XXI Əsrin Qadınları İB-i ”Qurbanların səsi” layihəsi çərçivəsində Bakı şəhərində tədbir keçirib

XXI Əsrin Qadınları İB-i ”Qurbanların səsi” layihəsi çərçivəsində 2 iyun 2025-ci il tarixdə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirib. SİA xəbər verir ki, tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis-leytenantı Xəyyam Nəcəfov, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri, Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Fuad Əliyev, XXI Əsrin Qadınları İB-nin sədri və sözügedən layihənin rəhbəri Mahirə Əmirhüseynova, müəllimlər və tələbələr iştirak edib. Tədbirdə…

Daha çox

“Qarabağ”neft yatağının işlənməsi ilə bağlı sənədlər imzalanıb

3 iyun 2025-ci il tarixində “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi üzrə Risk Xidmət Sazişi” və “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü Sazişi” üzrə iştirak paylarının satılması ilə əlaqədar sənədlər (o cümlədən “Farmout” Sazişi) imzalanıb. SİA xəbər verir ki, 2024-cü il 20 sentyabr tarixində SOCAR ilə bp arasında “Qarabağ” neft yatağı və “Əşrəfi – Dan Ulduzu – Aypara” sahəsinə dair imzalanan Anlaşma Memorandumu əsasında aparılan danışıqların nəticəsi olaraq, hər iki sənəd üzrə ortaq neft şirkətlərinin 35% iştirak paylarının bp şirkəti tərəfindən alışı üzrə müvafiq sənədlər…

Daha çox

“Paşinyan sülh sazişinin imzalanması yolunda prinsipial mövqe sərgiləyir”

” Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda zəif olsa da, müəyyən müsbət dinamika mövcuddur. Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsində ciddi irəliləyiş gözlənilmir, çünki Baş nazir Paşinyan əmin deyil ki, bu məsələ üzrə referenduma çıxarıldıqda əhalidən kifayət qədər səs toplaya biləcək. Lakin Paşinyan özü sülh sazişinin imzalanması və problemin bu yolla həll olunması baxımından prinsipial mövqe sərgiləyir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib. Onun sözlərinə görə, Ermənistanın Xarici İşlər Nazirinin bəyanatlarında da bu yanaşmanın izləri görünməkdədir: “O bildirib ki, Ermənistan gələcəkdə Azərbaycanla ticarət əlaqələri qurmağa və iqtisadi münasibətlərə başlamağa hazırdır.…

Daha çox

Dünyanı bir-birinə bağlayan görünməz iplər

Qloballaşma dövründə asılılıq, yaxınlıq və parçalanma Uzaq bir ölkədə baş verən iqtisadi böhran, başqa bir qitədəki uşağın səhər yeməyinə təsir edə bilir. Bir yerdə başlayan müharibə, başqa bir yerdə insanların sülhə olan inamını zəiflədir. Əvvəllər yalnız xəritədə qonşu olan ölkələr, indi sosial mediada bir cümlə ilə bir-birinə toxunur. Sanki dünya bir tor kimi hörülüb: iç-içə, sıx, həssas və qırılmağa meyilli… Bu torun sapları görünməzdir. Adı isə qloballaşmadır. Əvvəllər insanlar doğulduğu kənddən çıxmadan bir ömür yaşayırdı. İndi isə bir uşağın geyəcəyi paltarı Çində tikilir, adını Amerikada qoyurlar, gələcəyini…

