ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında telefon danışığı olub.
SİA-nın məlumatına görə, bu barədə Çin dövlət mediası yazıb.
Nəşrin məlumatına görə, söhbət Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbətin təfərrüatları hələlik açıqlanmayıb.
Ağ Ev bildirib ki, liderlər tezliklə tarif razılaşması və digər ticarət məsələlərini müzakirə edəcəklər.
Mayın əvvəlində Cenevrədə ABŞ və Çin tarifləri 90 gün müddətinə azaltmaq barədə razılığa gəliblər. Çin tarifləri 10 faizə, ABŞ 30 faizə endirib.
Qısa müddətdən sonra cənab Tramp iki ölkə arasında münasibətlərin “tamamilə sıfırlanmasından” danışdı.
Daha sonra Amerika prezidenti Çin hakimiyyətini Cenevrə razılaşmasını pozmaqda ittiham edib.
Əli Babayev