Astana səmasında naməlum obyektlər müşahidə edilib

Astana və bir neçə regionun sakinləri göydə sürətlə hərəkət edən bir neçə işıqlı obyekt müşahidə ediblər. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi səmadakı naməlum obyektlər barədə bəyanat verib. “Məlumatın yayılması ilə əlaqədar bildiririk ki, Qazaxıstan ərazisində hava məkanının pozulması faktı qeydə alınmayıb. Vəziyyət müvafiq xidmətlərin nəzarəti altındadır. Əhali üçün heç bir təhlükə yoxdur. Bu hadisə atmosferə daxil olan kosmik aparat qalıqları və ya meteorit axınına bənzəyir. Adətən onlar sıx atmosfer qatlarında yanaraq yer səthinə çatmırlar”, – deyə Müdafiə…

Daha çox

Astanada TÜRKPA-nın 14-cü plenar iclası keçiriləcək

İyunun 11-12-də Astana şəhərində Qazaxıstan Respublikası Parlamentinin ev sahibliyi ilə TÜRKPA-nın “Türk Əsri: parlament diplomatiyasının rolu” mövzusunda 14-cü plenar iclası keçiriləcəkdir. SİA xəbər verir ki, 14-cü plenar iclasda üzv və müşahidəçi dövlətlərin parlament nümayəndə heyətlərinin, o cümlədən beynəlxalq təşkilatların, türk əməkdaşlıq təşkilatlarının və digər tərəfdaş qurumların nümayəndələrinin iştirakı gözlənilir. 14-cü plenar iclas çərçivəsində, həmçinin Assambleya Şurasının iclası, Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun iclasları, TÜRKPA üzv parlamentlərinin baş katiblərinin iclası keçiriləcəkdir.

Daha çox

Maliyyə Nazirliyində kollegiya iclası keçirilib

İyunun 5-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti kollegiya iclasında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 2024-cü ildə görülmüş işlər, əhalinin sağlamlığının qorunması sahəsində ötən il həyata keçirilmiş tədbirlər, cari məsələlər və qarşıda duran vəzifələr müzakirə olunub. SİA xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən verilən məlumatda bildirilir. Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri, kollegiyanın sədri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən uğurlu və məqsədyönlü siyasət 2024-cü ildə ölkənin hərtərəfli inkişafına, sosial-iqtisadi sahədə dayanıqlı artımın və makroiqtisadi sabitliyin…

Daha çox

Rusiyada yeni avtomobil satışları təxminən 11 faiz azalıb…

…“Avtostat” agentliyinin məlumatına görə, may ayında 91,22 min avtomobil satılıb. Bu, aprel ayı ilə müqayisədə 10,7 faiz az, illik ifadədə isə azalma 28,3 faiz təşkil edib. Mütəxəssislər satışların aşağı düşməsinin əsas səbəbinin may bayramlarının uzun sürməsi olduğunu və bu günlərdə bir çox dilerlərin adi qaydada işləmədiyini bildirirlər. Bundan əlavə, əsas dərəcəsi yüksək olaraq qalır. Bahalı avtomobil kreditləri kontekstində ruslar daha çox qənaət lehinə böyük alışlardan üz döndərirlər. Bazarda ümumi azalmaya baxmayaraq, Lada brendi 25,55 min avtomobil satışı (aprel ayı ilə müqayisədə -10,3 faiz) nəticə ilə birinci yeri tutmaqda davam edir.…

Daha çox

Aİ müdafiə xərcləri üçün COVID-19 fondundan istifadə edəcək

…Avropa İttifaqı (Aİ) COVID-19 fondundan 335 milyard avronu müdafiə xərclərinə yönləndirəcək. Avropa Komissiyası bu proqramın həyata keçirilməsi üçün 2026-cı ilin avqust ayına qədər son tarix təyin edib. Ölkələr bir sıra tələblərə cavab verməlidir. Avropa İttifaqı üzv dövlətlərə koronavirus pandemiyasının nəticələrini aradan qaldırmaq üçün yaradılmış Bərpa və Dayanıqlıq Fondundan 335 milyard avronu müdafiə layihələrini maliyyələşdirmək üçün yönləndirməyə icazə verib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Avropa Komissiyası proqramın həyata keçirilməsi üçün 2026-cı ilin avqust ayına qədər vaxt təyin edib. Yalnız dövlətin bir sıra tələb və məqsədlərini yerinə yetirməklə bu vəsaitlərə…

