“Görüşlərin təşkili bu əməkdaşlığın strateji xarakter daşıdığını təsdiqləyir”

“Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq son illər keyfiyyətcə yeni səviyyəyə yüksələrək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. O bildirib ki, bu münasibətlər təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də üçtərəfli formatda çoxşaxəli əməkdaşlıq modelinə çevrilib: “Üç dövlət arasında dərin tarixi, dini və mənəvi köklərə söykənən əlaqələr son zamanlar intensiv siyasi dialoq, iqtisadi təşəbbüslər və təhlükəsizlik sahəsində əməkdaşlıq vasitəsilə daha da möhkəmlənib. Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında yüksək səviyyəli görüşlərin təşkili bu əməkdaşlığın strateji xarakter daşıdığını təsdiqləyir. Bu əməkdaşlıq təkcə siyasi və…

Daha çox

Yaponiyada “Ekspo 2025” çərçivəsində Azərbaycan Milli Günü keçiriləcək

Yaponiyada səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin “Ekspo 2025” üzrə baş komissarı Anar Ələkbərov Yaponiyanın regionların inkişafı naziri, eləcə də “Ekspo 2025” üzrə nazir Yoşitaka İto ilə görüşüb. SİA xəbər verir ki, görüşdə iki ölkə arasında inkişaf etməkdə olan siyasi-iqtisadi, humanitar əlaqələrin əhəmiyyəti vurğulanıb, regionlararası əməkdaşlıq və digər sahələrdə birgə layihələrin perspektivləri müzakirə olunub. Ölkəmizin “Ekspo 2025”-də fəal iştirakına və bununla da dünya sərgisinə verdiyi töhfəyə görə minnətdarlığını bildirən Yoşitaka İto Azərbaycan milli pavilyonunun Osaka sərgisində ən seçilənlər və ziyarət edilən pavilyonlar sırasında olduğunu vurğulayıb. Osakada “Ekspo 2025” çərçivəsində iyunun…

Daha çox

Tikinti materiallarının qiyməti artmasa da evlər niyə kəskin bahalaşıb?

“Tikinti materiallarının qiymət artımı məsələsi son illərdə geniş müzakirə mövzusudur”. Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. Ramil Osmanlı sözlərinə belə davam edib: “Xüsusilə 2020-ci ildən etibarən, qlobal pandemiyanın yaratdığı tədarük zəncirindəki qırılmalar, daşınma xərclərinin artması, enerji daşıyıcılarının bahalaşması və tikintiyə olan tələbin artması bir sıra materialların qiymətlərinə təsir etdi. Taxta, sement, dəmir kimi əsas tikinti materialları bu dövrdə ciddi bahalaşdı. Məsələn, əvvəllər 360 manat civarında olan bir kubmetr taxta, sonrakı dövrlərdə 420–430 manata qədər yüksəldi. Lakin diqqətəlayiq məqam ondan ibarətdir ki, bu artımlar davamlı olmadı.…

Daha çox

Azərbaycan-Gürcüstan parlamentləri arasında nümunəvi dostluq münasibətləri var

Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti iyunun 3-də Gürcüstana səfərə gəlib. SİA xəbər verir ki, Azərbaycan parlament nümayəndə heyətinin üzvləri Gürcüstan parlamentinin təhsil və elm komitəsinin sədri Givi Mikanadze ilə görüşüblər. Görüşdə çıxış edən G.Mikanadze deyib ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələri daim inkişaf edir. Son 6 ayda ölkələrimizin parlamentlərarası dostluq qrupları və komitə sədrləri arasında yeddi görüş keçirilib. Azərbaycan parlamentinin sədri Gürcüstana səfər edib. Keçirilən görüşlərdə bir sıra önəmli məsələlər müzakirə olunub. Bu gün Gürcüstan ilə Azərbaycan parlamentləri arasındakı münasibətlər nümunədir. Azərbaycan parlamentinin Gürcüstan parlamenti ilə əlaqədar üzrə dostluq qrupunun və…

