Azərbaycanda tədavüldə olan dövlət istiqrazlarının ümumi məbləği 47 % artıb

2024-cü ildə Azərbaycanda tədavüldə olan dövlət istiqrazlarının ümumi məbləği 2023-cü illə müqayisədə həcmi 47 % artaraq 9 milyard 353 milyon manata çatıb. Bu barədə SİA-ya Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, ötən il Maliyyə Nazirliyi “Bakı Fond Birjası” QSC-də (BFB) dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 58 hərrac keçirib. Əvvəlki ilə nisbətən dövlət istiqrazlarının ilkin bazarının məbləği 28 % artaraq 4 milyard 790 milyon manata yüksəlib. Bundan başqa, 2024-cü ildə AMB BFB-də not yerləşdirilməsi üzrə 93 hərrac keçirilib. 2023-cü illə müqayisədə notlarla aparılan bazar əməliyyatlarının məbləği 49 % azalaraq 1 milyard 988…

Daha çox

Yay aylarında enerji səmərəli soyutma mövzusunda vebinar keçiriləcək

İyunun 10-da Energetika Nazirliyinin təşkilatçılığı ilə “Sərin qal, az ödə: Yay aylarında enerji səmərəli soyutma” mövzusunda vebinar keçiriləcək. SİA xəbər verir ki, vebinarda Energetika Nazirliyinin sektor müdiri Əli Salmanlı tərəfindən yay aylarında məişət və qeyri-yaşayış sahələrində soyutma sistemlərinin düzgün istifadəsi, kondisioner seçimi və istifadəsində enerji səmərəliliyi prinsipləri, təbii ventilyasiya imkanları, izolyasiya tədbirləri və sadə davranış dəyişikliyi ilə enerji istehlakının və xərcinin necə azaldıla biləcəyi barədə ətraflı məlumat veriləcək, iştirakçıların sualları cavablandırılacaq. Onlayn seminarda iştirak etmək istəyənlər 10 iyun tarixində saat 14:30-da Energetika Nazirliyinin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi vasitəsilə vebinara…

Daha çox

“Qurtuluş Günü Azərbaycan xalqının müqəddəratını həll edən hadisə oldu”

“Hər bir xalq yaratdıqlarına görə tarixə düşür. Hər bir tarixi şəxsiyyət də xidmətlərinə görə tanınır və dillər əzbəri olur. Azərbaycan xalqı da tarix boyu ədalətinə və tolerantlığına görə dünya xalqları içərisində böyük nüfuz qazanıb”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. O bildirib ki, dünyanın qədim dövlətləri sırasında yer alan Manna, Albaniya, Atropatena öz müstəqilliklərini qorumaq üçün düşmənə hər cür müqavimət göstərmiş və bu gün xalqımızın öyünməsi üçün şərəfli bir tarix miras qoymuşlar: “Orta əsrlərin Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu və nəhayət, Səfəvilər dövləti Müsəlman Şərqinin qüdrətli dövlətləri sırasında…

Daha çox

Qurban ətindən kabab çəkmək olar?

“Qurban əti ilə kabab çəkmək ümumiyyətlə haram və ya qadağan edilən bir şey deyil. Yəni insan öz halal qurban ətindən kabab da bişirə bilər, digər yeməklər də hazırlaya bilər. Lakin burada diqqət yetirilməli olan əsas məsələ qurban ətindən istifadə zamanı yaranacaq ictimai və mənəvi təsirlərdir”. Bu sözləri SİA-ya açıqlamasında İlhaiyyatçı, publisist Hacı Rahim İsmayılov deyib. Rahim İsmayılov sözlərinə belə davam edib: “Məsələn, əgər bir şəxs mənzildə yaşayırsa və orada qonşular var, xüsusilə maddi imkanı aşağı olan ailələr və ya uşaqlar varsa, kabab bişirdikdə ət iyi onların hissiyyatına təsir edə bilər.…

