…Toyota 2025-ci ilin 22-ci həftəsinin nəticələrinə əsasən, 416 avtomobil sataraq Rusiyada yeni avtomobil satışlarının TOP-10-luğuna qayıdıb.
Ümumi bazar, bu arada, əvvəlki həftə ilə müqayisədə 9 faiz artıb, lakin keçən ilin eyni dövrü ilə müqayisədə 28 faiz azalıb.
SİA-nın məlumatına görə, 2025-ci ilin 22-ci həftəsinin nəticələrinə görə (mayın 26-dan iyunun 1-dək) Rusiyada 416 yeni Toyota minik avtomobili satılıb ki, bu da Yapon brendinə uzun fasilədən sonra yenidən Rusiya avtomobil bazarının TOP-10-una daxil olmağa imkan verib.
Toyota sonuncu dəfə ötən ilin oktyabrında bu siyahıya düşmüşdü.
LADA həftə ərzində 6613 avtomobillə satış lideri olaraq qalıb. Ondan sonra dörd Çin brendi gəlir: Haval (2650 ədəd), Chery (2390 ədəd), Geely (1720 ədəd) və Changan (1651 ədəd)…
TOP-10-a daxil olan digər markaların hər biri mindən az avtomobil satıb: Belgee – 939 ədəd, Jetour – 859 ədəd, OMODA – 601 ədəd, Solaris – 494 ədəd. və Toyota – 416 ədəd…
Qeyd edək ki, “Toyota” markalı avtomobillər rəsmi olaraq Rusiya bazarına çıxarılmır. Ümumilikdə, 22-ci həftədə ölkədə 23,7 min yeni minik avtomobili satılıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 9 faiz çoxdur, lakin 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28 faiz azdır.
Nazlı Almuradova