Daha çox

Sabah İmişli və Saatlıda 18 mindən çox abonentin qaz kəsiləcək

İmişli və Saatlı rayonlarının bəzi ərazilərində sabah qaz təchizatı dayandırılacaq. SİA-nın Muğan bürosunun məlumatına görə, fasilə “İmişli” QPS-dən qidalanan “İmişli 2” ölçü qovşağının girişində quraşdırılmış diametri 200 mm-lik “RDO-1-16/200” tipli qaz tənzimləyicinin baypas xəttində yeni, diametri 200-mm-lik “RDO-1-16/200” tipli qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar olacaq. Nəticədə iyunun 4-də saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli şəhər mərkəzi də daxil olmaqla, rayonun 20 kəndində – Yalavac, Cəfərli, Rəsullu, Muradxanlı, Ağammədli, Oruclu, Məhəmmədli, Əliqulular, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Qaralar, Cavadxanlı, Sarxanlı, Bəcirəvan, Ağcüyür, Qaravəlli, Mirili kəndlərində, Yeni Bəhramtəpə, Vətəgə qəsəbələrində (18…

Daha çox

“Ermənistan cəmiyyətində və siyasi dairələrdə fikir ayrılığı var”

“İlin sonuna qədər həm sülh sazişinin imzalanması, həm də Zəngəzur dəhlizinin açılması reallaşa bilər. Məntiq və prinsipcə mümkündür. Lakin bunların hər ikisinin eyni vaxtda baş verəcəyi bir qədər inandırıcı deyil, xüsusilə də Zəngəzur dəhlizinin sülh sazişindən əvvəl açılması ümumiyyətlə mümkün deyil. Bunun əksi olan vəziyyəti təsəvvür etmək mümkündür, yəni sülh sazişinin imzalanmasından sonra Zəngəzur dəhlizinin də açılması mümkün ola bilər. Amma dəhlizin açılması sazişin imzalanmasından əvvəl ümumiyyətlə təsəvvür belə oluna bilməz”. Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, real vəziyyət baxımından yanaşanda ilin sonuna qədər sülh…

Daha çox

Həmkarlar ittifaqının nümayəndələri Xalq artisti Arif Babayevi ziyarət edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elkiyar Ziyadov “Bilgəh” sanatoriyasında dincələn görkəmli xanəndə, Xalq artisti Arif Babayevi ziyarət edib. SİA xəbər verir ki, muğam sənətimizin inkişafındakı xidmətlərinə görə “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordenləri, “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunmuş Arif Babayevlə görüşdə sənətkarın səhhəti ilə maraqlanılıb, ona diqqət və ehtiram göstərilib. Eyni zamanda xanəndənin Heydər Əliyev Mükafatına layiq görülməsi münasibətilə təbriklər çatdırılıb. Görüş zamanı Respublika Komitəsi tərəfindən mədəniyyət işçilərinin sosial rifahının yaxşılaşdırılması, peşəkar inkişafının və yaradıcılıq imkanlarının genişləndirilməsi istiqamətində həyata…

Daha çox

Azərbaycanda məhsulların təhlükəsizliyinə dair texniki reqlament hazırlanıb

Azərbaycanda “Mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizəsi üçün nəzərdə tutulmuş məhsulların təhlükəsizliyi haqqında” texniki reqlament hazırlanıb. SİA xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, ictimai müzakirə başa çatdıqdan sonra texniki reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur. Bu texniki reqlament həmçinin insanların həyat və ya sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsi, Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan mülki müdafiə, təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizə üçün nəzərdə…

Daha çox

“Yaşıl Enerji Dəhlizi” ambisiyalı layihədir

Hələ başlanğıcdan Gürcüstan Azərbaycanla birlikdə bir çox layihələrdə iştirak edib. Azərbaycan etibarlı tərəfdaş rolunu davam etdirir. SİA xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze Bakı Enerji Forumunda çıxışı zamanı deyib. O qeyd edib ki, Gürcüstan tranzit ölkə kimi yaşıl enerjinin təchizatını təmin edə bilər. “Biz əməkdaşlıq edərək bunu genişləndirə bilərik. Azərbaycan, Gürcüstan, Qara dəniz və Şərqi Avropa ölkələri arasında həyata keçirilən “Yaşıl Enerji Dəhlizi” ambisiyalı layihədir. Ümid edirik ki, digər ölkələr də bu layihəyə qoşulacaq”,- deyə nazir müavini bildirib.

Daha çox