Energetika sektoru ölkə iqtisadiyyatının əsas sütunlarından biri kim strateji rol oynayır


“İstilik təchizatı haqqında” qanun layihəsi ölkəmizdə həyata keçirilən enerji siyasətinin hüquqi əsaslarının möhkəmləndirilməsinə xidmət edir. Qanun layihəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan enerji strategiyasının, həmçinin bu sahədə aparılan qanunvericilik islahatlarının mühüm bir hissəsidir. Azərbaycanın enerji sahəsində atdığı addımlar yalnız region üçün deyil, eyni zamanda, qlobal enerji təhlükəsizliyi baxımından da ciddi əhəmiyyət daşıyır. SİA xəbər verir ki, bu fikirləri Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini Fatma Yıldırım komitənin bu gün keçirilən iclasında “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında səsləndirib.

Onun sözlərinə görə, energetika sektoru ölkə iqtisadiyyatının əsas sütunlarından biri kim strateji rol oynayır. Ona görə də bu istiqamətdə qəbul edilən mühüm qanunvericilik aktları enerji istehsalı və idarəçiliyində ciddi nailiyyətlərə yol açır. Yeni qanun layihəsində istilik təchizatının idarə olunması ilə bağlı dövlət qurumlarının və müvafiq tənzimləyici orqanların səlahiyyətləri, eləcə də istilik təchizatı subyektlərinin hüquq və öhdəlikləri ətraflı şəkildə müəyyən edilir.

Qanunun qəbulu, xüsusilə də yeni tikilən çoxmənzilli yaşayış binalarında istilik təminatı ilə bağlı mövcud problemlərin həllinə kömək göstərəcək. Layihənin hazırlanması zamanı ictimai dinləmələrdə səsləndirilən müəyyən təkliflərin nəzərə alınması isə gələcəkdə bu qanunun daha effektiv və səmərəli icrasına zəmin yaradacaq- deyə o əlavə edib.

Əlaqəli Xəbərlər