“Enerji sərgiləri Azərbaycanın neft-qaz sektorunun inkişafına töhfə verib”


“Müstəqilliyimizin ilk illəri ağır və təhlükəli olmuşdur. 90-cı illərin əvvəlində Ermənistanın ərazilərimizi işğal etmək məqəsdilə hücuma keçməsi, ölkədə siyasi xaosun baş alması, iqtisadi tənəzzül və vətəndaş müharibəsinin başlanması 70 ildə arzuladığımız və ikinci dəfə qovuşduğumuz dövlət müstəqilliyimizi yenidən təhlükə altına almışdı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, ölkəni bu ağır vəziyyətdən Ulu Öndər Heydər Əliyev xilas etdi: “90-cı illərin əvvəlində ölkənin müstəqilliyini möhkəmlətmək, dünya dövlətləri sisteminə inteqrasiya olunmaq və inkişafa nail olunması üçün yeganə mənbə ölkəmizin neft sektorundan səmərli istifadə olunması idi. Amma neft sənayemiz köhnəldiyindən nefti milli sərvətə çevirmək və gəlir əldə etmək çətinləşmişdi. Ölkədki çətin vəziyyəti müşahidə edən xarici investiorlar da Azərbaycana investisiyaların yatırılmasında maraqlı deyildi. Çünki, 1000 dəfədən çox infilyasiya davam edən, siyasi sabitlik olmayan və müharibə gedən ölkədə heç bir ağıllı investor öz vəsaitini yatırmazdı. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qaydaraq vəziyyəti və sərmayədarların Azərbaycana baxışlarını dəyişdi. Xarici sərmayədarlarda Azərbaycana vəsaitlərin qoyulmasında inam yaratdı. Məhz ona görə də 20 sentyabr 1994-cü ildə 7 ölkənin 11 aparıcı şirkətin iştirakı ilə “Əsrin müqaviləsi”, imzlanır və Azərbaycana qısa zaman kəsiyində milyardlarıla dollar vəsaitlər daxil omağa başlayır”.

Millət vəkili qeyd edir ki, Ümummilli Liderin uzaqgörənliyi sayəsində 1994-cü ildən başlayaraq xarici enerji şirkətləri dəvət olunaraq enerji sərgiləri keçirilməyə başlandı. Bu il isə artıq 30-cu Bakı Enerji Həftəsi özünün yubiley tədbirlərinə başlamışdır. Bu illər ərzində enerji həftələrində dünyanın 80 ölkəsindən 9 mindən çox şirkət, 170 mindən artıq ziyarətçi iştirak edib. Bu, Bakıda keçirlən enerji həftələrinə dünyanın marağın artmasının göstəricisidir. Enerji sərgiləri Azərbaycanın neft-qaz sektorunun inkişafına töhfə vermişdir.

Azərbaycan neft və qaz sektorundan gələn gəlirlərini sənmərəli istifadə etməklə yüksək inkişaf səviyyəsinə gəlib çata bilmişdir. Belə ki, ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərin və enerji resurslarını müstəqil şəkildə dünya bazarlarına çıxarmaq üçün ixrac kəmərlərinə malik ölkəyə çevrilə bildi. Xəzər dənizindən İtaliya sərhədlərinə qədər 3500 km uzanan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyini təminatçısına çevrilməklə ixrac coğrafiyasını günü-gündən genişləndirir. Bakı Enerji Həftələri dünyanın aparıcı şirkətlərin nümayəndələrinin görüş yerinə və müxtəlif sazişlərin imzlanan məkana çevrilmişdir.

Azərbaycan da yaşıl gündəliyin inkişaf etdirilməsi üçün müqavilələri enerji həftllələri çərçivəsində imzalamaqda davam etməkdədir. Belə ki, keçən dəfə keçirilən enerji Həftəsi çərçivəsində ölkəmizin yaşıl enerji sektoruna investisiyaların cəlb edilməklə 1000 meqavatlıq gücün yaradılması ilə sazişlər imzlanaraq layihələrin icrasına başlanmışdır. Bu ildə də 100 meqavatlıq stansiyaların qurulması ilə bağlı sazişlərin imzalanması gözlənilir. Beləliklə Azərbaycan ölkənin enerji tələbatını yaşıl enerji ilə ödəyəcək və qənaet olunan qazı ixraca yönəldəcəkdir. Məhz qənaət və yeni investisiyaların yatırılması sayəsində 2030-cu ilə qədər Azərbaycan Avropaya ildə daha 8 milyard kubmetr mavi yanacağı ixrac etməyi hədəfləmişdir”.

Deputat bildirib ki, Azərbaycanın neft sektorunun inkşafı siyasi və iqtisadi müstəqilliyimizin möhkəmlənməsinə yol açdı: “Belə ki, bu gün Azərbaycan xarici dövlət borcunun ÜDM-in cəmi 7% olan və valyuta ehtiyatları xarici dövlət borcundan 14 dəfə çox olan çox az ölkələrdən birinə çevrilmişdir. Bu illər ərzində aparılan uğurlu islahatlar sayəsində yeni iş yerləri yardılmış və ölkədə işsizlik 5%-ə enmişdir. Azərbaycanın iqtisadi gücünü artırmaqla ordusunu da yenidən qurmuş və torpaqlarını işğaldan azad etməklə suverənliyini bərpa edən az ölkələrdən biridir. Beləliklə bu gün ölkəmizin dinamik inkişafı, sabitliyin təmin olunması yeni investisiyaların gəlməsi üçün xarici investorları ruhlandırır. Azərbaycan Bakı Ernerji Həftələri keçirməkdə davam etdirməklə ümumi iqtisadiyyatın sürətlə inkişafına və böyük bir regionun enerji təhlükəsizliyinin təminatçısına çevrilməsini daha da gücləndirəcəkdir”- deyə o əlavə edib.

Əlaqəli Xəbərlər