“Lombardlar banklarla müqayisədə daha sürətli xidmət göstərirlər”

“Lombardlar ənənəvi bank institutlarından fərqli olaraq, əsasən qısa müddətli likvidlik ehtiyaclarını qarşılamaq üçün fəaliyyət göstərirlər. Onların əsas fəaliyyət prinsipi girov təminatı əsasında kredit verməkdir. Yəni, müştəri müəyyən bir qiymətli əşyanı (məsələn, qızıl, zinət əşyası və ya digər likvid aktivlər) girov qoyaraq qısa müddətli maliyyə vəsaiti əldə edir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı alim Altay İsmayılov deyib. Onun sözlərinə görə, lombardlar, adətən, banklarla müqayisədə daha sürətli xidmət göstərirlər və kreditin verilməsi zamanı mürəkkəb maliyyə təhlilləri və müştərinin ödəmə qabiliyyətinin dəyərləndirilməsi prosesləri aparılmır: “Bu səbəbdən lombardların fəaliyyətində risk səviyyəsi banklara nisbətən daha…

Daha çox

AMB ötən il 15 milyard manatlıq səhm və istiqrazı dövlət qeydiyyatına alıb

2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 15 milyard 114,4 milyon manat məbləğində səhm və istiqrazların dövlət qeydiyyatını həyata keçirib. Bu barədə SİA-ya qurumdan bildirilib. Məlumata görə, bu, 2023-cü illə müqayisədə 42,1 % çoxdur. Bundan başqa, ötən il korporativ qiymətli kağızların kütləvi təklifi üzrə ümumi məbləği 2 milyard 333,6 milyon manat (əvvəlki ilə nisbətən 4,3 dəfə çox) olan 62 emissiya prospekti (82,35 % çox) və 3 informasiya memorandumu (25 % az) təsdiq edilib. Qiymətli kağızların kütləvi təklifinin stimullaşdırılması və özəl sektorun maliyyələşmə imkanlarının artırılması məqsədilə 1 iyul – 31 dekabr 2024-cü…

Daha çox

AMB ötən il valyuta aktivlərinin idarə edilməsindən rekord məbləğdə gəlir əldə edib

2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta aktivlərinin idarə edilməsindən rekord məbləğdə – 491,6 milyon ABŞ dolları gəlir əldə edib. Bu barədə SİA-ya qurumdan bildirilib. Məlumata görə, bu, 2023-cü illə müqayisədə 5,4 % çoxdur. Artım xarici pul və istiqraz bazarlarında mövcud əlverişli mühit və nisbi gəlirliliyin artırılması istiqamətində tətbiq edilən portfel strategiyaları ilə bağlıdır. Bununla belə, ötən il AMB-nin investisiya portfelinin gəlirliliyi əvvəlki ilə nisbətən 0,23 faiz bəndi azalaraq 4,5 %-ə düşüb.

Daha çox

Azərbaycan enerji siyasətində yeni mərhələyə qədəm qoyur

2025-ci ilin iyununda Bakıda keçirilən 30-cu yubiley Bakı Enerji Həftəsi sadəcə sərgi və forum deyil, həm də ölkənin enerji strategiyasının yenilənmiş vizionunun nümayişi idi. Neft-qaz sektorunda uzun illər boyu formalaşmış təcrübənin üzərində qurulan bu yeni mərhələ yaşıl enerji keçidi, enerji təhlükəsizliyi və qlobal əməkdaşlıq istiqamətində Azərbaycanı daha strateji mövqeyə gətirməkdədir. Xüsusi olaraq qeyd edək ki, Azərbaycanın qlobal enerji bazarlarında oynadığı rol Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu neft strategiyasının və Prezident İlham Əliyevin həmin ideyalar əsasında davam etdirdiyi kursun nəticəsidir. Məhz bunun nəticəsidir ki, Bakı Enerji Həftəsi dünyanın aparıcı…

Daha çox

Bayram günlərində yağış yağacaq

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21, gündüz 25-28 dərəcə isti olacaq. İyunun 7-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-20, gündüz 25-28 dərəcə isti olacaq. İyunun 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz…

Daha çox

“Azad bazar mühitində iqtisadi aktivlik yüksəlir”

“Ümumiyyətlə, azad bazar prinsipi bir çox ölkələrin sürətli iqtisadi inkişafına səbəb olmuşdur. Bu prinsipin əsas mahiyyəti iqtisadi azadlığın təmin edilməsidir. Azad bazar şəraitində iqtisadi subyektlərin fəaliyyəti dövlət tərəfindən tam şəkildə tənzimlənmir; əksinə, dövlət minimal müdaxilə prinsipi ilə əsasən tənzimləyici (regulyator) rolunu oynayır”. Bu sözləri SİA-ya açıqlamasında biznes üzrə ekspert İlkin Mirzəzadə deyib. Onun sözlərinə görə, bu iqtisadi sistemdə dövlətin rolu daha çox hüquqi çərçivələrin müəyyən edilməsi, rəqabət mühitinin qorunması və bazar münasibətlərinin şəffaf şəkildə fəaliyyət göstərməsini təmin etməklə məhdudlaşır: “Azad bazar iqtisadiyyatının üstünlükləri arasında aşağı vergi dərəcələrinin tətbiqi, sərbəst sahibkarlıq…

Daha çox

İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Prezident İlham ƏIiyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: “Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm. Dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə bərabərliyə, qardaşlığa və fədakarlığa dəvət edir. Cəmiyyətimizdə humanizmi və xeyirxahlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və təntənə ilə keçirilir. Bu günlərdə dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin…

Daha çox

AMB ötən il 4 sığorta şirkətini və 4 sığorta brokerini hərtərəfli yoxlayıb

2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 4 sığorta şirkətində və 4 sığorta brokerində hərtərəfli yoxlamalar həyata keçirib. Bu barədə SİA-ya qurumdan bildirilib. Bundan başqa, məlumata görə, ötən il ölkə Pprezidentinin 31 yanvar 2024-cü il tarixli fərmanı əsasında Dövlət Sığorta Kommersiya Şirkəti – “Azərsığorta” ASC-yə, eləcə də könüllü müraciət əsasında “Bakı Sığorta” ASC-yə verilmiş lisenziyalar ləğv edilib, sığortalıların və kreditorların hüquqlarını qorumaq məqsədilə mütəmadi nəzarət tədbirləri həyata keçirilməkdədir. Həmçinin hesabat ilində sığorta sektoru üzrə beynəlxalq qanunvericiliyə və sığorta prinsiplərinə uyğun olaraq hazırlanan bir sıra normativ-hüquqi sənədlər təsdiq edilib.

Daha çox