Ruslar yeniyetmə miqrantlar arasında cinayətlərin artdığını deyirlər…


…Rusiyada azyaşlı miqrantlar arasında cinayətlərin sayında artım müşahidə olunub. İstintaq Komitəsinin məlumatına görə, 2023-cü ildə əcnəbi yeniyetmələr tərəfindən törədilən xüsusilə ağır cinayətlərin sayı 82 faiz artıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu məlumatlar Aleksandr Bastrikinin sədrliyi ilə keçirilən iclasda təqdim olunub.

2024-cü ildə yetkinlik yaşına çatmayan miqrantlar arasında cinayətkarlıq 8, 2025-ci ilin yanvar-aprel aylarında isə 13 faiz artıb.

İstintaq Komitəsi vurğulayıb ki, söhbət konkret olaraq ən ağır cinayətlər törədən yeniyetmələrdən gedir.

Agentlik onu da qeyd edib ki, qanunu pozanların əksəriyyəti gənclərdir.

2025-ci ilin əvvəlindən azyaşlı təqsirləndirilən şəxslərə qarşı 2865 cinayət işi məhkəmələrə göndərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur.

İstintaq Komitəsi bu tendensiyadan narahatlığını bildirib və sistemli profilaktik işin aparılmasının vacibliyini qeyd edib. Daxili İşlər Nazirliyinin və ədliyyə orqanlarının 2013-2023-cü illər üzrə statistikasına əsaslanan araşdırmaya əsasən, əcnəbilər yüz cinayətdən ikisini törədir.

Rusiyada məhkum olunmuşların orta səviyyəsi 14-49 yaşlı hər 100 000 kişiyə 1300, miqrantlar arasında isə 507 nəfərdir. Son illərdə bütün məhkumlar arasında əcnəbilərin xüsusi çəkisi 4-4,5 faiz səviyyəsində qalıb..?

Təbii ki, bütün bunları ruslar iddia edirlər…

Əli Babayev

Əlaqəli Xəbərlər