Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 17-ci Karyera Sərgisi keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, özəl sektor təmsilçiləri və universitet rəhbərliyi iştirak ediblər. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Zəfər Qurbanov bu cür sərgilərin gənclərin real əmək bazarına inteqrasiyasında mühüm rol oynadığını vurğulayıb. Rektor qeyd edib ki, ADAU-nun əsas məqsədi təkcə nəzəri bilik verən təhsil müəssisəsi olmaq deyil, eyni zamanda tələbələri…
Daha çoxDay: June 4, 2025
Şimal və Baltik dövlətləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub
İyunun 4-də xarici işlər nazirinin müavini Yalçın Rəfiyev regiona səfərləri çərçivəsində Şimal və Baltik dövlətləri (İsveç, Finlandiya, Norveç, Danimarka, Estoniya, Latviya və Litva) xarici işlər nazirliklərinin siyasi direktorlarından ibarət nümayəndə heyəti ilə görüşüb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Şimal və Baltik dövlətləri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlər və siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub. Görüşdə, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti vurğulanaraq müxtəlif istiqamətlər, o cümlədən enerji təhlükəsizliyi, ticarət, nəqliyyat, kommunikasiyalar,…
Daha çoxSahibkarlar kənd təsərrüfatı sahəsində inkişafın lokomotividir
Kənd təsərrüfatı ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da əsas prioritet sahələrdəndir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev NDU-da keçirilən “Orqanik və dayanıqlı kənd təsərrüfatı: ekoloji tarazlıq və davamlı inkişaf” mövzusunda I respublika elmi konfransında çıxışı zamanı bildirib. “2024-cü ildə Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun əhəmiyyətli hissəsi özəl sektorun payına düşüb və sahibkarlar iqtisadi inkişafın lokomotivi kimi çıxış edirlər. Kənd təsərrüfatı sahəsində də kiçik və orta sahibkarlığın rolu önəmlidir”, – deyə Kazım Hüseynəliyev vurğulayıb.
Daha çoxSeneqal nümayəndələri “ASAN xidmət” təcrübəsini yerində öyrənirlər
Seneqal Respublikasının dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri Olivye Bukalın rəhbərlik etdiyi nümayəndə heyəti Zəfər parkında və Şəhidlər xiyabanında olublar. Onlar ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəxslərin əziz xatirəsini ehtiramla yad ediblər. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqlar “ASAN xidmət” mərkəzinin, 108 Çağrı Mərkəzinin və ASAN TV/Radionun fəaliyyəti ilə də tanış olublar. Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən…
Daha çoxDemokratik siyasi mədəniyyət nümunəsi
Dünyanın ən mülayim sosial-mədəni davranış formalarından biri mehribançılıqdır. Mehriban münasibətlər sadəcə “növbətçi” etiketin, qarşılıqlı dözümlüyün və tolerantlığın təzahürü deyil, o, eyni zamanda hörmətin, habelə tərəf müqabilinin özünə layiq və bərabər hüquqlu şəxs kimi qəbul edilməsinin əlamətidir. Əlbəttə ki, sosial münasibətlər müstəvisində mehribançılıq şübhə və qalmaqallardan qaçmaq, habelə ictimai konsensusa nail olmaq üçün ən ideal mühit də sayıla bilər. Mehribançılıq konkret cəmiyyətdə yumşaq və komfort mühiti yaradan önəmli amillərdəndir. Beləliklə, ailələrdə sağlam münasibətləri qoruyan mehribançılıq cəmiyyət müstəvisində də etibarlı münasibətlərin zaminidir. Odur ki, mehriban mühit sosial xoşbəxtliyin əlamətlərindəndir. Konkret cəmiyyətdə mehriban…
Daha çoxKəngərli rayonun Çalxanqala kəndində sel fəsadlar törədib
Kəngərli rayonun Çalxanqala kəndində sel fəsadlar törədib
Daha çoxYerin daxilində çox xırda təkanlar da qeydə alınır…
Ölkə ərazisində 88 seysmik stansiya quraşdırılıb. Əvvəllər respublikamızda cəmi 13 stansiya var idi. İndi müasir stansiyaların quraşdırılması nəticəsində yerin daxilindəki çox xırda təkanları, hətta maqnitudası 0,01 olanları da qeyd edir, onun aktivliyini nəzarətdə saxlayırıq. Bu cür xırda təkanlar lokal sahələri əhatə edir. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru professor Qurban Yetirmişli deyib. Seysmik stansiyaların çox həssas olduğunu qeyd edən baş direktor bildirib: “Relie dalğaları adlanan səthi dalğaları da həmin stansiyalar qeydə ala bilir. Stansiyaların ətrafından ağır tonnajlı…
Daha çoxBakı Enerji Forumu öz işini tamamlayıb…
Bu gün Bakı Enerji Forumunun 2-ci günü başa çatıb. Bununla da ikigünlük 30-cu “Baku Energy Forum”u başa çatıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, builki forum enerji sektorunun aktual çağırış, imkanlarını əhatə edən geniş və çoxşaxəli gündəmlə keçirilib. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən forumda “COP29 nəticələri — Dayanıqlı gələcəyə aparan yol”, “Kjell A.Nordström ilə xüsusi sessiya beynəlxalq biznes və ultramüasir şirkətlərin gələcək ssenariləri”, “Enerjidə rəqəmsallaşma: məlumat və texnologiyanın gücü”, “Qaz bazarı – istehsalçı, nəqliyyatçı və istehlakçılar üçün yeni struktur”, “Neft və qaz kəmərləri – etibarlı infrastruktur vasitəsilə enerji təhlükəsizliyinin…
Daha çox“Kiyevin atəşkəsə ehtiyacı yoxdur…”
Putin atəşkəsdən danışıb Kiyevin atəşkəsə ehtiyacı yoxdur. SİA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin hökumətlə görüşündə deyib. …Bu, bizi təəccübləndirmir, sadəcə olaraq, bizi inandırır ki, hazırkı Kiyev rejiminə sülhə qətiyyən ehtiyac yoxdur. Onun üçün sülh çox güman ki, hakimiyyətin itirilməsi deməkdir. Bunu Putin bildirib. Rusiyalı Prezident Ukraynanın humanitar səbəblərdən 2-3 günlük atəşkəslə razılaşmaqdan imtina etməsini belə şərh edib. Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın memorandumuna sərt cavab verib. O, bildirib ki, Kiyev Rusiyanın atəşkəs şərtləri ilə bağlı sənədini ciddi qəbul etmir. Dövlət…
Daha çoxNaxçıvanda sənət adamları ilə görüş keçirilib
İyunun 4-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli muxtar respublikada fəaliyyət göstərən sənət adamları ilə görüşüb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Fuad Nəcəfli memar Əcəminin yurdu olan qədim Naxçıvanda tarixboyu görkəmli incəsənət nümayəndələrinin yaşayıb fəaliyyət göstərdiyini bildirib. Səlahiyyətli nümayəndə qeyd edib ki, Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Naxçıvan sənətkarlıq məktəbinin izlərinə dünyanın bir çox yerlərində rast gəlinir. Qədim ənənələrə əsaslanan və yüksək estetik dəyərlərə malik zəngin sənət nümunələri ilə seçilən bu nadir irs yaşadılmalı və dünya miqyasında tanıdılmalıdır. Səlahiyyətli nümayəndə görüş iştirakçılarının hər…
Daha çox