Britaniyalı general Putinin “sınağı” barədə xəbərdarlıq edir…





Kreml NATO-nu sınaqdan keçirmək istəyəcək..?



…Böyük Britaniya üçün əsas təhlükə indi Rusiya Federasiyasından gəlir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu təqaüdə çıxsa da, xidmətdə olan britaniyalı zabit Riçard Dannatta bildirib.

Keçmiş Baş Qərargah rəisi Sky News-a verdiyi şərhdə bildirib ki, genişmiqyaslı müharibə zamanı Ukrayna ordusu Rusiyanı əlində saxlamaq üçün fantastik iş görüb. O, təklif edir ki, bir-üç ay ərzində tərəflər hansısa atəşkəsə nail ola bilərlər.

…Ruslara yəqin ki, təqribən iki il vaxt lazım olacaq ki, özlərini bərpa edib və başqa yerlərdə yenidən aqressivləşə bilsinlər. Məncə, bu, Vladimir Putini NATO-nun gücünü sınamaq və 5-ci maddənin hələ də qüvvədə olub-olmadığını görmək istəyinə sövq edəcək – əgər bir üzvə hücum Alyansın bütün üzvlərinə hücumdursa…

Dannattın sözlərinə görə, Kreml hökmdarı həmişə Qərb və Şimali Atlantika Alyansının birliyini pozmağa çalışıb.

…Putin, NATO-nu parçalamaqdan məmnun olardı.

İngilis zabit deyir bunu da…

Əli Babayev

Əlaqəli Xəbərlər