…Braziliyada 17 yaşlı qız naməlum göndəricinin tortunu sınadıqdan sonra ölüb.
SİA xəbər verir ki, bu barədə CNN Brazil məlumat yayıb. Kuryer tortu motosikletlə Ana Luisa de Oliveyra Nevesə çatdırıb.
Şirniyyatın yanında “Gördüyüm ən gözəl qız üçün bir ləzzət” yazılmış qeyd olub.
Neves tortu sınayıb və bir saat ərzində onda ishal və qusma başlayıb.
Gecə ata qızı xəstəxanaya aparıb. Orada ona qida zəhərlənməsi diaqnozu qoyulub, ona lazımi kömək göstərilib və evə göndərilib.
Ancaq ertəsi gün Neves daha da pisləşib: o, huşunu itirib.
O, xəstəxanaya aparılsa da, yolda ürəyi dayanıb. Həkimlər qızın gizli pərəstişkarının tortu ilə öldürüldüyünü irəli sürüblər.
Polis faktla bağlı araşdırmalara başlayıb. Və məlum olub ki, tortu anonim pərəstişkarı deyil, Nevesin 17 yaşlı dostu göndərib.
O, dostunun gözəlliyinə həsəd apararaq, arsenik əlavə etdiyini etiraf edib.
Dindirilmə zamanı cinayətkar Nevesin onun ikinci qurbanı olduğunu etiraf edib.
Bundan əvvəl də ondan iki oğlanı oğurladığı iddia edilən qızı eyni üsulla zəhərləyib.
Amma o, sağ qalmağı bacardı.
Cinayətkar yetkinlik yaşına çatmayanlar üçün cəzaçəkmə müəssisəsinə köçürülüb.
Nazlı Almuradova