Daha çox

Azərbaycanda sahibkarlara yeni zəmanət mexanizmlərinin verilməsi müzakirə edilib

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi və İpoteka və Kredit Zəmanət Fondu (İKZF) arasında yerli və xarici bazarda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində yeni zəmanət mexanizmlərinin tətbiqini müzakirə edib. SİA bu barədə ABA-ya istinadən xəbər verir. Məlumata görə, ABA və İKZF-nın nümayəndələrinin iştirakı ilə onlayn formatda görüş keçirilib. Görüşdə sahibkarlar arasında qarşılıqlı hesablaşmanın təmin edilməsi ilə bağlı risklərin azaldılması, “dəyər zənciri”nin fasiləsizliyinin qorunması, nağdsız hesablaşmaların stimullaşdırılması, həm yerli, həm də xarici bazarda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində yeni zəmanət mexanizmlərinin tətbiqi ilə bağlı məsələlər müzakirə edilib, akkreditiv, faktorinq və bank qarantiyası kimi…

Daha çox

Laçının “2025-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı” elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqlənib

Tacikistan Respublikasının paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclası keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanın Baş naziri Əli Əsədov iclasda çıxış edərək gündəlikdəki iqtisadi, hüquqi və humanitar sahələrə aid məsələlərlə yanaşı, MDB-nin fəaliyyəti ilə bağlı büdcə və kadr məsələlərinə də diqqət çəkib. Humanitar əməkdaşlığı MDB çərçivəsində qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biri kimi qiymətləndirən Baş nazir, könüllülük hərəkatının inkişafı və bu sahədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. “Məlum olduğu kimi, ötən ilin dekabr ayında Bakıda MDB-yə üzv dövlətlərin Könüllülük Hərəkatları Forumu uğurla təşkil olunmuşdur. Forumda MDB ölkələrindən gənclər fəal iştirak…

Daha çox

Milli valyuta ehtiyatları gələn ilin sonuna qədər iqtisadiyyatın tələbatını ödəməyə yetərlidir

2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədən 5,73 milyard manatlıq pul nişanı çıxarıb, dövriyyəyə 5,86 milyard manatlıq pul nişanı buraxıb. Bu barədə SİA-ya qurumdan bildirilib. Məlumata görə, son nəticədə tədavüldə nağd pul kütləsi 0,13 milyard manat və yaxud 0,8 % artaraq ilin sonuna 17,44 milyard manat təşkil edib. Hazırda milli valyuta üzrə ehtiyatlar 8,9 milyard manat təşkil edir ki, bu da iqtisadiyyatın 2026-cı ilin sonuna qədər tələbatının ümumilikdə ödənilməsi üçün yetərlidir. Ötən il AMB yenilənmiş 1 və 3 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb. Onlar daha öncə yenilənmiş 5, 10,…

Daha çox

Azərbaycanda “e-ahik” elektron informasiya sistemi istifadəyə verilib

Azərbaycanda “e-ahik” elektron informasiya sistemi istifadəyə verilib. SİA xəbər verir ki, bununla bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) bugünkü tədbirində konfederasiyanın Aparat rəhbərinin müavinj Abbas Əliyev məlumat verib. O qeyd edib ki, AHİK üzvləri artıq evdən çıxmadan, canlı təmasa ehtiyac olmadan sanatoriya və istirahət mərkəzlərinə yollayış əldə edə biləcəklər: “Müraciətlər tamamilə elektron şəkildə, tək şəxsiyyət vəsiqəsilə həyata keçiriləcək. Daha sonra təsdiq alan şəxslər təqdim edilən sənədlə müvafiq sanatoriya və istirahət mərkəzinə yaxınlaşa biləcəklər. Bu tamamilə yeni layihədir və AHİK üzvlərinin işini asanlaşdıracaq”.

Daha çox

“Bu insanlara yemək yemək belə “mənasız” görünə bilər”

“Depressiya beyində əhvalı və iştahanı tənzimləyən maddələrin – serotonin və dopaminin – balansını poza bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, Brainspotting terapisti Pərvanə Musayeva deyib. O bildirib ki, bu dəyişikliklər insanın həm əhval-ruhiyyəsinə, həm də iştahına birbaşa təsir edir: “Serotonin həm əhvalı tənzimləyir, həm də qida ehtiyacını. Depressiyada bu maddələrin azalması bəziləri üçün iştahanı artırır, bəziləri üçün isə tamamilə azaldır. Hiperfagiya (çox yemək): Bəzi insanlar yeməyi bir növ emosional tənzimləmə üsulu kimi istifadə edirlər. Karbohidratlı və şəkərli yeməklər müvəqqəti rahatiq hissi yaradır. Bu isə insana Emosional doyumluluq hissi verir. Hipofagiya…

Daha çox