Daha çox

Ümumdünya Ətraf Mühit Günü Samur-Yalama Milli Parkında qeyd olunub

5 İyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə Samur–Yalama Milli Parkında “Plastikdən istifadəni azaldaq: yerli səylər, qlobal təsirlər” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirin məqsədi ətraf mühitin mühafizəsinə diqqət yönəltmək, ictimaiyyəti ekoloji məsuliyyətə cəlb etmək və bu sahədə davamlı təşəbbüsləri dəstəkləmək olub. Tədbirdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, “Təmiz Şəhər” ASC-nin İdarə heyətinin sədri Etibar Abbasov, Aqrar, Ekologiya və Su Təsərrüfatı işçiləri Həmkarlar İttifaqı…

Daha çox

Polşa nümayəndə heyəti Hərbi İnstitutda olub

Azərbaycanda səfərdə olan Polşa Respublikasının Yaroslav Dombrovski adına Hərbi Texnologiyalar Universitetinin ingilis dili müəllimlərindən ibarət nümayəndə heyəti Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib. SİA xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, səfər çərçivəsində qonaqlar institutun tarixi və fəaliyyəti ilə yaxından tanış olub, təhsil müəssisəsinin keçdiyi şərəfli yol barədə ətraflı təqdimatı izləyiblər. Tədbir zamanı nümayəndələr institutda həyata keçirilən tədris prosesi, tədris proqramları və təlim sisteminin əsas istiqamətləri haqqında məlumatlandırılıblar. Görüşdə ingilis dili fənninin tədrisi ilə bağlı qarşılıqlı maraq…

Daha çox

Yeni doğulmuş qız uşağı maşından küçəyə atılıb…

Leninqrad vilayətində naməlum şəxslər çantaya bükülmüş yeni doğulmuş qızı avtomobildən atıblar. SİA xəbər verir ki, bu barədə “Mash on Moike” Telegram kanalı məlumat yayıb. Hadisə Vsevolojsk rayonunun Dubrovka şəhərinin Şkolnaya küçəsində baş verib. Əvvəlcə yeni doğulmuş körpə avtomobildən atılıb, daha sonra yerli sakinlər uşağı avtomobillərinin yanında aşkar edərək məlumatı 112 xidmətinə ötürüblər, bundan sonra həkimlər hadisə yerinə gəliblər. Körpənin vəziyyəti orta-ağır olaraq tibb müəssisəsinə aparılıb. Həkimlər qızın başında hematoma diaqnozu qoyublar. Onun təxminən iki saat əvvəl doğulduğu güman edilir. Yenidoğulmuşu tapanda onun üzərində qan olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə…

Daha çox

Rusiya Rutteni heyrətə gətirir..?

Rusiyanın silah-sursat istehsalındakı uğuru NATO-nu heyrətə gətirir, çünki Şimali Atlantika Alyansı bu sahədə Moskvadan xeyli geridədir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “The Guardian” qəzeti xəbər verir ki, bu barədə hərbi blokun baş katibi Mark Rutte bildirib. …Rusiyadakı dəyişikliklər heyrətamizdir. Münaqişə şəraitində o, üç ayda iqtisadiyyatı 25 dəfə böyük olan bütün NATO-nun bir ildə istehsal etdiyi qədər əsas sursat istehsal edir. Rusların iddiasına görə, bunu alyansın baş katibi deyib. Rutte həmçinin silah-sursat istehsalını dərhal artırmağa çağırıb və əlavə edib ki, guya NATO bir neçə ildən sonra hansısa “təhdid”lə üzləşəcək.…

Daha çox

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 5-də davam etdirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal…

Daha çox