Azərbaycan bankları “Bloomberg” platformasında və REPO bazarındakı əməliyyatları kəskin artırıb

2024-cü ildə Azərbaycan bankları “Bloomberg” platformasında öz aralarında 101,8 milyard manat məbləğində 3 761 əqd bağlayıb. SİA bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, bu əməliyyatların 97 %-nin müddəti 1-3 günlük olub. Bundan başqa, ötən il banklararası REPO bazarında 11,5 milyard manat məbləğində 723 əqd bağlanılıb. 2023-cü illə müqayisədə “Bloomberg” platformasında aparılan əməliyyatların məbləği 3,3 dəfə, banklararası REPO bazarındakı aparılan əməliyyatların məbləği isə 2,5 dəfə artıb. İl ərzində təminatsız pul bazarında orta faizlər AMB-nin faiz dəhlizi daxilində formalaşıb. Təkcə ötən ilin dekabr ayında banklararası təminatsız pul…

Daha çox

Erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. SİA xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə,…

Daha çox

Böyükşor–Pirşağı avtomobil yolunun hərəkət istiqaməti dəyişdiriləcək

Böyükşor–Pirşağı yeni avtomobil yolunun 4–12-ci kilometrliyində aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdiriləcək. SİA xəbər verir ki, müvəqqəti dəyişiklik 6 iyun tarixində saat 09:00-dan başlayaraq tikinti işləri başa çatanadək qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil ediləcək. Sürücülərdən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.

Daha çox

“Cadugərlik min illərdir insanların həyatında olmuş bir anlayışdır”

“Yaxın günlərdə Bakının parklarından birində baş verən qeyri-adi hadisə yenidən cadu və cadugərlik mövzusunu gündəmə gətirib. Yeniyetmələr parkda torpağa basdırılmış bir şüşə banka tapıblar. Bankanın içərisində ərəb dilində yazılmış müxtəlif adlar və “qurd yağı” adlandırılan bir maddə olub. Hadisə bir çox insanın diqqətini çəkib və cadu ilə bağlı suallar doğurub”. Bu sözləri SİA–ya açıqlamasında Neftçala şəhəri “Sahib Əzzaman” məscidinin imamı, dini və ictimai xadim Qorxmaz Paşayev deyib. Onun sözlərinə görə, cadugərlik min illərdir insanların həyatında olmuş bir anlayışdır. Qədimdən bəri insanlar müəyyən problemlərinə mistik yollarla çarə axtarıb, bəzən isə başqalarına…

Daha çox

“Karyera sərgisi keyfiyyətli insan kapitalı formalaşdırmağa töhfə verir”

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilmiş karyera sərgisi milli iqtisadiyyatın inkişafı üçün keyfiyyətli insan kapitalının formalaşmasına töhfə verir. SİA xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, karyera sərgisi gənclərin iqtisadiyyatın real sektorları ilə tanışlığı, işəgötürənlərlə birbaşa ünsiyyəti və gələcək karyera istiqamətləri ilə bağlı doğru qərarlar verməsi baxımından xüsusi əhəmiyyət kəsb edir: “Bu kimi tədbirlər, tələbələrin əmək bazarının tələblərini daha dərindən öyrənmələri, öz bilik və bacarıqlarını potensial işəgötürənlərə təqdim etmələrinə, eləcə də peşəkar inkişaf perspektivlərini müəyyənləşdirmələrinə geniş imkanlar yaradır”. Onun…

Daha çox

Müflisləşmə prosesi ilə bağlı müqavilə və orderlərin verilməsi elektronlaşıb

Müflisləşmə prosesində olan hüquqi şəxsləri təmsil edən nümayəndələr üçün müqavilə və orderlərin verilməsi elektronlaşıb. SİA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupunun fəaliyyəti çərçivəsində müflisləşmə prosesində olan hüquqi şəxsləri təmsil edən nümayəndələr (vəkillər) üçün müqavilə və orderlərin elektron tərtib olunması mümkündür. Belə ki, “Elektron vəkil” sistemi çərçivəsində müflisləşmə prosesindən əvvəl və müflisləşmə prosesində olan hüquqi şəxsləri təmsil edən nümayəndələr (vəkillər) üçün müqavilə və orderlərin elektron formada tərtib olunması zamanı tələb olunan məlumatların FİN (Fərdi İdentifikasiya…

Daha çox

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının tərkibi açıqlanıb

2024-cü ilin sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının 87%-ni ABŞ dolları, 3%-ni avro, 2%-ni Çin yuanı, 1%-ni İngiltərə funt-sterlinqi, 7%-ni isə XBH (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) təşkil edib. Bu barədə SİA-ya qurumdan bildirilib. Məlumata görə, ötən il qurumun valyuta ehtiyatları hər bir tranşın və alt-portfellərin məqsədlərinə uyğun olaraq seçilmiş bençmarklar əsasında, xarici ölkələrin investisiya dərəcəli kredit reytinqinə malik dövlət və kvazi-dövlət borc öhdəliklərinə investisiya edilməklə idarə edilib, daxili idarəetmə ilə yanaşı, xarici menecerlərlə əməkdaşlıq davam etdirilib. Bütövlükdə, valyuta ehtiyatları yüksək gəlirlilik və geosiyasi/geoiqtisadi reallıqlardan irəli gələn…

Daha çox

Azərbaycan dünya ölkələrini Bakıya dəvət edir

Azərbaycan dünya dövlətlərini 2026-cı il iyunun 5-də Bakıda keçiriləcək “Ümumdünya Ətraf Mühit Günü”ndə (World Environment Day) iştirak etməyə dəvət edir. SİA xəbər verir ki, bu barədə bu gün Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Seulda keçirilən “Ümumdünya Ətraf Mühit Günü”ndə çıxışı zamanı bildirib. Nazir müavini xatırladıb ki, 2026-cı ildə Azərbaycanda 13-cü Ümumdünya Şəhərlər Forumu (WUF13) da keçiriləcək. “Azərbaycan 2026-cı ildə hər iki tədbiri Bakıda qəbul etməyə hazırlaşır. Biz öz töhfəmizi verməyə, beynəlxalq ictimaiyyətlə təcrübə mübadiləsində, daha dayanıqlı şəhərlər və icmalar yaratmağa imkan verəcək həllərin tətbiqində əməkdaşlıq etməyə…

Daha çox

Əli Əsədov MDB Hökumət Başçıları Şurasının üzvlərinin Tacikistan Prezidenti ilə görüşündə iştirak edib

Azərbaycanın Baş naziri Əli Əsədov Tacikistanın paytaxtı Düşənbə şəhərinə işgüzar səfəri çərçivəsində MDB Hökumət Başçıları Şurasının üzvlərinin həmin ölkənin Prezidenti Emoməli Rəhmon ilə görüşündə iştirak edib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Daha çox

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,34% azalaraq 3 387,8 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 0,08% artaraq 34,67 ABŞ dolları olub. Your browser does not support the video tag. Sizin reklam yeriniz

Daha çox