Yeni təyin olunan hakimlər and içiblər

Prezident İlham Əliyevin 2025-ci il 3 iyun tarixli Sərəncamı ilə birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunan 38 hakimin andiçmə mərasimi olub. Bu barədə SİA-ya Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, yeni nəsil hakim korpusunun çevik komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesi davamlı xarakter alıb. Ötən dövrdə 2500-dən çox hakimliyə namizəd imtahanlarda iştirak edib, müsabiqənin bütün mərhələlərini, eləcə də tədris kursunu və məhkəmələrdə stajkeçməni müvəffəqiyyətlə başa vurmuş 254 nəfər hakimliyə namizəd ölkə…

Daha çox

“Səyahət sığortası azad və könüllü sigorta növüdür”

“Qanunvericilikdə “səyahət sığortası” ayrıca sığorta növü kimi ayrıca qeyd olunmasa da, bu sığorta fiziki şəxslərin şəxsi sığortası kateqoriyasına daxildir”. Bu sözləri SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Paşa Səfərov deyib. Onun sözlərinə görə, bu da o deməkdir ki, səyahət sığortası insanın həyatı, sağlamlığı, əmək qabiliyyəti və sosial təminatı ilə bağlı əmlak mənafelərini qorumağa yönələn sığorta növüdür: “Siz başqa ölkəyə və ya şəhərə səfər edərkən, qəfil xəstəlik, qəza, bagaj itməsi, hüquqi problemlər və digər gözlənilməz hallarla üzləşə bilərsiniz. Bu kimi hallarda səyahət sığortası sizin maliyyə və hüquqi təhlükəsizliyinizi təmin edir. Hüquqi əsas…

Daha çox

Azərbaycanda növbəti torpaq hərracları elan edilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyulun 9-da növbəti dəfə torpaq hərracları keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərraclar ƏMDX-nın Ağdaş, Yevlax, Ucar, Göyçay, Tərtər, Ağstafa, Ağcabədi və Biləsuvar ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 13 torpaq sahəsi çıxarılacaq. Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

Daha çox

ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilib, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilib. Artan sərnişin tələbatı nəzərə alınaraq 6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə 7 əlavə reys təyin edilib. Bu marşrut üzrə sürət qatarı 6-8 iyun tarixlərində saat 09:15-də Bakıdan Ağstafaya, 17:00-da Ağstafadan Bakıya yola düşəcək. 9 iyun tarixində isə qatar saat 15:00-da…

Daha çox

Tacikistan Prezidenti MDB ölkələrini iqtisadi əməkdaşlığı gücləndirməyə çağırıb

MDB ölkələri təhlükəsizlik və müasir çağırışlar və təhdidlərlə mübarizə sahəsində əməkdaşlığı genişləndirməlidir. SİA xəbər verir ki, bu məsələ Tacikistan Prezidenti Emoməli Rəhmonun MDB ölkələrinin hökumət başçıları ilə görüşündə müzakirə olunan mövzulardan biri olub. Görüşdə Azərbaycanın Baş naziri Əli Əsədov da iştirak edib. Tacikistan Prezidentinin saytında dərc olunmuş məlumata görə, o, Düşənbənin davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə MDB çərçivəsində çoxtərəfli qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə hazır olduğunu vurğulayıb. E.Rəhmon həmçinin iqtisadiyyat, ticarət, sənaye, energetika, aqrar-sənaye kompleksi, innovasiyalar və rəqəmsallaşma kimi sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyinə diqqət çəkib.…

Daha çox

TV-də yayımlanan verilişlər ictimai şüura necə təsir göstərir?

İnsanlar yerli kanallarda zövqlərini oxşayan, onları düşündürən, maraqlandıran, əyləndirən proqramlar görmədikləri üçün xarici kanallara üz tuturlar. Qəribəsi isə budur ki, kanallarda verilişlərin səviyyəsi aşağı olduqca, reytinqi yüksək olur. İlk baxışdan bu, absurd görünsə də həqiqətdir. Televiziya kanalları öz tamaşaçısının sosial sifarişini yerinə yetirməyə məcburdur. Əks halda kanalın sonu tezləşər. Tamaşaçının sosial sifarişi ilə hazırlanan proqramlar reytinq qazanır. Reytinq aşağı olanda kanalın gəlirləri də azalır. Bu öldürücü formul özəl kanallarımıza qənim kəsilib. Ona görə də, kanallarımız şit, bayağı, səviyyəsiz proqramlardan əl çəkə bilmirlər və bu proqramların girovuna çevriliblər. SİA televiziya verilişləri…

Daha çox

“Babək” strukturunda kəşfiyyat qazması bu il başlayacaq

Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid-Babək” müqavilə blokunun “Babək” perspektiv strukturunda 1 nömrəli kəşfiyyat quyusunun qazılması 2025-ci ildə başlayacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) materiallarında qeyd olunub. Quyunun layihə dərinliyi 6 750 metrdir. Şirkətin məlumatına görə, “Babək” strukturu 1959-cu ildə seysmik kəşfiyyat nəticəsində aşkar edilib. 2012-ci ildə “Babək” strukturunda üçölçülü (3D) seysmik kəşfiyyat işləri aparılıb. 2017-ci ildən “Babək” strukturunda kəşfiyyat işləri “UBOC” (“Umid-Babek Operating Company”) əməliyyat şirkətinə həvalə edilib. Qeyd edək ki, “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz…

Daha çox

Məhkəmə sənədlərin tədqiqinə başlayıb

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan Respublikası tərəfindən həyata keçirilmiş təcavüzkar müharibənin gedişində Azərbaycan Respublikasının ekologiyasına və iqtisadiyyatına qəsdən ziyan vurulması faktları üzrə sənədlərin tədqiqinə başlanılıb. SİA xəbər verir ki, Azərbaycan Respublikasının işğal altında olan əraziləri işğaldan azad edildikdən sonra həmin ərazilərə baxışlar keçirilib, baxış zamanı hər bir rayon və kənd üzrə vurulmuş ziyan müəyyən olunub. Tədqiq edilən sənədlərlə Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı, Ağdam, Xocavənd, Şuşa, Tərtər, Laçın, Kəlbəcər rayonlarında və həmin rayonların kəndlərində təbiətə və iqtisadiyyata vurulmuş zərərlər sadalanıb. Bu zərərlər sırasına həm ağacların məhv edilməsi, həm…

Daha çox

“Antiterror əməliyyatı şəhidlərinin təbliği” layihəsi çərçivəsində tədbir keçirib

“Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Antiterror əməliyyatı şəhidlərinin təbliği” layihəsi çərçivəsində tədbir keçirib. Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatında baş tutan tədbirdə YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, təşkilat üzvləri, jurnalist və şəhid ailələri iştirak edib. Tədbirdə çıxış edən “Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Rövşən Ağamalıyev layihə barəsində məlumat verib. Bildirib ki, layihə çərçivəsində Bakı və Sumqayıtda olan 21 antiterror şəhidinin şəkilləri olan ramka hazırlanıb. Hazırlanan ramkalarda şəhid haqqında qısa…

Daha çox