Azərbaycan Rusiyadan heyvan yemi idxal edib


Bu ilin yanvar-may aylarında Rusiyanın Marı El bölgəsindən ixrac edilmiş baytarlıq məhsullarının alıcıları arasında Azərbaycan da olub. SİA xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Bildirilib ki, Xidmətin yerli idarəsinin nəzarəti altında Marı Eldən ümumilikdə 6,3 min ton məhsul ixrac edilib. Məhsullar Azərbaycanla yanaşı, Litva, Latviya, Polşa, Türkiyə, Çexiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Moldovaya göndərilib, əsasən yem və yem əlavələri – yemlik barda, yemlik maya və zülallı yem qarışığı olub.

Bundan başqa, hesabat dövründə bölgədən Özbəkistana 171 baş iribuynuzlu heyvan ixrac edilib.

Bütün məhsular və heyvanlar baytarlıq-sanitariya baxışından keçirilib, mütəxəssislər onları yoxlayaraq idxalçı ölkələrin tələblərinə cavab verdiyini təsdiqləyib. İxrac yalnız həmin tələblərə cavab verən və uyğunluq yoxlamasından keçmiş istehsal müəssisələrindən həyata keçirilib.

Əlaqəli Xəbərlər