraq doğuran digər məsələlərdən danışıblar.
Daha çox