Daha çox

BANM-də Elm və Təhsil Nazirliyinin nümayəndələri ilə görüş olub

Bakı Ali Neft Məktəbində Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman və şöbə əməkdaşlarının iştirakı ilə BANM rəhbərliyi və əməkdaşları arasında görüş keçirilib. SİA xəbər verir ki, BANM-dən bildirilib ki, görüşdə təhsil siyasətinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, müasir ali təhsil sistemində qarşıya qoyulan hədəflər və onların icrası ilə bağlı məsələlər müzakirə olunub. Şöbə əməkdaşları və BANM kollektivi arasında açıq dialoq şəraitində keçirilən bu müzakirələr ali təhsilin inkişafına dair birgə yanaşmaların formalaşmasına töhfə verib. Görüşün sonunda qonaqlar üçün kampus turu təşkil olunub.

Daha çox

“Azərbaycan böyük təhlükə qarşısında idi”

“1920-ci ilin 28 aprelində rus imperiyası Azərbaycan Demokratik Cümhuriyyətini ilhaq etdi. Azərbaycan dövlət müstəqilliyini itirdi. Ancaq imperiya xalqın mübarizə əzmini ilhaq edə bilmədi, buna gücü çatmazdı. Bütün tarixi boyu azadlıq, müstəqillik mücadiləsi aparan xalq SSRİ adlı bir imperiyanın siyasi təzyiqlərindən, repressiyalarından, sürgünlərindən çəkinmədi, qorxmadı”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib. O bildirib ki, 1991-ci il oktyabrın 17-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi, Hakimiyyət hərisliyi, idarəetmə səriştəsizliyi, separatçılıq meyilləri, siyasi ambisiyalar ciddi qarşıdurmalar yaratmışdı və bu qarşıdurmalar dövlətçilik üçün labüd…

Daha çox

Azərbaycan yaxın 2 ildə “yaşıl enerji”nin inkişafının I mərhələsini tamamlayacaq

Azərbaycan növbəti iki il ərzində “yaşıl enerji” sahəsinin inkişafının birinci mərhələsini tamamlayacaq. SİA xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” panel müzakirəsində bildirib. Onun sözlərinə görə, Azərbaycan növbəti iki il ərzində 10 günəş və külək elektrik stansiyasının istifadəyə verilməsi ilə yaşıl enerji inkişafının birinci mərhələsini tamamlayacaq: “240 MVt gücündə külək elektrik stansiyası 2025-ci ilin sonuna qədər tamamlanacaq. Ümumi gücü…

Daha çox

Türkiyədə zəlzələ nəticəsində yaralanan 46 nəfərin müalicəsi davam edir

Ötən gecə Aralıq dənizində baş verən, Türkiyənin Muğla vilayətində və ətraf bölgələrdə hiss edilən zəlzələ ilə bağlı ölkə rəsmiləri açıqlama veriblər. SİA xəbər verir ki, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum zəlzələdən sonra başladılan zərərin müəyyənləşdirilməsi işlərinin davam etdiyini, lakin indiyə qədər heç bir dağıntının qeydə alınmadığını bildirib. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya deyib ki, ilkin müəyyənləşdirmələrə görə yaşayış binalarında dağıntı yoxdur. Lakin Muğla vilayətinin Fethiyə rayonunda 14 yaşlı qız zəlzələ zamanı təşviş keçirərək həyatını itirib. Muğla və ətraf bölgələrdə təşviş və yüksəkdən tullanma nəticəsində…

Daha çox

Son bir ayda 945 şəxs üçün kiçik təsərrüfatlar qurulub

Ötən ay paytaxt və regionlarda 945 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin olunub. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Verilmiş aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal, xidmət sahələri üzrə kiçik təsərrüfatlar yaradılıb. Qeyd edilib ki, proqrama cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil edilir, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri bitirənlərə biznes planlarına uyğun aktivlər verilir.

Daha çox