Aİ müdafiə xərcləri üçün COVID-19 fondundan istifadə edəcək


…Avropa İttifaqı (Aİ) COVID-19 fondundan 335 milyard avronu müdafiə xərclərinə yönləndirəcək.

Avropa Komissiyası bu proqramın həyata keçirilməsi üçün 2026-cı ilin avqust ayına qədər son tarix təyin edib.

Ölkələr bir sıra tələblərə cavab verməlidir.

Avropa İttifaqı üzv dövlətlərə koronavirus pandemiyasının nəticələrini aradan qaldırmaq üçün yaradılmış Bərpa və Dayanıqlıq Fondundan 335 milyard avronu müdafiə layihələrini maliyyələşdirmək üçün yönləndirməyə icazə verib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Avropa Komissiyası proqramın həyata keçirilməsi üçün 2026-cı ilin avqust ayına qədər vaxt təyin edib.

Yalnız dövlətin bir sıra tələb və məqsədlərini yerinə yetirməklə bu vəsaitlərə çıxış əldə etmək olar. 2021-ci ildə Bərpa və Dayanıqlıq Fondundan pulların iqlim proqramlarına və rəqəmsal texnologiyalara yönəldilməsi planlaşdırılırdı. Nəşr qeyd edir ki, müdafiə layihələrinin maliyyələşdirilməsi pandemiyadan sonra Avropa İttifaqının prioritetlərində köklü dəyişikliyi əks etdirir.

Əli Babayev

Əlaqəli Xəbərlər