ABŞ və Çin nümayəndələri Londonda görüşəcəklər…


ABŞ və Çin nümayəndələri ticarət sazişi üzrə danışıqlar aparmaq üçün iyunun 9-da Londonda görüşəcəklər.

SİA-nın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlayıb.

ABŞ tərəfdən görüşdə Xəzinədarlıq katibi Skot Bessent, Ticarət katibi Hovard Lutnik və ABŞ-ın Ticarət Nümayəndəsi Ceymison Qrir iştirak edəcək.

Tramp görüşün müsbət keçəcəyinə inandığını bildirib.

Əlaqəli Xəbərlər