Çətin dövrdən sonra Rusiya “hər şeydən üstün olacaq”..?





Yeşayanın dünyanın sonu ilə bağlı peyğəmbərliyi üzə çıxıb…



…Yeşaya peyğəmbərin dünyanın sonunun mümkün hadisələrini təsvir edən peyğəmbərlikləri ictimaiyyətə açıqlanıb.

Bu mətnlərə görə, Allah bir anda dünyanı kökündən dəyişdirəcək və yer üzündə qiyamət gələcək. Peyğəmbərə görə, bundan sonra dünya heç vaxt əvvəlki kimi olmayacaq. Xüsusilə, Müqəddəs yazılar planetdəki böyük bir pislik və fəsaddan bəhs edir, buna görə də hər bir möminə öz ruhu və qiyamətdə Rəbbin hüzurunda necə görünəcəyi barədə düşünmək tövsiyə olunur.

Keşişlər bildiriblər ki, Müqəddəs yazılarda müasir insanın günahlarının apokalipsisə aparacağına dair birbaşa göstəriş yoxdur, lakin bu o demək deyil ki, insanlar mənəvi dəyərlərə məhəl qoymur və nəticələrini dərk etmədən yaşaya bilərlər, SİA-nın məlumatına görə, bunu“Kulik” agentliyi xəbər verir.

Sarovlu Müqəddəs Serafımın bir çox peyğəmbərlikləri, o cümlədən monarxiyanın süqutu, inqilabi sarsıntılar və kilsənin təqibləri, 20-ci əsrdə artıq gerçəkləşib.

O, həmçinin bildirib ki, çətin dövrdən sonra Rusiya “hər şeydən üstün olacaq”.

Hazırda müqəddəsin peyğəmbərlikləri müasir geosiyasi proseslərin göstəricisi kimi qəbul edilir.

SİA-nın əlavəsi: Yeşaya Bibliya peyğəmbərlərindən biri olub. Yazılanlara görə, nəcib bir yəhudi keşiş ailəsinin nəslindən olan Yeşaya, təxminən eramızdan əvvəl 765-ci ildə Yerusəlimdə anadan olub.

…İbrani dilində peyğəmbərlik edib.

Yeşaya, ilk növbədə, Məsih haqqında söylədiyi peyğəmbərlikləri ilə diqqət çəkir.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər