Xankəndidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkası baş tutub. Bu barədə SİA-ya ƏƏSMN-dən məlumat verilib. Yarmarkada Xocalı rayonu üzrə mühasib, traktorçu, baytar, təmirçi-çilingər, mexanik və digər iş yerləri üzrə vakansiyalar təqdim olunub. Tədbirə qatılan sakinlərə vakansiyalar və iş öhdəlikləri barədə məlumat verilib, həmçinin vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.
Daha çoxDay: June 4, 2025
Deflyasiya zamanı sosial xərclərin artırılması iqtisadiyyata nə kimi təsirlər göstərir?
“Makroiqtisadi kontekstdə deflyasiya ilə mübarizə aparılarkən ilk növbədə onun yaranma səbəbləri müəyyən edilir və bu səbəblər əsasında uyğun iqtisadi-siyasət alətləri tətbiq olunur. Əgər deflyasiyanın əsas səbəbi əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi və ya ümumi istehlak tələbinin aşağı səviyyədə olması ilə əlaqədardırsa, bu halda ekspansiv fiskal siyasət müvafiq cavab tədbiri kimi çıxış edir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, belə siyasətin həyata keçirilməsi zamanı xüsusilə sosial xarakterli dövlət xərclərinin artırılması prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirilir: “Tədqiqatlar göstərir ki, sosial xərclərin artırılması istehlak bazarına daha əhəmiyyətli…
Daha çoxSabahdan bəzi rayonlarda leysan olacaq
Azərbaycanda iyunun 5-i gündüz şimal və qərb rayonlarından başlayaraq 7-si axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.
Daha çox“Ağıllı alıcı” ideyası və marketinq manipulyasiyası
“Ağıllı alıcı” ideyasının elementləri çox geniş və çoxşaxəli spektra malikdir. Nə qədər intellektiniz dərindirsə və nə qədər iradəyə sahibsinizsə siz bir o qədər dərin ağıla malik alıcı ola bilərdiniz. Ağıllı alıcı olmaq isə insana həmişə qazandırır, ona daha çox mənfəət və divident gətirir. Bəzəkli qablaşdırmalar, süni dadlar, məhsullara gözəl görkəm verən maddələr və materiallar əslində elə bizim “ağlımızı əlimizdən alan” marketinq manipulyasiyasıdır. Çünki bu əlamətlər bizi daha çox xərcləməyə vadar edir. Onlar bizi aldatmaq istəyir, biz isə hisslərimizin toruna düşərək aldanırıq. Məsələn, 5 manata olan gözəl qablaşdırılmış “kərə yağı” sizi…
Daha çoxAzərbaycan Ordusunun nümayəndələri Bolqarıstanda təlimdə iştirak edib
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun “Qətiyyətli Güc-2025” (Resolute Force-2025) çoxmillətli komanda-qərargah təlimində iştirak edib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bolqarıstanın G.S.Rakovski adına Hərbi Akademiyasında təşkil olunan təlimdə Azərbaycanı Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun bir qrup zabit heyəti təmsil edib. Bolqarıstan, Gürcüstan, Rumıniya, Şimali Makedoniya, Yunanıstan ordularının təmsilçilərinin də iştirak etdikləri təlimdə zabitlərimiz tapşırıqların öhdəsindən məharətlə gəlib. Təlimin keçirilməsinin məqsədi hərbi qərarqəbuletmə prosesinə uyğun fəaliyyətlərin icrası, eləcə də komandirlərin və qərargahların əməliyyat şəraitində bölmələri idarəetmə bacarıqlarının artırılmasıdır. Komanda-qərargah təliminin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Daha çoxRamin Məmmədov Astarada vətəndaşları qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Astara rayonunda vətəndaşları qəbul edib. SİA xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub. Qəbul zamanı Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı və rotasiyası, məscidin dini ədəbiyyatla təmin olunması, müqəddəs kitabları öyrənmə (Quran) kurslarının yaradılması, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər. Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib,…
Daha çoxSahibə Qafarova Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji əlaqələrin dostluq və qardaşlıq əsasında inkişafından məmnunluq ifadə edilib. Spiker Sahibə Qafarova ötən həftə Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifin Azərbaycana səfəri, dövlət başçılarının işğaldan azad olunmuş Laçın şəhərinə səfəri və burada Azərbaycan-Pakistan-Türkiyə Üçtərəfli Zirvə Görüşünün keçirilməsini məmnunluqla xatırladıb. O bildirib ki, bu görüş ortaq dəyərləri bölüşən ölkələrimiz arasında qardaşlığın və dostluğun növbəti bariz təzahürüdür. Spikerin fikrincə, bu Zirvə görüşündə qəbul edilmiş…
Daha çoxRusiya ordusu Kondratovkanı ələ keçirdi
Rusiya qoşunları Sumı vilayətinin Kondratovka kəndini ələ keçirib. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Qeyd edilir ki, əməliyyat “Sever” bölməsinin döyüşçüləri tərəfindən həyata keçirilib. Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya qoşunları həmçinin iki mexanikləşdirilmiş, tank, hava hücumu, gözətçi briqadası, bir sahil müdafiə briqadası, bir desant hücumu, Ukrayna Silahlı Qüvvələrinin (AFU) iki hücum alayının canlı qüvvəsi və texnikasının konsentrasiyasını məhv edib. Bundan əvvəl məlum olub ki, rus qoşunları Donetskin Staraya Nikolaevka kəndinə nəzarəti ələ keçirib. Eyni zamanda, Tixonovka, Reznikovka, Zvanovka, Seversk, Qriqorovka, Serebryanka, Konstantinovka, Katerinovka və Markovo…
Daha çoxŞahin Bağırov Qəbələdə vətəndaşları qəbul edəcək
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Qəbələdə vətəndaşları qəbul edəcək. SİA komitəyə istinadən xəbər verir ki, vətəndaş qəbulu iyunun 12-də saat 10:00-da Qəbələ rayon Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, Həzi Aslanov küçəsi 21) baş tutacaq. Qəbul zamanı Qəbələ, Şəki, Oğuz, İsmayıllı və Ağsu rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək. Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər. Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.
Daha çoxQurban niyə kəsilir?
İlahiyyatçı, publisist Hacı Rahim İsmayılovun SİA-ya müsahibəsini təqdim edirik: – Qurbanı niyə kəsirik? – İslamda qurban ibadətinin hökmü fərqli durumlara görə dəyişir. Əsasən iki qrup insana aiddir: 1. Həcc ziyarətinə gedənlər üçün qurban kəsmək vacibdir. Həcc əməlləri tamamlandıqdan, yəni Zilhiccə ayının 10-da “təqsir” (baş tükünü kəsmə) əməli yerinə yetirildikdən sonra qurban kəsilir. Bu, Həcc ziyarətinin bir hissəsidir və imkanı olanlar üçün vacibdir. İmkanı olmayanlar isə üç gün Həccdə, yeddi gün evlərinə qayıtdıqdan sonra olmaqla ümumilikdə on gün oruc tutmaqla bu vacib əməldən azad olurlar. 2. Həccə getməyən müsəlmanlar üçün qurban…
Daha çox