Laçına MDB-nin mədəniyyət paytaxtı sertifikatı təqdim olunub

Mədəniyyət Nazirliyi və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilib. SİA xəbər verir ki, açılışda çıxış edən mədəniyyət naziri Adil Kərimli MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunduğunu bildirib. Onun sözlərinə görə, Laçın şəhərinin “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi şəhərin mədəni dirçəlişi və beynəlxalq əməkdaşlıq sisteminə fəal inteqrasiyası üçün mühüm təkan olacaq. “2020-ci ildə ərazilərimizin işğaldan azad olunmasından sonra,…

Daha çox

Azərbaycanda partlayıcı maddələrlə bağlı texniki reqlament hazırlanıb

Azərbaycanda “Partlayıcı maddələrin və onların əsasında hazırlanan malların təhlükəsizliyi haqqında” texniki reqlament hazırlanıb. SİA xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, ictimai müzakirə başa çatdıqdan sonra texniki reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur. Bu texniki reqlament partlayıcı maddələrə və onların əsasında hazırlanan mallara, habelə onlarla bağlı istehsal, istifadə, saxlama, daşınması (nəqletmə) və istifadəsi proseslərinə dair zəruri tələbləri müəyyən edir, insanların həyatını və (və ya) sağlamlığını, əmlakını, ətraf mühiti qorumaq, istehlakçıları çaşdıran hərəkətlərin qarşısını almaq…

Daha çox

Hazırda enerji çağırışları ilə qarşı-qarşıyayıq

Hazırda enerji çağırışları ilə qarşı-qarşıyayıq. Maldiv güclü, təhlükəsiz enerji gələcəyi uğrunda mübarizə aparır. SİA xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı Maldiv Respublikası turizm və ətraf mühit nazirinin müavini Hüseyn Aqil Nasir deyib. “Biz və bizim kimi ölkələr iqlim dəyişikliyinin təsirlərini dərindən hiss edirik. Enerji sektoru idxal edilən dizeldən çox asılıdır. Bu asılılığı azaltmaq üçün bərpaolunan enerjinin payının artırmağa çalışırıq. Təbii ki, burada partnyorluq və güclü enerji infrastrukturunun yaradılması çox vacibdir. Biz, həmçinin enerji təhlükəsizliyinin təmin edilməsi, milli infrastrukturun artırılması, regional enerji bazalarının gücləndirilməsi üçün çalışırıq. Eyni zamanda,…

Daha çox

Ukrayna Təhlükəsizlik Xidməti: Krım körpüsü partladılıb

Ukrayna Təhlükəsizlik Xidməti növbəti əməliyyat keçirərək Krım körpüsünə zərbə endirib. SİA xəbər verir ki, bu barədə Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb. Təhlükəsizlik Xidmətinin məlumatına görə, əməliyyat bir neçə ay davam edib. Əvvəlcə xidmətin agentləri Krım körpüsünün dayaqlarını minalayıblar, bu gün isə yerli vaxtla səhər saat 04:44-də birinci partlayıcı qurğu işə salınıb. Mülki əhali arasında itki yoxdur. Təhlükəsizlik Xidməti qeyd edir ki, trotil ekvivalentində 1100 kq partlayıcı istifadə edilib. Körpünün qəzalı vəziyyətində olduğu bildirilir.

Daha çox

Komitə sədri keçmiş məcburi köçkünlərin müraciətlərini dinləyib

İyunun 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşlarla növbəti görüş keçirib. SİA xəbər verir ki, Dövlət Komitəsindən bildirilib ki, görüşdə vətəndaşların müraciətləri dinlənilib, onların qaldırdıqları məsələlərin araşdırılaraq qanunvericilik çərçivəsində həll ediləcəyi qeyd olunub. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin olunması və onların təhlükəsiz, rahat şəraitdə yaşamaları üçün ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyeva da işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma prosesini daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə müvafiq tapşırıqlar verir. R.Rzayev…

Daha çox

Gəncənin bəzi hissələrində qaz kəsilib

Gəncə şəhərinin bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb. SİA-nın məlumatına görə, yaranmış sızmaların aradan qaldırılması üçün Gəncə şəhəri Z.Hacıyev küçəsində köhnə qaz siyirtməsi yenilənəcək və T.Özal küçəsi ilə Atatürk prospektində yeni qaz xətləri mövcud şəbəkəyə qoşulacaq. Bu səbəbdən “Şəhər-1” orta təzyiqli qaz xətti, “Maşınqayırma” orta təzyiqli qaz xətti, “Bağmanlar” QPS və ölçü qovşağına bağlı əhali qaz xətti ilə təmin olunan ərazilərdə qazın verilişi dayandırılıb. Qaz təchizatı işlər tamamlandıqdan sonra bərpa olunacaq.

