Azərbaycan-Çin İqtisadi və ticarət əməkdaşlığı konfransı keçirilib…

İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının (CCPIT) Quandonq Komitəsinin birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Çin (Quandonq) İqtisadi və ticarət əməkdaşlığı konfransı keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, enerji, maliyyə, tikinti, ticarət və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox şirkət təmsil olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, konfransda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətlərinin genişləndiyini vurğulayıb. Qeyd olunub ki, bu ilin aprel ayında Prezident İlham Əliyevin Çinə dövlət səfəri…

Daha çox

Almaniya ordusunun sayını daha 60.000 artıracaq…

Kontingentin genişləndirilməsi NATO-nun yeni məqsədləri çərçivəsində planlaşdırılır… Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Almaniya silahlı qüvvələrini və canlı qüvvəsini gücləndirmək üçün NATO-nun yeni hədəflərinin bir hissəsi olaraq 60 minə qədər əlavə əsgərə ehtiyac duyacaq. SİA-nın məlumatına görə, Reuters xəbər verir ki, bu bəyanat alyans ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşü ərəfəsində verilib. Yeni hədəflər Soyuq Müharibə bitdikdən sonra ilk dəfə olaraq NATO-nun gizli müdafiə planlarına əsaslanır. Sənədlər Alyansın Rusiyanın mümkün təcavüzünə cavab ssenarilərini təsvir edir. Təhlil döyüşə hazır quru qoşunlarından tutmuş uzaq mənzilli silahlara,…

Daha çox

Birincilərin iştirakı ilə “Do Re Mi” adlı konsert proqramı təşkil olunub

Sumqayıt şəhər S.Rüstəmov adına 3 saylı musiqi məktəbində tədris ilini başa vuran birincilərin iştirakı ilə “Do Re Mi” adlı konsert proqramı təşkil olunub. SİA xəbər verir ki, bu tədbir gənc istedadların ilk səhnə təcrübəsi olmaqla yanaşı, onların musiqi dünyasına atdığı ilk addımları da əks etdirib. Konsertdə birincilər müxtəlif musiqi əsərləri ifa ediblər, həmçinin solo və ansambl çıxışları ilə səhnədə özlərini sınayıblar. Onların səmimi ifaları müəllim və valideynlər tərəfindən böyük maraqla qarşılanıb. Bu tədbir uşaqların musiqiyə olan marağını artırmaq, səhnə mədəniyyəti və özünəinam bacarığını inkişaf etdirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Konsert,…

Daha çox

Qadın və uşaqları öldürən “Qusev qəssabı” daha bir qurban haqqında danışıb

…1990-cı illərdə Kalininqrad vilayətində qadın və uşaqları öldürən “Qusev qəssabı” İqor Yuferov səkkizinci qurbanından danışıb. SİA xəbər verir ki, bu barədə cümə axşamı, iyunun 5-də Shot Telegram kanalı məlumat yayıb. Onun sözlərinə görə, Yuferev daha bir qətli etiraf etdikdən sonra ömürlük həbs cəzasını çəkdiyi xüsusilə təhlükəli cinayətkarlar üçün nəzərdə tutulmuş “Ağ qu quşu” koloniyasından Çernyaxovskdakı istintaq təcridxanasına köçürülüb. Manyak bildirib ki, 1992-ci ilin noyabrında Qusev şəhərində qadına hücum edib, boynuna metal boru keçirib, qurbanı zorlayıb, sonra isə boynunu sındırıb. Nəşrin məlumatına görə, Yuferevin hekayəsindən sonra hüquq-mühafizə orqanları istintaq hərəkətlərini bərpa…

Daha çox

Trampın Putinə qarşı zəifliyi üzə çıxıb…

Rusiya prezidenti Vladimir Putin bilir ki, Ağ Ev rəhbəri Donald Tramp Ukraynadakı münaqişənin həlli prosesində hər an geri çəkilə bilər. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. …Bu rusiyalı ekspertlərdən bəziləri Putinin Uoll-striti və başqa yerləri bürümüş “TACO Tramp” (Trump Always Chickens Out) konsepsiyasından yəqin ki, xəbərdar olduğunu söyləyib. Nəşrin qeyd etdiyi kimi, Trampın siyasətində qeyri-sabitliyi və onun tez-tez geri çəkilmələri, məsələn, tariflər məsələsində Putinə fikir verə bilər ki, Amerika lideri sərt sövdələşmə üçün danışıqlar aparmağa çalışacaq, lakin sonda təslim olacaq və Moskvaya manevr imkanı…

