Azərbaycanda sahibkarlara yeni zəmanət mexanizmlərinin verilməsi müzakirə edilib


“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi və İpoteka və Kredit Zəmanət Fondu (İKZF) arasında yerli və xarici bazarda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində yeni zəmanət mexanizmlərinin tətbiqini müzakirə edib. SİA bu barədə ABA-ya istinadən xəbər verir.

Məlumata görə, ABA və İKZF-nın nümayəndələrinin iştirakı ilə onlayn formatda görüş keçirilib. Görüşdə sahibkarlar arasında qarşılıqlı hesablaşmanın təmin edilməsi ilə bağlı risklərin azaldılması, “dəyər zənciri”nin fasiləsizliyinin qorunması, nağdsız hesablaşmaların stimullaşdırılması, həm yerli, həm də xarici bazarda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində yeni zəmanət mexanizmlərinin tətbiqi ilə bağlı məsələlər müzakirə edilib, akkreditiv, faktorinq və bank qarantiyası kimi maliyyə alətləri üzrə zəmanətlərin verilməsi imkanları nəzərdən keçirilib və müvəkkil banklarla əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqəli Xəbərlər