Daha çox

Azərbaycanın bu günü kimi sabahı da parlaq olacaq

Bu gün müstəqil Azərbaycan öz uğurları, nailiyyətləri ilə yeni tarix yazır. O tarixi ki, 5 min illik dövlətçilik tariximizdə heç zaman bu gün baş verən uğurları yaşamamışıq. Reallıq ondan ibarətdir ki, zaman-zaman təhdidlərə, təzyiqlərə, bəzən isə işğallara məruz qalsaq da, bir millət olaraq sabaha olan azad, müstəqil dövlət quruculuğundan imtina etməmişik. Əksinə, daha böyük cəsarət və inadla məqsəd və hədəfə doğru irəliləmişik. Sərhədlərimizin yaxınlığında yaradılmış Rusiya Azərbaycan torpaqları hesabına ərazisini bir qədər də genişləndirmək siyasəti daim mövcud olub. Qacarlarla Rusiya arasında gedən müharibə ilə Azərbaycan Şimal və Cənub olmaqla iki…

Daha çox

Cənubi Koreyada prezident seçkilərində müxalifət nümayəndəsi liderdir

Aparıcı müxalifət partiyasının (Demokratik “Toburo” partiyası) keçmiş sədri Li Ce Myonq Koreya Respublikasının prezident seçkilərində liderlik edir. SİA xəbər verir ki, exit-poll nəticələrini MBC telekanalı dərc edir. Sosioloqların proqnozlarına görə, Li Ce Myonq səslərin 51,7%-ni, onun əsas rəqibi Kim Mun Su (hakim “Vətəndaş Gücü” partiyasından) isə 39,3%-ni toplaya bilər. Yeni İslahatlar Partiyasından olan namizəd Li Cunq Sok səslərin 7,7%-ni ala bilər. Telekanalın məlumatına görə, ölkə üzrə 325 seçki məntəqəsindən çıxış sorğusunda təxminən 80 min nəfər iştirak edib, xəta dərəcəsi 0,8% təşkil edir. KBS, MBC və SBS telekanallarının sifarişi ilə birgə…

Daha çox

“Ailə qurmaq evlənmək deyil”

“Qədimdən ailə müqəddəs hesab olunub”. Bu sözləri SİA-ya açıqlamasında “YENİ HƏYAT” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib. Onun sözlərinə görə, istər milli-mənəvi dəyərlərimiz baxımından, istərsə də qanunvericiliyimizə görə, ailə toxunulmazdır. Lakin bəzi hallarda müşahidə edirik ki, ailə anlayışını yalnız söz olaraq qəbul edən, onun dərin mənasını dərk etməyən insanlar evlənirlər və qısa müddət sonra ayrılırlar: “Bu evlilik bəzən rəsmi, bəzən isə qeyri-rəsmi şəkildə baş tutur. Lakin evlənmək hələ ailə qurmaq demək deyil. Bu, əlbəttə ki, mənim subyektiv fikrimdir. Bəlkə də elə yeganə xalqıq ki, bizdə “ailə…

Daha çox

“Azad olunmuş ərazilərdə yol infrastrukturu yüksək səviyyədə qurulub”

“Azad olunmuş ərazilərdə yol infrastrukturu yüksək səviyyədə qurulmuşdur. Demək olar ki, Zəngilan, Qubadlı, Füzuli, Hadrut, Kəlbəcər, Laçın, Xocavənd, Şuşa, Xankəndi və digər istiqamətlərdə bütün rayonlara gedən yollar tam şəkildə bərpa olunmuş və müasir tələblərə uyğun şəkildə istifadəyə verilmişdir. Bu, regionda turizmin inkişafı üçün əsas amillərdən biri hesab olunur”. Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib. Onun sözlərinə görə, hazırda işğaldan azad olunmuş qəsəbə və kəndlər arasında da yol infrastrukturu sürətlə qurulmaqdadır: “Bu sahədə qısa müddət ərzində böyük nailiyyətlər əldə edilmişdir. Beləliklə, bir neçə il əvvəl arzu edilən…

Daha çox