…Özbəkistanda Rusiya ordusu tərkibində Ukraynaya qarşı döyüşməyə gedən şəxs mühakimə olunub.
SİA-nın məlumatına görə, 28 yaşlı gənc məhkəmədə danışıb.
Deməli, o bildirib ki, keçən il döyüş turnirində iştirak etmək üçün erməni menecerlərin dəvəti ilə Moskvaya gedib.
Onun xırda biznesi iflas edib və o, əvvəllər qarışıq döyüş sənətləri ilə məşğul olduğundan, mübarizədə qalib gəlmək və borclarını uduşlarla ödəmək qərarına gəlib.
…İnternetdə Moskvada bir variant tapdım. Onlar mənə bütün xərcləri ödəyəcəklərinə söz verdilər. Mayın 30-da Rusiyaya gəldim, erməni menecerlərlə görüşdüm, amma dedilər ki, döyüş ləğv olunub, pulu qaytarmalıyam. Pulum yox idi və pasportumu götürdülər.
…Özbək Rusiya Müdafiə Nazirliyinin elanını görüb, tez ödəmə vədi alıb və bir illik müqavilə imzalayıb. Onun sözlərinə görə, işğalçı orduda texnikanı təmir etməli imiş. Avqust ayında Rostov yaxınlığında və işğal olunmuş Luqanskda təlimləri başa vurduqdan sonra o cəbhəyə göndərilib.
Az sonra hərbi maşına pilotsuz təyyarənin hücumu nəticəsində qəlpə yarası alıb.
Həkimlər onun gözünü xilas edə bilməyiblər. O, Özbəkistanın Moskvadakı səfirliyindən vətənə qayıtmasına köməklik göstərməsini xahiş etsə də, bundan imtina ediblər. O, Rusiya Federasiyasını yalnız 50 min rubla onlayn miqrasiya kartı almaqla tərk edə bilib.
…Özbəkistan vətəndaşı Cinayət Məcəlləsinin muzdluluğa görə məsuliyyət nəzərdə tutan 154-cü maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib. Məhkəmə onu 4 il 1 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
Nazlı Almuradova