AQTİ-nin yeni saytı istifadəyə verilib

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günündə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) yeni saytı istifadəyə verilib. SİA xəbər verir ki, institutdan bildirilib ki, sayt sahibkarların məlumatlandırılması, istehlakçıların maarifləndirilməsi üçün çox faydalı imkanlar təqdim edir. Müasir və interaktiv platformada qida təhlükəsizliyi ilə əlaqəli ən son yeniliklər, xəbərlər və sahibkarların xidmətlərə əlçatanlığını təmin etmək üçün müraciət bölmələri yaradılıb. Saytda AQTİ-nin Bakı və regionlarda fəaliyyət göstərən ixtisaslaşmış laboratoriyaları və onların göstərdiyi xidmətlər barədə ətraflı məlumatlar təqdim olunur. Sayta daxil olan hər kəs laboratoriyalara virtual tur etmək imkanı qazanacaq. Həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun…

Daha çox

Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı açıqlanıb

İki gün ərzində paytaxtdan bölgələrə 600-dən çox reys həyata keçirilib. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, 5-6 iyun tarixlərində paytaxtdan bölgələrə 20 554 sərnişin daşınıb: “Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərə 605 reys həyata keçirilib. Adi günlərdə xətlərə 200-ə yaxın reys çıxarılırsa, gücləndirilmiş rejimin hər günü əlavə olaraq 100-dən çox reys buraxılıb. Ümumilikdə, iki gün ərzində BBAK-dan 205 əlavə reys həyata keçirilib”. Bildirilib ki, sərnişinlərin 38%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib. “İstirahət günlərində vətəndaşların…

Daha çox

13,35 milyon abituriyent ali məktəblərə qəbul imtahanında iştirak edir

Çində ali məktəblərə iyunun 7-dən başlayan qəbul imtahanlarında (“qaokao”) 13 milyon 350 min abituriyent iştirak edir. SİA Çinin Təhsil Nazirliyinə istinadla xəbər verir ki, imtahan müxtəlif ixtisas qrupları üzrə iyunun 7-dən 10-dək keçirilir. Abituriyentlər ümumrespublika imtahanında 3 əsas fəndən – Çin dili, riyaziyyat və xarici dildən başqa, seçdikləri ixtisasa uyğun olaraq ideologiya və siyasət, tarix, coğrafiya, fizika, kimya və biologiya fənlərindən də imtahan verməlidirlər. İmtahanın təşkili üçün ölkə üzrə yüzlərlə məkan ayrılıb, milyondan çox nəzarətçi imtahanlara cəlb olunub. Qeyd edək ki, “qaokao” dünyada ən kütləvi imtahan hesab olunur. Çində ümumrespublika…

Daha çox

SOCAR şəhid əməkdaşlarının övladları üçün bayram tədbiri təşkil edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Qurban bayramı münasibətilə tədbir keçirib. SİA SOCAR-a istinadən xəbər verir ki, tədbir korporativ sosial məsuliyyət strategiyası çərçivəsində və ölkədə sosial sahədə həyata keçirilən dövlət siyasətinə dəstək məqsədilə şirkətin baş ofisində təşkil olunub. Tədbirdə Vətən müharibəsində iştirak etmiş və Şəhidlik zirvəsinə ucalmış SOCAR əməkdaşlarının 7–12 yaşlı övladları iştirak ediblər. Onlar üçün əyləncəli proqram hazırlanıb, müxtəlif hədiyyələr təqdim olunub.

Daha çox

XİN başçıları arasında telefon danışığı baş tutub

Ceyhun Bayramov və Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub. SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirlər arasında Azərbaycan-Pakistan tərəfdaşlığından irəli gələn məsələlər, ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub. Ali və yüksək səviyyədə qarşılıqlı səfərlərin artan dinamikasından məmnunluq ifadə olunub. Laçın şəhərində keçirilmiş Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü çərçivəsində aparılmış danışıqlardan irəli gələn məsələlər, o cümlədən 21-22 iyun tarixində İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına, habelə Azərbaycanın cari ilin iyul ayında…

Daha çox

Pianoçumuz Londonda solo konsert proqramı ilə çıxış edib

Beynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Vüsalə Babayeva London Transport Muzeyində növbəti dəfə solo konsert proqramı ilə çıxış edib. SİA xəbər verir ki, V.Babayeva konsertdə xarici bəstəkarların klassik əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarları Vaqif Mustafazadənin “Mart” və Sevda Məmmədlinin “Azərbaycan naxışları”, “Vətən uğrunda” kompozisiyalarını da məharətlə ifa edib. Virtuoz ifası ilə fərqlənən pianoçu müxtəlif musiqi obrazlarını dinləyicilərə təqdim edərək alqışlarla qarşılanıb. Qeyd edək ki, V. Babayeva London Transport Muzeyinin xüsusi seçilmiş 10 gənc musiqiçisindən biridir və hazırda dünyanın aparıcı musiqi məktəblərindən birində təhsil alır.

Daha çox

Nəsimi rayonunda polis 3 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. SİA xəbər verir ki, DİN-dən bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində həyata keçirilən tədbirlər zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı B.Cəfərov şübhəli şəxs qismində saxlanılıb. Ondan ümumi çəkisi 3 kiloqramdan artıq olan heroin və marixuana aşkarlanıb. Araşdırma aparılır.

Daha çox

Altıağac Milli Parkına haykinq turu təşkil olunacaq

Sabah Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Alpinizm Federasiyası Altıağac Milli Parkına haykinq (piyada yürüş) turu təşkil edəcək. SİA xəbər verir ki, bu barədə agentlik məlumat yayıb. Bildirilib ki, turun keçirilməsində məqsəd ekoturizm fəaliyyətinin təşviqi və dayanıqlı turizmin inkişafına töhfə verməkdir. Tədbirlə bağlı ətraflı məlumat almaq və yürüşdə iştirak etmək istəyənlər Federasiya ilə əlaqə saxlaya bilərlər.

Daha çox