Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən İqbal Nəbi oğlu Rüstəmov “AZSIĞORTA” ASC-nin Direktorlar Şurasının müstəqil üzvü təyin edilib. SİA xəbər verir ki, İqbal Rüstəmovun karyerası əsasən Azərbaycan bank və texnologiya sektorunu əhatə edir. O, indiyədək “Bank of Baku” ASC, “Kapital Bank” ASC və “AFB Bank” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. Hazırda isə “PashaPay” MMC-də Ekspert məhsul lideri vəzifəsində çalışır. İqbal Rüstəmov Bakı Dövlət Universitetində Tətbiqi Riyaziyyat və Kibernetika ixtisası üzrə bakalavr dərəcəsi alıb, Yale School of Managementin idarəetmə təlimini və IE Business School Executive MBA proqramlarını bitirib. Hazırda “AZSIĞORTA” ASC-nin Direktorlar…
Daha çoxDay: June 5, 2025
Bakıda tikinti işləri ilə bağlı hərəkət istiqaməti müvəqqəti dəyişdiriləcək
Böyükşor–Pirşağı yeni avtomobil yolunun 4–12-ci kilometrliyində aparılacaq tikinti işləri ilə bağlı olaraq, hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdiriləcək. SİA bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, müvəqqəti dəyişiklik 6 iyun tarixində saat 09:00-dan başlayaraq tikinti işləri başa çatanadək qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil ediləcək. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazidə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.
Daha çoxAzərbaycanda akvakultura torpaqlarının kateqoriyasına dair normalar dəqiqləşdirilir
Azərbaycanda akvakultura təsərrüfatlarına məxsus torpaqların kateqoriyası ilə bağlı normalar dəqiqləşdirilir. SİA xəbər verir ki, bununla bağlı Torpaq Məcəlləsində və “Balıqçılıq haqqında” qanunda dəyişiklik edilməsi təklif olunur. Qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirə olunub. Qeyd edilib ki, Ölkə Prezidentinin 28 sentyabr 2024-cü il tarixli fərmanı ilə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” təsdiq edilib və həmin Qaydaların 1.9-cu bəndində akvakultura təsərrüfatlarının istifadəsində olan torpaqların kateqoriyasının dəyişdirilməsinin tələb olunmaması müəyyən edilib. Xatırladaq ki, akvakultura anlayışı balıq və digər su bioresurslarının, o cümlədən nadir…
Daha çoxSeulda “Ümumdünya Ətraf Mühit Günü” başlayıb
Cənubi Koreyanın paytaxtı Seulda “Ümumdünya Ətraf Mühit Günü” başlayıb. SİA xəbər verir ki, bu tədbir BMT-nin Ətraf Mühit Proqramının (UNEP) təşkilatçılığı ilə keçirilir. Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edir. Tədbir iştirakçılarına BMT-nin Baş katibi Antonio Quterreş videomüraciətlə çıxış edib. “Ümumdünya Ətraf Mühit Günü plastik çirklənmə ilə mübarizə yollarının axtarışına həsr olunub. Plastik çirklənmə ekosistemlərə, rifahımıza və iqlimə zərər vurur. Plastik tullantılar çayları zibilləyir, okeanı çirkləndirir və vəhşi təbiəti təhlükə altına alır”, – o bildirib. Təşkilatın Baş katibi həmçinin plastik…
Daha çoxLökbatan qəsəbəsində qaz olmayacaq
Bu gün Bakının Qaradağ rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaz tənzimləyicinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə iyunun 5-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə 1-ci, 2-ci massivin bir hissəsinin, 28 May, D.Bünyadzadə küçələrinin və “Neftçi” MTK-nın qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Daha çoxBakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda 1. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 4. Xətai prospekti, “Şərq bazarı” istiqamətində; 5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 9. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli…
Daha çoxHusilər növbəti dəfə İsrail aeroportuna zərbə endirdi
Husilər növbəti dəfə İsrail aeroportuna zərbə endirdi
Daha çoxDubay gənclər arasında Para-Asiya oyunlarına ev sahibliyi edəcək
Cari il dekabrın 7-dən 14-dək BƏƏ-nin Dubay şəhərində gənclər arasında Para-Asiya oyunları keçiriləcək. SİA BƏƏ xəbər agentliyinə istinadla bildirir ki, 45 ölkənin iştirak edəcəyi idman tədbiri barədə müqavilə Dubayda Asiya Paralimpiya Komitəsinin qərargahında imzalanıb. Qeyd edək ki, adıçəkilən oyunların Özbəkistanda keçirilməsi barədə razılıq əldə edilmişdi. Lakin Özbəkistan son anda bu barədə fikrinə dəyişiklik edib.
Daha çoxTramp 12 ölkədən ABŞ-a səfərləri qadağan edən bəyannamə imzalayıb
ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik risklərini əsas gətirərək 12 ölkədən vətəndaşların ABŞ-a səyahətinin qadağan edilməsi haqqında bəyannamə imzalayıb. SİA-nın məlumatına görə, bəyannaməyə əsasən qadağa tətbiq edilən 12 ölkə Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəməndir. Yeni sənədə görə qanuni daimi sakinlərə, mövcud viza sahiblərinə, müəyyən viza kateqoriyalarına və girişi ABŞ-ın milli maraqlarına xidmət edən şəxslərə istisnalar tətbiq edilmə imkanı mövcuddur. Daha 7 yeddi ölkədən, yəni Burundi, Kuba, Laos, Sierra Leone, Toqo, Türkmənistan və Venesueladan səfərlər qismən məhdudlaşdırılır.
Daha çoxBu ərazidə bir neçə saat işıq olmayacaq
Qaraçuxur qəsəbəsində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Qaraçuxur qəsəbəsinin bir hissəsində 6 kV-luq hava xəttində aparılan təmir və budama işləri ilə əlaqədar iyunun 5-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq, saat 09:00-dan saat 15:00-dək qəsəbənin Nizami İsmayılov və Cəlal Qurbanov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Daha çox