Daha çox

Qarabağ “DOST Evi” filialı ağacəkmə aksiyası keçirib

5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” filialı ağacəkmə aksiyası təşkil edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, filialın həssas qruplara aid benefisiarlarının və DOST könüllülərinin da iştirakı ilə keçirilən aksiya zamanı Qarabağ Regional DOST Mərkəzinin həyətyanı ərazisində kiparis agacları əkilib və onların mühafizəsi üçün tədbirlər görülüb. Aksiyanın təşkilində məqsəd həssas qruplardan olan şəxslərin ətraf mühitin qorunması işinə cəlb olunması və bu sahədə…

Daha çox

Rusiyada təyyarə qəzaya uğrayıb…

…Saratov vilayətində təyyarə qəzaya uğrayıb. SİA xəbər verir ki, bu barədə vilayət hökumətinin təhlükəsizlik departamentinin rəhbəri Yuri Yurin Telegram-da məlumat verib. Fövqəladə hadisə Yerşovski bələdiyyə rayonunda baş verib. Söhbət kiçik bir təyyarədən gedir. Xəsarət alan pilot ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, rayon mərkəzi xəstəxanasındadır. İstintaq Komitəsi artıq hadisəyə münasibət bildirib. …Dtljvcndf-ə görə, söhbət mexaniki zədə alan, sərt eniş edən An-2-dən gedir. Hadisə yerində müstəntiq işləyir. Mayın 28-də “Delfin-3” təyyarəsi Kronştadt çimərliyinə çırpılıb. Təyyarə təmirdən sonra planlı sınaq uçuşu həyata keçirərkən mühərriki sıradan çıxıb. Qəza zamanı salonda iki nəfər olub; hər…

Daha çox

Şuşa UGİM-də könüllülük proqramı yekunlaşıb

Gənclər və İdman Nazirliyinin Şuşa rayon Uşaq Gənclər və İdman Məktəbinin təşkil etdiyi növbəti könüllülük proqramı uğurla başa çatıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, proqram çərçivəsində Azərbaycan İdman Akademiyasının tələbələri mart-may aylarında keçirilən idman yarışlarının təşkili prosesində fəal iştirak ediblər. Tədbirin açılışında Tələbələrlə iş üzrə prorektor Almaz Ələkbərova iştirakçıları salamlayaraq uğurlar arzulayıb. Sonra məktəbin direktoru Tural Allahverdiyev çıxış edərək proqramın əhəmiyyətindən danışıb. O, könüllülərin bu müddət ərzində yalnız texniki dəstək göstərmədiklərini, həm də komanda ruhu nümayiş etdirdiklərini, təşkil prosesinə yaradıcı yanaşmaları ilə fərqləndiklərini bildirib. Direktor, həmçinin məktəbin son…

Daha çox

“Əbədi məşəl”in yanındakı memorialda yatıb və…

Moskva vilayətində “Əbədi məşəl”in yaxınlığındakı abidədə yuxuya gedən qadın 12 sutka həbs olunub. SİA xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb. Hadisə Lyubertsı şəhərində baş verib. Memorialda yuxuya gedən rusiyalı qadın videoya çəkilib. Moskva agentliyinin Telegram kanalında yayımlanan kadrlarda çəhrayı pencək və cins şalvarda olan rus qadının “Əbədi məşəl”in yanında uzanaraq başının altına plastik butulka olan çanta qoyaraq yuxuya getməsi əks olunub. Qadın barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Daha sonra Lyubertsı Şəhər Məhkəməsi 12 sutka həbs qərarı çıxarıb. Nazlı Almuradova

Daha çox

“Yaşıl nəqliyyat”a keçid ekoloji yükü azaldır

Bu gün bütün dünyada Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd edilir və diqqəti ekoloji problemlərə cəlb etmək məqsədi daşıyır. SİA-nın məlumatına görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, ekoloji tarazlığa təsir edən amillərdən biri də şübhəsiz ki, avtomobil nəqliyyatıdır. Hazırda yer üzündə təxminən 1,5 milyard avtomobil istifadə edilir. Avtomobil nəqliyyatı havanın çirklənməsinin əsas mənbələrindən biri olmaqla ekologiyaya əhəmiyyətli dərəcədə təsir göstərir. Ölkəmizdə avtomobil nəqliyyatı ilə bağlı qayda və tələblərə nəzarəti həyata keçirən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin missiyası həm də dayanıqlı, ekoloji təmiz, səmərəli yerüstü nəqliyyat sisteminin qurulmasını təmin etməkdir.…

Daha çox