66 saat davam edən maqnit qasırğası başa çatıb


Yer kürəsində 66 saat fasiləsiz davam edən maqnit qasırğası başa çatıb. SİA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası məlumat yayıb. Bildirilib ki, bu, 2017-ci ildən sonra rekord hesab edilir. Həmin ildə qeydə alınmış qasırğa 69 saat fasiləsiz davam etmişdi.

Hazırda maqnit qasırğası tam zəifləyərək minimal G1 səviyyəsinə enib.

Əlaqəli Xəbərlər