Gənclər sosial təsir üçün yarışdı

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol, PAŞA Holding ilə birlikdə “Sosial təsir üçün Hakaton” (“Hackforsocialimpact”) adlı rəqəmsal ideya marafonu (ideyaton) təşkil edib. Tədbir PAŞAHolding-in “Əlaçı” təqaüd proqramının 100-ə yaxın məzununu bir araya gətirib. Təşəbbüsün məqsədi sosialyönümlü fəaliyyəti təşviq etmək, sosial təsir yaradan rəqəmsal həllərin formalaşmasına şərait yaratmaq, inklüzivliyin təmin olunmasına dəstək vermək, sosial və ekoloji maarifləndirmə aparmaq idi. Marafona qatılan komandalar müxtəlif sahələri əhatə edən və xüsusilə həssas əhali qruplarının həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyan innovativ ideyalar üzərində çalışıb, sosial məsələlərə yaradıcı və texnoloji…

Daha çox

Tramp Çin lideri zəng edib…

ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında telefon danışığı olub. SİA-nın məlumatına görə, bu barədə Çin dövlət mediası yazıb. Nəşrin məlumatına görə, söhbət Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbətin təfərrüatları hələlik açıqlanmayıb. Ağ Ev bildirib ki, liderlər tezliklə tarif razılaşması və digər ticarət məsələlərini müzakirə edəcəklər. Mayın əvvəlində Cenevrədə ABŞ və Çin tarifləri 90 gün müddətinə azaltmaq barədə razılığa gəliblər. Çin tarifləri 10 faizə, ABŞ 30 faizə endirib. Qısa müddətdən sonra cənab Tramp iki ölkə arasında münasibətlərin “tamamilə sıfırlanmasından” danışdı. Daha sonra Amerika prezidenti Çin hakimiyyətini…

Daha çox

Dövlət büdcəsinin gəlirləri proqnozu 3,9 faiz üstələyib

Cari ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb, xərclərlə əlaqədar 550 mindən çox ödəniş tapşırığı yerinə yetirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu ilin yanvar-may ayları üzrə dövlət büdcəsinin gəlirləri 17 milyard 138 milyon manat təşkil edib ki, bu da 5 aylıq proqnozdan 639,7 milyon manat və ya 3,9 faiz çoxdur. Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 7 milyard 843,3 milyon manat təşkil edərək proqnozdan 423 milyon manat və ya 5,7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 milyard 589,5…

Daha çox

WUF13-ün 2026-cı ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla Təşkilat Komitəsi aşağıdakı tərkibdə formalaşıb: Təşkilat Komitəsinin sədri Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Təşkilat Komitəsinin üzvləri: Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının milli koordinatoru Sahil Babayev – Azərbaycan Respublikasının maliyyə naziri Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri…

Daha çox

Yeniyetmələrin aqresivliyi şəhər sakinlərinin gözü ilə

Uşağın aqressivliyi valideynlər üçün ən ağır imtahanlardan biridir. Uşaqlar çox vaxt öz aqressivliklərinin öhdəsindən gələ bilmirlər və böyüdükdə aqressiv davranışlarına nəzarət onlar üçün problem olaraq qalır. Aqressiya gizli və ya əksinə açıq şəkildə özünü göstərə bilər. Aqressivlik dedikdə, uşağın başqa bir şəxsə və ya özünə fiziki və ya emosional zərər vurmağa yönəlmiş hərəkətləri başa düşülür. Uşaq heyvanlara və ya maddi əşyalara qarşı da aqressiv ola bilər. Bu məsələ ilə bağlı SİA-da şəhər sakinlərinin fikrlərini öyrənməyə çalışıb. Şəhər sakini Nigar Mirzəyeva: “Bunun bir çox səbəbi ola bilər. Lakin düşünürəm ki, ən…

Daha çox

Zakir Həsənov Azərbaycan hərbçilərini Qurban bayramı münasibətilə təbrik edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini – zabitlər, gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçiləri Qurban bayramı münasibətilə təbrik edib, onlara Vətənə müqəddəs və şərəfli xidmətlərində uğurlar arzulayıb. Müdafiə Nazirliyndən SİA-ya verilən məlumata görə, nazir təbrikində bildirib ki, hər il ölkədə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq rəmzinə çevrilən müqəddəs Qurban bayramı cəmiyyədə milli-mənəvi dəyərlərə möhkəm bağlılığı yaşatmaqla humanizm, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə ehtiva edir: “Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti,…

Daha çox

Azərbaycanlı gənc beynəlxalq yarışmada mükafata layiq görülüb

İngiltərənin Burton upon Trent şəhərində keçirilən “All Nations Cup 2025” beynəlxalq rəqs yarışmasında azərbaycanlı gənc Əsmə Bruce uğurlu çıxışı ilə fərqlənin. SİA xəbər verir ki, 11 yaşlı Əsmə “U12 Beginners” kateqoriyasında vals üzrə çıxış edərək üçüncü yerə layiq görülüb. Yarışma “Dance Promoters Association” tərəfindən təşkil olunub və müxtəlif ölkələrdən yüzlərlə iştirakçını bir araya gətirib. Qeyd edək ki, “All Nations Cup” beynəlxalq rəqs yarışları gənc istedadların öz bacarıqlarını nümayiş etdirməsi üçün mühüm platformadır.

Daha çox

Azərbaycan və Özbəkistan kadastr sahəsində əməkdaşlığı genişləndirir

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndə heyəti Özbəkistanın Kadastr Agentliyində görüşlər keçiriblər. SİA xəbər verir ki, bu barədə Azərbaycan tərəfi məlumat yayıb. Məlumata görə, məqsəd kadastr və daşınmaz əmlakın qeydiyyatı sahələrində təcrübə mübadiləsi aparmaq, qarşılıqlı əməkdaşlığı genişləndirməkdir. Nümayəndə heyəti Agentliyin fəaliyyəti, informasiya sistemləri, xüsusilə Torpaq Nəzarəti İnformasiya Sistemi ilə tanış olublar. Özbəkistanlı mütəxəssislər tərəfindən daşınmaz əmlakın kadastrı sahəsində aparılan rəqəmsallaşdırma işləri və müasir texnologiyaların tətbiqi istiqamətlərində təqdimatlar edilib. Görüşdə ölkəmizdə daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı sahəsində tətbiq olunan proqram təminatları, informasiya sistemləri barədə məlumat verilib. Səfər çərçivəsində…

Daha çox

Fərid Əhmədov Gədəbəydə vətəndaşları qəbul edib

Ədliyyə naziri Fərid Əhmədov 5 iyun tarixində Gədəbəy şəhərində vətəndaşları qəbul edib. Bu barədə SİA-ya Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub. Qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, qəbul mərkəzi…

Daha çox

Azərbaycan və Pakistan arasında əməkdaşlıq sazişi təsdiqlənib

Azərbaycan və Pakistan arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib. SİA xəbər verir ki, bu barədə qanunu Prezident İlham Əliyev imzalayıb. Qanunla 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Daha çox